Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-16/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı - Cavabdeh1 qarşı “əmlakın boşaldılması, təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair, həmçinin iddiaçı Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokolun etibarsız hesab edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və daşınmaz əmlakın dövlət reyestrində qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh1 qarşı “əmlakın boşaldılması, təhvil verilməsi, və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətinin pozulmasını aradan qaldırmaq üçün cavabdehin ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanından məcburi qaydada çıxarılması və dəymiş 6000 (altı min) manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, onun əmlaka hüquqları ********** dövlət qeydiyyatı nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh uzun müddətdir ki, onun əmlakı üzərində qanunsuz sahiblik edir. O, uzun müddət əvvəl məhkəməyə müraciət etmiş, xeyrinə məhkəmə qərarı çıxarılmış, lakin bu qərar icra olunmamışdır. O, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş və məhkəmə onun xeyrinə qərar qəbul etmişdir. O, cavabdehə 26.09.2019-cu il tarixli məktub göndərməklə əmlakı tərk etməyi tələb etmişdir. Buna baxmayaraq cavabdeh bu tələbə riayət etməkdən imtina etmişdir. Onun əmlaka mülkiyyət hüquqları heç bir əsasla məhdudlaşdırılmamışdır. Cavabdeh tərəfindən əmlak üzərindən sahiblik etməsi və ondan istifadə etməsi qanunsuzdur və onun mülkiyyətinə müdaxilədir. Cavabdeh qeyd olunan sahibliyin qanunsuz olduğu barədə məlumatlıdır. Bu səbəbdən cavabdeh Mülki Məcəllənin məqsədləri üçün vicdansız sahibdir. Əmlakın yerləşdiyi ərazidə icarə haqqı həmin mənzil üçün təqribən 500 manat olmaqla 1 il ərzində icarə haqqı 6000 manat təşkil edir. Əmlakın cavabdehdə qaldığı bütün müddət ərzində ona qeyd olunan məbləğdə əldən çıxmış fayda formasında vurulmuş zərərin əvəzi ödənilməldiir. İddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, iddiaçı cavabdehdən iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, X11 küç. b 27 m.2 giriş 2 ünvanında olan mənzilin boşaldılması və onun iddiaçıya təhvil verilməsini tələb edir və bu barədə iddiaçının xeyrinə qərar çıxarılmasını məhkəmədən xahiş edir. İddia ərizəsinə əlavədə həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasında bu cür işlər üzrə bərqərar olmuş təcrübəyə əsasən məhkəmə orqanları Azərbaycan Respublikasının 01 iyul 2004-cü il tarixli, 298 saylı sərəncamının 2-ci bəndində 1992- 1998-ci illər ərzində yerləşən məcburi köçkünlərin mənzillərindən çıxarılmaması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Cavabdehin ailəsinin həmin illər ərzində yerləşdiyi mənzil artıq sökülmüş və onun yerinə yeni mənzil tikilmişdir. Məhz bu səbəbdən də iddiaçı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu mənzillərin ünvanları da ayrı-ayrıdır. Belə ki, sökülən mənzilin ünvanı 27-ci ev, mənzil 15 olduğu halda, hazırkı mənzilin ünvanı Q. Abbasov 25, mənzil 2-dir. Nəticədə, Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 saylı sərəncamı cavabdehin iddiaçının hazırkı mənzilində yerləşdirilməsinə şamil edilmir. Bunun iddianın əsaslarından biri kimi nəzərə alınması məhkəmədən xahiş edilir. İddiaçı Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokolun etibarsız hesab edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və daşınmaz əmlakın dövlət reyestrində qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın 01/19 saylı, 01.08.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, b27, mənzil 2 ünvanına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ona təqdim edilməsi, o cümlədən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 08.08.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı mənzilə dair onunla binanı inşa edən tikinti şirkəti arasında müvafiq müqavilə bağlanmış və Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, b27, mənzil 2 onun mülkiyyətinə verilmişdir. Qeyd edilən müqavilə onunla "xxxx" MTK arasında 16 dekabr 2016-cı il tarixdə bağlanmışdır. Müqavilənin şərtlərinə görə məskunlaşdığı X12 küçəsi 27 ünvanında yerləşən 15 saylı mənzilin sökülməsi ilə əlaqədar yeni tikilən binadan (ünvan: X11 küçəsi b27, mənzil 2) MTK tərəfindən ona və ailə üzvlərinə müvafiq mənzil verilmişdir. Müqavilədə qeyd edildiyi kimi o və MTK öhdəliklərini yerinə yetirmişlər və MTK tərəfindən ona həmin mənzil vermişdir. Qeyd edilən bina istismara verilmiş və həmin binada yaşayış vardır, o cümlədən o da ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Hazırda ilkin iddia üzrə iddiaçı, hazırki iddia üzrə cavabdeh İddiaçı ona və ailə üzvlərinə qarşı iddia verərək həmin mənzili boşaltmağı onlardan tələb edir. O, iddiasını onunla əsaslandırır ki, hazırda yaşadığı mənzili MTK-dan almış və müvafiq surətdə həmin mənzilə dair hüquqlarını DƏDRX-də qeydiyyatdan keçirmiş və buna dair ona mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Həqiqətən də hazırda ailəsi ilə yaşadığı mənzilə dair həmin mənzilə heç bir hüququ olmayan İddiaçı adına ********** qeydiyyat nömrəli, 08.08.2019-cu il tarixli çıxarış verilmişdir. Hesab edir ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Hüquqlarının qeydiyyata alınması, cavabdehə verilmiş çıxarışın ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsinə iddia versə də, iddiası inzibati deyil, ümumi məhkəmədə baxılmalı olması səbəbindən mümkün sayılmamışdır. Hesab edir ki, MTK İddiaçı hazırda yaşadığı mənzilə çıxarış alınması məqsədilə müvafiq sənədlər təqdim edərkən mənzilin müqavilə üzrə yüklü olmasını, orada onun ailə üzvləri ilə birgə yaşamağını, mənzilin yüklülüyünə əhəmiyyət verməmiş, bununla da mübahisəyə səbəb ola biləcək kazus yaratmışdır. Bir daha qeyd etmək istəyir ki, onunla MTK arasında müqavilə 16.12.2016-cı il tarixdə bağlanmışdır. O, həmin mənzilə MTK-nin səlahiyyətli şəxslərinin göstərişi və müşaiyəti ilə köçmüşdür. Lakin İddiaçı həmin mənzilə dair çıxarışı 2019-cu ilin avqust ayında almışdır. Faktiki olaraq MTK ona yüklü bir mənzil satmışdır. Qeyd etmək istəyir ki, o, cavabdeh "xxxx" MTK tərəfindən mübahisəli mənzilə buraxılmışdır. Lakin buna baxmayaraq "xxxx" MTK guya 01.08.2019-cu il tarixdə ümumi yığıncaq keçirmiş və ümumi yığıncağın qərarı ilə mənzili digər cavabdeh İddiaçı vermişdir. Həmin protokolda ümumiyyətlə fərqli bir mənzil, yəni sahəsi 68.35 mv.m olan mənzildən bəhs edilir. Hesab edir ki, həmin protokol MTK-nın Nizamnaməsinin, o cümlədən qanunun tələbləri pozulmaqla tərtib edildiyindən etibarsız hesab edilməlidir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokolun etibarsız hesab edilməsi və qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair e-2(009)-708/2022 saylı mülki işin Bakı Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı “əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair 2(009)-16/2022 saylı mülki iş ilə bir icraatda birləşdirilmişdir. İddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh1 iddia tələbini qəbul etməyərək, etiraz təqdim edərək göstərmişdir ki, cavabdehlə "xxxx" MTK arasında olan 16.12.2016-cı il tarixli müqavilə də etibarsız hesab edilməlidir. Cavabdehin mənzilə hüququ mövcud deyildir. Cavabdeh "xxxx" MTK ilə onun arasında 16.12.2016-cı il tarixli müqaviləyə istinad edir. Bu müqavilə ən azından aşağıdakı səbəblərdən cavabdehə heç bir hüquq vermir. Müqavilə notarial qaydada təsdiq edilməmişdir. Cavabdehin istinad etdiyi müqavilə isə nə dövlət qeydiyyatına alınmamış, nə də notarial qaydada təsdiq edilməmişdir. Belə olan halda cavabdehin sözügedən mənzilə heç bir hüququ yaranmır və mövcud deyildir. Müqavilə hüququn verilməsi üçün əsas deyildir. Bu səbəbdən də cavabdehin təqdim etdiyi müqavilə onun hər hansı hüququnun sözügedən mənzilə qeydiyyatı üçün əsas ola bilməz. Bu müqavilə sözügedən mənzil üzərində hüquq vermir. Müqavilə ümumən ünvanı dəqiq göstərilməyən mənzilin cavabdehə “müvəqqəti yaşamaq” üçün təhvil verilməsi barədədir. Müqavilədə dəqiq ünvan göstərilmir. Orada mərtəbə göstərilir və mənzilin sahəsi göstərilir. Səbəb isə odur ki, 2016-cı ildə həmin mənzil mövcud olmamışdır, hazırda isə həmin mərtəbədə bir sıra mənzillər vardır. Ona görə də müqavilənin iddiaçıya məxsus olan mənzil üzərində hər hansı hüququn verməsini iddia etmək mümkün deyildir. MTK müqaviləni bağlaya bilməzdi. "xxxx" MTK-nın cavabdehin təqdim etdiyi müqaviləni bağlamaq üçün hüquqi əsası olmamışdır. Həmin müqavilə bağlanan zaman mənzil mövcud deyildi. Müqavilədən görünür ki, zəruri icazələr məhz 2016-cı il tarixdə əldə edilmişdir. Həmin vaxta heç yarımçıq tikilinin də olması güman ki, mümkün deyildir. Əvvəlki binaya da MTK-nın heç bir hüququ olmamışdır. Şəxs ona məxsus olmayan əmlak barədə sərəncam verə bilməz. Bu və yuxarıda qeyd olunan digər səbəblərdən cavabdehlə "xxxx" MTK arasında mövcud olan müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 hüquqlarını təmsil etdiyi İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və ona edilən əlavənin məzmununa uyğun izahat vermiş, onun təmin olunması, cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh1 isə iddia ərizəsini qəbul etməyərək sonuncunun iştirakı olmadan da işə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini müdafiə edərək təmin edilməsini, İddiaçı ona qarşı iddiasını qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı iddia tələbi qismən təmin, cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh1 iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MTK tərəfindən X2 verilmiş 01.08.2019-cu il tarixli maliyyə arayışıdan görünür ki, Bakı şəhəri, X9 küçəsi, 22 ünvanında "xxxx" MTK tərəfindən “Park Bayıl” layihəsində tikilməkdə olan binanın 2-ci girişin 2-ci mərtəbəsində 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 68.35 kv.m olan 2 nömrəli mənzilə görə borcu yoxdur. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, bina 27, giriş 2, mənzil 2 ünvanında yerləşən 61,40 kv/metr ümumi sahədən ibarət mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına 08.08.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 26.09.2019-cu il tarixli məktubdan görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, b. 27, m. 2, giriş 2 ünvanında yerləşən mənzildən onun ailə üzvləri ilə birlikdə çıxmalarını tələb etmişdir. - "xxxx" MTK tərəfindən verilmiş 13.01.2020-ci il tarixli arayışdan görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2016-cı tarixli, 42 nömrəli Sərəncamına əsasən, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin, “Azərdövlətlayihə” DBLİ mütəxəssisləri tərəfindən verilmiş rəyi nəzərə alaraq ünvan 8 ünvanında yerləşən 2 mərtəbəli bina texniki cəhətdən qəzalı və istismar üçün yararsız və təhlükəli olduğundan həmin binanın söküntüsü "xxxx" MTK tərəfindən yerinə yetirilərək yerində həmin ünvanda yeni “Park Bayil” 12 mərtəbəli yaşayış binası inşa edilmişdir. Hazırda binanın tikintisi başa çatdırılaraq istismara təhvil verilmişdir. - Səbail Rayon Xalq Məhkəməsinin 25.09.1995-ci il tarixli, 2-589-1995 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddası üzrə X1 ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında olan mənzildən çıxarılmaları qət edilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 verilmiş 29.06.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qənbərov X4 rayonundan 1993-cü ildən məcburi köçkün olmaqla Səbail rayonu ərazisində məskunlaşmışdır. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Vəkil1 ünvanlanmış 08.11.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sorğuda adı göstərilən Zəngilan rayonundan məcburi köçkün Cavabdeh1 ailəsi ilə birlikdə ünvan 10 ünvanında müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və Komitə tərəfindən Dövlət Proqramına uyğun olaraq mənzillə təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuş və hazırda bununla bağlı işlər davam etdirilir. Odur ki, bu məqsədlə evlər tikildikdən sonra İddiaçı mənzilində müvəqqəti məskunlaşmış məcburi köçkün Cavabdeh1 ailəsinin mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. - "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2016-cı il tarixli 03/MK nömrəli müqavilənin surətindən görünür ki, hazırki Müqavilənin predmetinə əsasən, “Məcburi köçkün” 1993-cü il tarixindən müvəqqəti olaraq məskunlaşdığı Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi 27 ünvanında yerləşən, ümumi sahəsi 44.5 kv.metr olan 15 saylı mənzili yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”-ə təhvil verməyi, “Kooperativ” isə sözügedən mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 66.55 kv.metr olan, 2-ci mərtəbəsində yerləşən, 2 (iki) otaqdan ibarət, təmirli mənzili “Məcburi köçkün”-ə müvəqqəti yaşaması üçün təhvil verməyi öhdələrinə götürmüşlər. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441 /2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) qarşı mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2828/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6441/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 27, mənzil 2, giriş 2 ünvanı İddiaçı adına "xxxx" MTK üzvlərinin ümumi iclasının 01/19 nömrəli 01.08.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən 08.08.2019-cu il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səbail (X11) küçəsi, ev 27, 15 saylı mənzil 31.03.1994-cü il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 2 saylı DNK-nın 3M-223 reyestr nömrəli 10.03.1995-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən 05.04.1995-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Səbail (X11) küçəsi, ev 27, 15 saylı mənzil 31.03.1994-cü il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 2 saylı DNK-nın 3M-223 reyestr nömrəli 10.03.1995-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən 05.04.1995-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçərək mülkiyyətinə verilmişdir. X12 küçəsi 27 ünvanında yerləşən 15 saylı mənzil İddiaçı mülkiyyətində olduğu müddətdə X1 (Cavabdeh1 anası) Zəngilan rayonundan məcburi köçkün olmaqla həmin ünvanda müvəqqəti məskunlaşmışlar. Səbail Rayon Xalq Məhkəməsinin 25.09.1995-ci il tarixli, 2-589-1995 nömrəli qətnaməsi İddiaçı iddası üzrə X1 ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında olan mənzildən çıxarılmaları qət edilsə də, qətnamə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 saylı sərəncamının 2-ci bəndinə əsasən icra edilməmişdir. Beləliklə də, X1, sonradan isə Cavabdeh1 ailəlikcə həmin ünvanda yaşamaqda davam etmişlər. Lakin sözügedən mənzilin yerləşdiyi bina Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2016-cı tarixli, 42 nömrəli Sərəncamına əsasən, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin, “Azərdövlətlayihə” DBLİ mütəxəssisləri tərəfindən verilmiş rəyi nəzərə alaraq ünvan 8 ünvanında yerləşən 2 mərtəbəli bina texniki cəhətdən qəzalı və istismar üçün yararsız və təhlükəli olduğundan söküntüsü həyata keçirilmiş və binanın tikintisi başa çatdırılaraq istismara təhvil verilmişdir. Müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina sökülərkən 15 saylı mənzilin mülkiyyətçisi İddiaçı olsa da, binanın söküntüsünü həyata keçirək "xxxx" MTK faktiki olaraq orada ailəsi ilə həmin mənzildə yaşayan Cavabdeh1 ilə aralarında 16.12.2016-cı il tarixli 03/MK nömrəli müqavilə bağlayaraq ona müvəqqəti yaşaması üçün mənzil vermişdir. Həmçinin, işin araşdırılmış hallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 27, mənzil 2, giriş 2 ünvanı İddiaçı adına "xxxx" MTK üzvlərinin ümumi iclasının 01/19 nömrəli 01.08.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli maliyyə arayışına əsasən 08.08.2019-cu il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Beləliklə də müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Səbail (X11) küçəsi, ev 27, 15 saylı mənzilin sökülməsi ilə bağlı İddiaçı verilən mənzilin ünvanı Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 27, mənzil 2-dir. Hazırda İddiaçı Cavabdeh1 tərəfindən əmlak üzərindən sahiblik etməsi və ondan istifadə etməsinin qanunsuzluğu və onun mülkiyyətinə müdaxilə olmasını iddia edir, iddiaçı Cavabdeh1 isə iddiasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, 08.08.2019-cu il tarixli qeydiyyatın ləğv edilməklə hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, b27, mənzil 2 ünvanına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmalı və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ona təqdim edilməli olmasını iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, İddiaçı iddia tələblərinə qiymət verərək hesab edir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səbail (X11) küçəsi, ev 27, 15 saylı mənzilin sökülməsi ilə əlaqədar ona Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 27, mənzil 2, giriş 2 ünvanı olan yeni mənzil verilmişdir və o, hazırda məburi köçkün statusuna malik olan Cavabdeh1 ailəsi ilə orada yaşamasına görə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Halbuki, qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl elementlərindən biri hesab edilir. Mülkiyyət hüququnun ümumbəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Mülkiyyət hüququnun tərkib elementi olan istifadə və sahiblik hüquqlarının pozulması, artıq, sərəncam hüquqlarının da daxil olduğu mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə, İddiaçı iddia tələblərinə qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan əmlakı üzərində sahiblik etməsi və ondan istifadə etməsi sonuncunun mülkiyyətinə qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 15 saylı mənzil söküldüyündən və mənzilin söküldüyü binanın yerində inşa edilmiş binada onun mənzilinin əvəzinə yeni mənzil verildiyindən Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 saylı sərəncamı cavabdehin iddiaçının hazırkı mənzilində yerləşdirilməsinə ümumiyyətlə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı - Cavabdeh1 qarşı tələbinin mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanından məcburi qaydada çıxarılmasına dair hissəsi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə İddiaçı tələbinin vurulmuş zərərin ödənilməsi hissəsinin isə təmin edilməməsi qənaətinə gəlir. Belə ki, İddiaçı tələbinin bu hissəsini əmlakının yerləşdiyi ərazidə icarə haqqının həmin mənzil üçün təqribən 500 manat olmaqla 1 il ərzində bu haqqın 6000 manat təşkil etməsinə və əmlakın cavabdehdə qaldığı müddət ərzində ona qeyd olunan məbləğdə əldən çıxmış fayda formasında vurulmuş zərərin əvəzinin ödənilməli olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh1 uzun müddətdir ki, ailəsi ilə birlikdə İddiaçı əvvəlki mülkiyyətində əvvəl məcburi köçkün statusunda yaşamış, hazırda isə iddiaçının yeni mülkiyyətində binanı inşa edən MTK-nın onunla bağladığı müvəqqəti xarakterli müqaviləsi əsasında yaşamaqda davam edir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehdən son bir il üçün həmin mənzilin yerləşdiyi ərazidə aylıq icarə haqqı olaraq 500 manat məbləğində hesablanmaqla 1 ilə nisbətdə 6000 (altı min) manat məbləğində ona zərər vurulmasını iddia etsə də, bu meyarla bağlı məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı zərərin vurulması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən Cavabdeh1 qarşı iddia bu hissədə əsaslı sayıla bilməz. Məhkəmə iddiaçı Cavabdeh1 iddia tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, o, iddia tələbinin əsası kimi hazırda yaşadığı mənzilə dair onunla binanı inşa edən tikinti şirkəti arasında bağlanmış müvafiq müqavilə əsasında Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, b27, mənzil 2 onun mülkiyyətinə verilməsinə istinad etmiş və göstərmişdir ki, müqavilə üzrə o və MTK öhdəliklərini yerinə yetirmişlər. Buna görə də hazırda ailəsi ilə yaşadığı mənzilə dair heç bir hüququ olmayan İddiaçı adına verilmiş "xxxx" MTK-nın 01/19 saylı, 01.08.2019-cu il tarixli protokolu etibarsız sayılmalı, adına olan 08.08.2019-cu il tarixli qeydiyyatı ləğv edilməklə onun həmin mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 onunla "xxxx" MTK arasında bağlanmış özüözlüyündə əhəmiyyətsiz olan 16 dekabr 2016-cı il tarixli müqaviləyə istinad etməklə iddiasında irəli sürdüyü dəlillər "xxxx" MTK-nın 01/19 saylı, 01.08.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün hüquqi əsas yaratmır . Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plemunun 02.04.2021-ci il tarixli Qərarında göstərildiyi kimi istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda Cavabdeh1 ailəsi ilə birlikdə İddiaçı mülkiyyətində olan mənzildə - "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2016-cı il tarixli 03/MK nömrəli müqaviləyə əsasən yaşamasına baxmayaraq həmin müqavilənin məzmunundan da göründüyü kimi, o, bu müqaviləni məcburi köçkün statusunda imzalamış və MTK ümumi sahəsi 66.55 kv.metr olan, 2-ci mərtəbəsində yerləşən, 2 (iki) otaqdan ibarət, təmirli mənzili “Məcburi köçkün”-ə (Cavabdeh1) müvəqqəti yaşaması üçün təhvil verməyi öhdəsinə götürmüş və bu öhdəlik yerinə yetirilmişdir. Göründüyü kimi, Cavabdeh1 ilə bağlanmış 16.12.2016-cı il tarixli 03/MK nömrəli müqavilə bağlanarkən hazırda yaşadığı mənzil mövcud olmamışdır. Müqavilə ümumən ünvanı dəqiq göstərilməyən mənzilin ona “müvəqqəti yaşamaq” üçün təhvil verilməsi barədədir. Müqavilədə dəqiq ünvan deyil, mərtəbə və mənzilin sahəsi göstərilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə MTK-nin səlahiyyətli şəxslərinin göstərişi və müşaiyəti ilə köçməsi faktı olmuş olsa da belə həmin mənzilə köməsinə əsas vermiş sözügedən müqavilə müvəqqəti xarakterli olmaqla ona hazırda yaşayış sahəsi ilə bağlı heç bir hüquq yaratmamışdır. Buna görə də "xxxx" MTK 01.08.2019-cu il tarixdə ümumi yığıncaq keçirərək ümumi yığıncağın qərarı ilə mənzili cavabdeh İddiaçı verməkdə həm haqlı olmuş, həm də bu halda Cavabdeh1 nəinki razılıq almalı, hətta ona bu barədə məlumat da verməli deyildi. Belə ki, qeyd edildiyi kimi Cavabdeh1 mübahisəli mənzildə müvəqqəti yaşamaq üçün MTK tərəfindən buraxılmış və bu müvəqqətiliyin əsaslarını onunla formal bağladığı, özü-özlüyündə əhəmiyyətsiz olan 16.12.2016-cı il tarixli müqavilədə göstərmişdir. Məhkəmə daha sonra qeyd edir ki, Cavabdeh1 müqavilədə qeyd edildiyi kimi MTK qarşısında öhdəliklərini yerinə yetirməsinə istinad etsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, o əvvəl məcburi köükün kimi yaşadığı mənzili boşaldaraq MTK tərəfindən sökülməsinə şərait yaratması onun müqavilə ilə üzərinə götürdüyü öhdəiliyi icra etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin qənaətinə görə Cavabdeh1 özü də yaxşı bilir ki, MTK tərəfindən ona müvəqqəti verilən yaşayış sahəsi ona məxsus olmayan və məcburi köçkün kimi məskunlaşdığı İddiaçı məxsus mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması səbəbindən sökülməsinə görə verilmişdir. Həmçinin müqavilədə Cavabdeh1 hansı hallarda mənzili boşaldaraq mülkiyyətçiyə təhvil verilməsi halları da öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MTK-nın 01/19 saylı, 01.08.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi üçün iddia qaldırmaqda Cavabdeh1 subyektiv hüquqa malik olmamaqla yanaşı, "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2016-cı il tarixli 03/MK nömrəli müqavilə hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, b27, mənzil 2 ünvanına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə də əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X10rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı - Cavabdeh1 qarşı iddiası qismən təmin edilməklə cavabdeh Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanından məcburi qaydada çıxarılmalı, mənzil boşaldılmalı, mülkiyyətçiyə təhvil verilməli, iddia qalan hissədə rədd edilməli, eləcə də iddiaçı Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh1 qarşı “əmlakın boşaldılması, təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, bina 27, mənzil 2, giriş 2 ünvanından məcburi qaydada çıxarılsın, mənzil boşaldılsın və mülkiyyətçiyə təhvil verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 – cavabdehlər İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “protokolun etibarsız hesab edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və daşınmaz əmlakın dövlət reyestrində qanunsuz aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-16/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-16/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver