Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1588/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə iddiaçı və cavabdehlərin mülki işlərin birləşdirilməsi barədə vəsatətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evindən qanunsuz istifadə edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmaları və ona məxsus qeydiyyatda olduğu evinə köçürülməyinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi X5 mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətlərini məhkəməyə təqdim edərək vəsatətlərin təmin edilməsini xahiş etmişlər. Vəsatətlər onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 3-cü şəxs qismində İddiaçı cəlb edilməklə cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12/1 ünvanında yerləşən yaşayış evindən çıxarılması, cavabdeh tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş ilkin olaraq icraata qəbul edilmişdir. Hər iki iş eyni məhkəmədə, eyni tərəflərin iştirakı ilə, eyni növlü işdir. Ona görə də, həmin mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə vəsatətlərə baxıb, hesab edir ki, vəsatətlər təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin iştirak etdiyi mülki işlər bir-birilə əlaqədar olduğundan, bu işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və bu səbəbdən həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 169.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş və məhkəmənin icraatında olan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 3-cü şəxs qismində İddiaçı cəlb edilməklə cavabdeh X2 qarşı “yaşayış evindən çıxarılma və yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması” tələbinə dair mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1588/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1588/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver