Məhkəmə qərarları › İş №2(009)-1597/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1597/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1597/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Yuzasif qızına qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh Yuzasif qızının cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yuzasif qızına qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o cavabdehlə xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx.xx.2005-c iil tarixdə Rasim adlı və xx.xx.2009-cu il təvəllüdlü Samir adlı iki uşağı doğulmuşdur. İddiaçnın cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Nəsimi rayon Məhkəməsinin 2(006)-720/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Yuzasif qızı arasında bağlanmış xx.xx.2004-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. Bakı şəhər Tİ və MHQİ (indiki DƏDRX-nin Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 9 saylı evin 4 saylı mənzli iddiaçının atası – X1 xüsusi mülkiyyəti kimi xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının atası Rasim Səfərəliyev xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehlə boşansa da, nikahları pozulsa da, atasına məxsus olan, sonradan isə vərəsəliklə iddiaçıya miras kimi keçmiş evdə bir müddət, yəni 2 il müvəqqəti yaşamasına dözmüşdür. Lakin cavabdeh iddiaçıya şər atır, öz mənzilində yaşamağa və mənzilini təmir etməyə imkan vermir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mərhum atasının yeganə vərəsəsidir və mübahisəli mənzil onun adına miras əmlak kimi keçmişdir .Ar ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətidir. Bildirir ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da, iddiaçıya atasından miras qalmış və xx.xx.2020-ci ildən mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşayır. cavabdeh iddiaçıya özünə miras qaydasında keçmiş və mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göründüyü kimi cavabdeh həmin mənzilə dair nə iddiaçının atasının sağlığında, nə də ki, onun vəfatından sonra hər hansı hüququ yaranmamışdır. Cavabdehin sözügedən mənzildə yaşamaq və istfiadə hüququ yaranmamışdır. İndi də heç bir hüququ olmadan bu mənzildə yaşayır. belə olan təqdirdə, iddiaçının sözügedən mənzilə dair mülkiyyət hüququ 2020-ci ildə vərəsəlik miras əsasında yarandığından, tərəflər arasında mənzillə bağlı münasibətlərə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşaması, onun mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə hesab edir ki, bu məsələ qanunvericiliyin tələblərinə riayət olunmaqla həll edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehin Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilindən ona məxsus olan əşyalarla birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Yuzasif qızı cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Hesab edir ki, ilkin iddia rədd edilməli və onun həmin mənzilə istifadə hüquqları tanınmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmışdır. Nəsimi rayon MƏhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı və birgə nikahdan olan uşaqlar 2007-ci ildən həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə yaşayırlar. Bu səbəbdən Mülki Məcəllənin 228.5-ci madəsinə əsasən sonuncuların həmin mənzildən istifadə hüquqları yaranmışdır. İlkin ididanın təmin edilməsi yalnız Cavabdeh deyil, həm də yetkinlik yaşına çatmayan uşaqların AR konstiutsiyası və qanunları, həmçinin Konvensiyalarla təsdit edilmiş hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Hazırki mübahisə ilə əlaqədar analoji hüquqi münasibətlərinin tənzimlənməsinə dair Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında təsbit edilmiş hüquqi mövqelər də nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olmasını xüsusilə qeyd edilmiş və göstərilmişdir ki, “... məhkəmələr tərəfindən konkoert işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarılə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqəsdilə diffenrensasiyayalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir”. Həmin qərarda Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Mcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Həmin qərarda Konstiutsiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, “istifadə hüququ özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks şhalda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istfiadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci amddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin ididanın rədd edilməsini, qarşılıqlı ididanın isə təmin edilərək Cavabdeh və uşaqları xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İdidaçı İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz və mülahizələrini məhkəməyə təqidm edərək göstərmişdir ki, ailə qurandan bir müddət sonra mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə atası Rasim Səfərəliyevin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilinə köçmüşlər. Qeyd etməyi zəruri hesab edir ki, həmin mənzilə köçərkən atası və həyat yoldaşı arasında heç bir müqavilə imzalanmamış və daşınmaz əmlakın dövlət reyestrində bu hal qeydə alınmamışdır. sonradan dünya görüşləri, həyata baxışları, maraqları, xassiyyətləri tamamilə dəyişdiyindən, birgə nikahda qaldıqları mümkünsüz olmuş və 2018-ci ildə nikahları pozulmuşdur. Nikahlarına xitam verildikdən sonra da cavabdeh mübahisəli mənzildə yaşamağa davam etmişdir. Son zamanlar onun mənzil şəraitinin pisləşdiyi üçün cavabdehin həmin mənzildən çıxmasını tələb etsə də, o bundan imtina etmişdir. göstərilən səbəbdən Səbail rayon məhkəməsinə müraciət edərək Cavabdeh qeyd olunan mənzildən çıxarılması barədə iddia qaldırmışdır. Hesab edir ki ,qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, qeyd olunduğu kimi onlar evləndikdən sonra, yəni cavabdeh onun ailə üzvü hesab edildikdən sonra köçdükləri mübahisəli mənzil atası Rasim Səfərəliyevin mülkiyyətində olmuşdur. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istfiadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsidən istfiadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd etmək istəyir ki, cavabdeh həmin mənzilə köçərkən atası Səfərəliyev arsim Rüstəm oğlu ilə heç bir notariat qaydada təsdiq edilmiş yazılı razılaşma olmamış və daşınmaz əmlakın dövlət reyetsrində qeydə alınmamışdır. Beləliklə, Cavabdeh onun ailə üzvü olmuş, köçdüyü evə dair həmin evin mülkiyyətçisi (atası) ilə heç bir razılaşması olmamış və bu səbəbdən də həmin dövrdən başlayaraq onun göstərilən əmlaka məhdud əşya hüququ, yəni istifadə hüququ yaranmamışdır. Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə hüququ məhdud əşya hüququdur. Belə ki, yaşayış binasının tərkib hissəsindən istfiadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Daşınmaz əşyalar hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Digər tərəfdən mülki qanunvericiliyin tələblərinə görə əgər mülkiyyət üzərində məhdud əşya hüququ əmələ gəlməmişdirsə mülkiyyətçinin dəyişməsi ilə də belə hüquq yarana bilməz. Bundan sonra atası xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil qanun üzrə vərəsəlik qaydasında ona keçmişdir. Göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, cavabdehin qeyd olunan yaşayış sahəsinə köçdüyü zaman məhdud əşya hüququ olan istifadə hüququ yaranmadığı üçün həmin yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi ilə onun bu hüququ yarana bilməz. Digər tərəfdən isə ona qanun üzrə vərəsəlik qaydasında keçən mənzil üzrə mülkiyyət hüququnu təsdiq edən sənədi xx.xx.2020-ci il tarixdə, yəni cavabdehlə ailə münasibətləri rəsmi pozulmasından 3 il sonra almışdır. Bu isə ona dəlalət edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarış olmadan o, göstərilən mülkiyyətə dair sərəncam vermək hüququna malik olmamışdır və cavabdeh ailə üzvü olaraq həmin mənzildən istifadə hüququnun verilməsinə səlahiyyəti olmayıb. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin ididanın təmin edilməsini və qarşılıqlı ididanın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı etibarnamə nümayəndəsi və vəkili Vəkil1 ilk iddia tələbini tam müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmdən xahiş etmişdir . Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi Vəkil2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə tam müdafiə edərək ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianı isə təmin edilməsini məhkəmdən xahiş etmişdir . İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilk iddia tələbləri təmin edilməli, qarşılıqlı iddia tələbləri isə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən xx.xx.1997-ci il tarixli verilmiş MH seriyalı 111246 №-li qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. İş üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-720/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 2706 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş üzrə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 30 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 867 r/k, səhifə 130188, 30/130188 qeydiyyat nömrəsi olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 9-da yerləşən 4 saylı mənzildən və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 25r/k, səhifə 35, 10497 qeydiyyat nömrəsi olan şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 6 saylı, 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 16,40 kv.m. qeyri-yaşayış sahəsindən ibarətdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, tərəflər keçmiş ailə üzvü olsa da, İddiaçı atasından miras qalmış və xx.xx.2020-ci ildən mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşayır. Cavabdeh iddiaçıya özünə miras qaydasında keçmiş və mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göründüyü kimi Cavabdeh həmin mənzilə dair nə İddiaçı atasının sağlığında, nə də ki onun vəfatından sonra hər hansı hüququ yaranmamışdır.İndi də heç bir hüququ olmadan bu mənzildə yaşayır. İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 9 saylı evin 4 saylı mənzilini əşyaları ilə birlikdə 10 gün müddətində tərk etməsini,əks təqdirdə “mənzildən çıxarılması, maddi ziyanın tutulması” tələbinə dair məhkəməyə müraciət etməsini göstərilmişdir. Məhkəmə ilk iddia tələbinə hüquqi qiymət verməmişdən əvvəl qarşılıqlı iddia tələbi üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı tələbinə hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2004-cü il tarixdə bağlanımlış rəsmi nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və tərəflərin birgə nikahdan olan uşaqları anaları Cavabdeh yanında saxlanılmışdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə tələbi üzrə qeyd edir ki, həmin tələb əsaslı hesab edilə bilməz. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh mübahisəli mənzilə köçən zaman (2004- 2005-ci illər) mənzilin mülkiyyətçisi İddiaçı atası Rasim Səfərəliyev olmuşdur. Belə olan halda həmin vaxt Cavabdeh AR Mülki Məcəllənin 228.1-ci maddəsinin tələbləri baxımından mübahisəli istifadə hüququ əldə etməmişdir. Cavabdeh mübahisəli mənzilə dair istifadə hüququ əldə etməməsi, onun mənzilin mülkiyyətçi Rasim Səfərəliyevin ailə üzvü olmaması ilə bağlı olmuşdur. Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi yalnız o halda baş verə bilərdi ki, mənzilin mülkiyyətçisi onun həyat yoldaşı İddiaçı olsun, yaxud mənzilin mülkiyyətçisi ilə onun arasında notariat qaydada müqavilə bağlanaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Yəni Cavabdeh mübahisəli mənzilə köçən zaman mənzilin mülkiyyətçisi ilə onun arasında notariat qaydada (AR Mülki Məcəllənin 228.2-ci maddəsi) razılaşma olmadığı üçün, o, həmin mənzilə istifadə hüququ əldə etməmişdir. AR Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşin digər faktiki hallarından görünür ki, mənzilin mülkiyyətçisi Rasim Səfərəliyev 2008-ci xx.xx.2008-ci ildə vəfat etmişdir və onun vəfatından sonra xx.xx.2009-cu ildə İddiaçı həmin mənzilə qanun üzrə vərəsəlik hüquqları tanınmışdır. Mülkiyyətçi Rasim Səfərəliyevin vəfatından sonra Cavabdeh mübahisəli mənzildə yaşamağa davam etmiş və hazırki vaxtadək orada uşaqları ilə birlikdə yaşayır. Lakin İddiaçı mübahisəli mənzilə vərəsəlik hüquqları 2009-cu ildə tanınsa da, mənzil daşınmaz əmlakın dövlət reyestrində yalnız xx.xx.2020-ci ildə onun adına qeydiyyata alınmışdır. Həmin vaxt isə tərəflər arasında olan nikah artıq pozulmuş və tərəflər ayrılmışlar. Göründüyü kimi mənzilin əvvəlki mülkiyyətçisi Rasim Səfərəliyevin vəfatından sonra (xx.xx.2008-ci) tərəflər arasında nikah pozulan vaxtadək (xx.xx.2018-ci ildə nikah pozulmuş, xx.xx.2018-ci ildə qanuni qüvvəsini almışdır) mənzilin hüquqi rejimində hər hansı dəyişiklik baş verməmişdir. Yəni mənzil daşınmaz əmlakın dövlət reyestrində Rasim Səfərəliyevin mülkiyyətində qalmışdır. İddiaçı yalnız xx.xx.2020-ci ildə mənzilin mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mənzilin mülkiyyətçisi olmuşdur. Deməli yuxarıda göstərilən işin faktiki hallarından məhkəmə belə nəticəyə gəlir ki, mənzilin əvvəlki mülkiyyətçisi vəfat etdikdən sonra Cavabdeh mənzilə münasibətdə hüquqi statusu dəyişməmiş və o, həmin mənzildə istifadə hüququ olmayan şəxs statusuna malik olan şəxs kimi yaşamağa davam etmişdir. Baxmayaraq ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mənzilə vərəsəlik hüquqları tanınmışdır və o, həmin mənzilin faktiki mülkiyyətçisi hesab olunurdu, həmin hal da Cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasına əsas ola bilməz. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Lakin bu, o demək deyil ki, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisi Rasim Səfərəliyevin vəfatından sonra mübahisəli mənzildə İddiaçı ailə üzvü kimi yaşamağa davam etdiyi üçün və İddiaçı mənzilə vərəsəlik hüquqları tanındığı üçün onun ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etmişdir. Nailə Səfərovanın mübahisəli mənzilə istifadə hüququ o halda yarana bilərdi ki, İddiaçı nikah pozulanadək mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmış olardı. Lakin bu hüquqlar, yəni mənzil üzərində mülkiyyət hüquqları 2020-ci ildə, yəni tərəflər arasında nikah pozulduqdan sonra qeydə alındığı üçün, tərəflər arasında yeni hüquq münasibətləri, yəni mənzil münasibətləri məhz bundan sonra yaranmışdır. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən yalnız daşınmaz əmlakın dövlət reyetsrində qeydə alınmış mülkiyyət hüquqları həqiqi hesab edilir. AR Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması anı yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, AR Konstiusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstiutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.”. Beləliklə məhkəmə həm Mülki Məcəllənin 139 və 140-cı madələrinin tələblərini, həm Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşan hüquqi mövqeyi əsas tutaraq belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi Rasim Səfərəliyevin vəfatından sonra mübahisəli mənzildə yaşamağa davam etsə də, onunla İddiaçı arasında mənzilə dair mülki münasibətlər 2020-ci ildə yaranmışdır. Belə olan halda əvvəlki mülkiyyətçinin vəfatından sonra və mənzilin mülkiyyətçisi İddiaçı olduqdan sonra Cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarının yaranıb-yaranmaması məsələsinə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi mülkiyyətçinin ailə üzvləri sıransına onun əri (arvadı), uşaqları və valideynləri aiddir. Cavabdeh hüquq münasibətləri yaranan vaxtı (xx.xx.2020-ci ildə) mülkiyyətçi İddiaçı arvadı olmadığı üçün, o, həmin mənzilə istifadə hüququ əldə etmiş şəxs hesab olunmur. Digər tərəfdən Cavabdeh mülkiyyətçinin keçmiş arvadı olmaqla “digər qohumlar” sırasına daxil olsa da (AR Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı), onun İddiaçılə nikahları pozulduqdan sonra mübahisəli mənzildə yaşaması mülkiyyətçi İddiaçı iradəsinə zidd olmuşdur. Yəni nikah pozulduqdan sonra Cavabdeh mübahisəli mənzildə yaşaması ilə bağlı mənzil mülkiyyətçisi olan İddiaçı arasında hər hansı razılaşma olmadığı üçün, onun mübahisəli mənzildən istifadə etmək hüququnun yaranmasından söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarının yaranması üçün hər hansı hal müəyyən olunmadığı üçün, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı gətirdiyi dəlilləri üzrə, yəni Cavabdeh mübahisəli mənzilə dair istifadə hüquqlarının yaranmaması ilə bağlı gətirdiyi dəlilləri üzrə aşağıdakıları qeyd edir. İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazda mənzildən istifadə ilə bağlı yaranan istifadə hüquqlarının məhdud əşya hüququ olduğunu qeyd etmişdir. Lakin məhkəmə qeyd edir ki, ailə münasibətləri əsasında mənzildən istifadə ilə bağlı yaranan hüquqlar məhdud əşya hüquqları kateqoriyasına aid deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yəni “istifadə hüququ” özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks şhalda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci amddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına uyğun olaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin ailə üzvləri hesab edilməyən şəxslərin mənzildən istifadə hüquqlarının yaranması üçün həmin hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Məhz bu hüquqlar qeydiyyata alındıqdan sonra məhdud əşya hüququna, yəni istifadə hüququna çevrilir. Mülkiyyətçinin ailə üzvlərinə gəldikdə məhkəmə qeyd edir ki, ailə üzvünün yaşayış sahəsindən istifadə etmək hüququ yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranır və həmin hüquq ailə hüququ sahəsinə aid olan mənzildən istifadəyə əsas verən haqq hüququ kimi yaranır. Bu haqq (hüquq) məhdud əşya hüququ hesab edilmir və mənzildən istifadəni təmin edən və hüquq verən hal hesab edilir. Beləliklə məhkəmə Cavabdeh mübahisəli mənzildən istifadə ilə bağlı haqqı (hüququ) yaranmadığı üçün və həmin hüquqların yaranması üçün heç bir əsas olmadığı üçün, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddia tələbi təmin olunmadığı üçün, ilk iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarının yaranmaması müəyyən edilmişdir. Belə olan halda onun mənzildə yaşaması üçün hər hansı əsası yoxdur. Bu səbəbdən İddiaçı Cavabdeh mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddiası tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X4 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh mübahisəli mənzildə uşaqları ilə yaşasa da, bu hal da ona həmin mənzildə yaşamaq üçün əsas vermir. Belə ki, tərəflərin birgə nikahdan olan uşaqların məhkəmə qətnaməsi ilə ananın yanında saxlanılması müəyyən edilmişdir. Uşaqların İddiaçı ailə üzvləri kimi mənzilə istifadə hüquqları olsa da, bu hal Cavabdeh mübahisəli mənzildə mülkiyyətçinin iradəsinə zidd olsa belə yaşamasına əsas vermir. Mülki qanunvericiliyin tələblərinə əsasən valideynlərin deyil, uşaqların yaşayış yeri valideynlərinin birinin yaşayış yeri ilə müəyyən edilir(Mülki Məcəllənin 27-ci maddəsi). Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildən çıxarılması ilə bağlı tələbi tam qanunidir. Beləliklə iddiaçı Cavabdeh mülkiyyətində olan mənzildə yaşamasına razılıq vermədiyindən, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının yaranmaması və mülkiyyətçinin iradəsinə zidd yaşaması müəyyən edildiyindən, bununla da cavabdehin mübahisəli mənzildə hüquqi əsası olmadan yaşaması öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 syalı evin 4 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təvih verilsin. İddiaçı Cavabdeh Yuzasif qızının cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 9 syalı evin 4 saylı mənzilən istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar