Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1575/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, İddiaçı X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etdiyi mənzilə dair ÖM seriyalı, 150998 nömrəli Qeydiyyat Vəsiqəsinin surəti ilə təsdiq edir. Halhazırda mülkiyyətində və istifadəsində olan mənzildə qardaşının oğlu xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Lakin həmin ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, təxminən 13 (on üç) ildir həmin ünvanda yaşamır. Onun hal-hazırda hansı ünvanda yaşaması və harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Hazırda Cavabdeh onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilində pasport qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Hansı ki, bu onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, cavabdehin onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Cavabdeh onun mənzilində qeydiyyatdadır ki, bu da onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətimə mənfi təsir edir. Bununla bağlı olaraq dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, qanuni tələbləri icra edilməmişdir, hətta mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Elə ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, cavabdeh xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Beləki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 150998 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən, ümumi sahəsi 21,7 kv/m olan 2 otaqlımənzil ½ payda İddiaçı, ½ payda isə X4 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 929 saylı reyestr kitabında 139472 səhifədə 30/8713, xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar sahəsinin məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, 64 N-li məktubundan görünür ki, CavabdehSəbail rayonu, ünvan 1 mənzil 34 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda bu ünvanda yaşamır. İş materiallarında olan Bakı şəhəri 2 saylı dövlət notariat ofisindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxx 2003-cü il tarixdə 4Ə/1-161 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətindən görünür ki, Bakı şəhəri Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilin ½ hissəsi X1 Dilarə Tağı qızına bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzil xx.xx.1998-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 3 MA-2-205 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.1998-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 2V/1-36 reyestr nömrəli xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mənzilin 1 otağı xx.xx.2003-cü il tarixdə İddiaçı (1 otağın ½ hissəsi) və X2 (1 otağın ½ hissəsi) adlarına qeydiyyatdan keçmişdir. 2 saylı DNK-nın 4Ə/1-161 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2003-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırda sözügedən mənzilin 1 otağı X4, 1 otağı İddiaçı mülkiyyətindədir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, mənzilin iddiaçının mülkiyyətində olması, Cavabdeh mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamaması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Səbail rayonu, ünvan 1 mənzil 34 ünvanında yerləşən, ümumi sahəsi 21,7 kv/m olan 2 otaqlımənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, onun aldığı (təqdim edildiyi) andan 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1575/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1575/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver