Məhkəmə qərarları › İş №2(009)-1587/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1587/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1587/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Səbail rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi göstərildiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X8 02 aprel 1934-cü ildə Ermənistan SSR-nin Eçmiadzin rayonunda doğulması faktının qeydə alınmasını Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X16 xx.xx.1934-cü il tarixdə Ermənistan SSR-nin Eçmiadzin rayonunda doğulmuşdur. Sonradan Azərbaycan Respublikasının Bakı şəhərinə köçməsi ilə əlaqədar doğum haqqında şəhadətnaməsini itirmişdir. Bakı şəhəri, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi 9 saylı evin, 12 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ailələrinə məxsus miras əmlakın vərəsəlik qaydasında rəsmiləşdirilməsi zərurəti ilə bağlı mərhum atası X8 doğum haqqında şəhadətnaməsinin notariat ofisinə təqdim edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Səbail rayon qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət edilmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ərizənin icrası təmin edilməmiş, aidiyyatı məhkəmə instansiyasına müraciət edilməsi tövsiyyə edilmişdir. X9 xx.xx.1973-cü il tarixdə X8 X1 birgə nikahından doğulmuşdur. xx.xx.1999-cu il tarixdə Bakı şəhərində X17 ilə rəsmi nikah münasibətlərinə daxil olduqdan sonra "Əliyeva" soyadı verilmişdir. Mərhum atası X8 doğum haqqında şəhadətnaməsinin və ya onun doğumu haqqında arayışın başqa qaydada ala bilmədiyindən və eyni zamanda itirilmiş sənədin bərpası mümkünsüz olduğundan qanun üzrə vərəsə kimi miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqnda şəhadətnamənin alınması üçün hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi zərurətini yaratmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil oğlu ərizəsində göstərilənləri müdafiə edərək, X8 02 aprel 1934-cü ildə Ermənistan SSR-nin Eçmiadzin rayonunda doğulması faktının qeydə alınmasını Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun xx.xx.2023cü il tarixli məktubunda səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılması xahiş olunmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında bildirmişdir ki, Fərman onun xalası oğludur. 3 il olar rəhmətə gedib. Ömrünün son 6-7 ilini Sovetski deyilən ərazidə yaşayıb. Xalası öz yoldaşı ilə Ermənistanın Eçmiədzin rayonunda bir yerdə oxuyublar daha sonra evləniblər və Azərbaycanın Quba şəhərinə köçüblər. Xalası bir neçə il X21 kəndində məktəb direktoru olub daha sonra isə Bakıya köçüblər. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, Fərman məllimin təxminən 15 ilə yaxın sürücüsü olub. Əslən Ermənistandan olub. BDU-da dərs deyib. Azərbaycana çoxdan köçüblər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AZE seriyalı, 01888142 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1934-cü il tarixdə Ermənistanın Eçmiadzin rayonunda anadan olmuşdur. İş materiallarında olan AZ-İ 661899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2014-cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 01 ayının 22 günündə 37 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 292706 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 04 ayının 16 günündə 239 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İİЖГ 32034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “X12”, ana qrafasında “X7 qeyd edilmişdir. İş materiallarında olan Vİİ-ЖГ 392260 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 arasında nikah xx.xx.1999-cu il tarixdə bağlanmış. Nikahdan sonra ərə Ələsgərov, arvada Ələsgərova soyadı verilmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bu barədə ona imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçinin atası X16 xx.xx.1934-cü il tarixdə Ermənistanın Eçmiadzin rayonunda anadan olmuşdur. Lakin ərizəçinin atası doğum haqqında şəhadətnamənin əslini itirmiş və doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan bu akt qeydin bərpa edilməsindən imtina etmiş və doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına 4cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin atası X8 xx.xx.1934-cü il tarixdə Ermənistanın Eçmiadzin rayonunda anadan olması məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X8 02 aprel 1934-cü ildə Ermənistan SSR-nin Eçmiadzin rayonunda doğulması faktı müəyyən edilsin. X8 doğum tarixi 02 aprel 1934-cü il, doğulduğu yer Ermənistan SSR-nin Eçmiadzin rayonu, ata qrafasında – X13 (milliyəti azərbaycanlı), ana qrafasında – X5 (milliyəti azərbaycanlı) kimi məlumatlar yazılmış müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Səbail rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar