Məhkəmə qərarları › İş №2(009)-1608/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1608/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1608/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “qohumluq faktlarının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “qohumluq faktlarının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 anasının X54 olması, X20 X31 bacısı olması, Həbib Hacıbaba oğlunun X31 qardaşı olması, X65nın X31 bacısı qızı olması, X46 X31 bacısı oğlu olması barədə faktın təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X2, anası X36 olmuşdur. O, atasının doğulub böyüdüyü və rəhmətə getdiyi Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən evdə doğulub böyümüş, hazırda da yaşayış və qeydiyyat yeri həmin ünvandır. Həmin daşınmaz əmlak, yəni ünvan 1şən yaşayış evi tarixsiz olaraq X34na, X32, X40, X65na, X55 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. Bunlardan X32 məxsus olan 1/6 hissə pay qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X16 adına qeydiyyata alınmışdır. Qeyd edir ki, bəhs olunan yaşayış evində yalnız o və bibisi Mənzər qeydiyyatda olmaqla yaşayırlar. Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün qohumluq əlaqələrinin müəyyən olunması ilə bağlı ilkin olaraq atası İsmayılın doğum faktı barədə AR Millli Arxiv İdarəsindən məlumat əldə etmişlər. Həmin məlumatda X2nun təvəllüdü 06 iyul 1930-cu il, atası X17, anası X10 qeyd olunmuşdur. Bundan sonra babası X18 doğum haqqında mlumatlarının əldə olunması ilə bağlı AR Milli Arxiv İdarəsinə müraciətlərinə cavab olaraq bu barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Məlum olduğu kimi, bu məlumat aşkarlanacağı halda, mərhələli olaraq babasının valideynləri və digər qohumları barədə məlumat alınması mümkün olacaqdı. Babası barədə məlumat aşkarlanmadığı üçün digər qohumları barədə rəsmi məlumat əldə etmək mümkünsüz olmuşdur. Qeyd edir ki, ünvan 2 ünvanında yerləşən və yaşadığı ev yuxarıda qeyd etdiyi kimi, paylı mülkiyyət əsasında tarixsiz olaraq X34na, X32, X40, X65na, X55 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. X32 məxsus olan paya vərəsəliklə bibisi Mənzər (onunla birlikdə bəhs olunan əmlaka sahiblik edən) mülkiyyət hüququ əldə etmişdir. Gülsüm xanım atasıgilin ana nənələri olmuşdur. Ata nənələri isə payçılardan biri olan X54 olmuşdur. Atası İsmayılın atası X14, anası X37 olmuşdur. X21 anası X79 qızı olmuşdur. X1 anası yaşadığı evin mülkiyyətçilərindən olan X54 olmuşdur. X54 atasıgilin əl üsulu ilə tərtib etdikləri ailə şəcərəsi adlı məlumat vərəqinə əsasən 1886-cı ildə doğulmuş, 1899-cu ildə X25 ilə ailə həyatı qurmuş, 4 oğlu olmuş, onlardan yalnız babası Ələsgər yetkinlik yaşdan sonra yaşaya bilmişdir, qalanları azyaşlıykən vəfat etmişlər. Babası Ələsgər isə ailə içi tərtib olunmuş həmin şəcərə məlumatlarına əsasən 1903-cü ildə anadan olmuş, 1958-ci ildə vəfat etmişdir. Ölüm haqqında qeyd məlumatına əsasən isə onun anası X54 1962-ci ildə vəfat etmişdir (babasının vəfatından sonra). Yaşadığı evin mülkiyyətçilərindən olan X34 və Həbib Hacıbaba oğlu atasının nənəsi X31 bacı qardaşları olmuşdur. X65 və X70 isə babası Ələsgərin xalası uşaqları olmuşdur. X6 şəcərə məlumatlarına əsasən 1910-cu ildə Quliyev Əsədulla ilə ailə həyatı qurmuş və bu evlilikdən 1913-cü ildə Sona xanım, 1916-cı ildə isə Ağa Mehti dünyaya gəlmişlər. Hal-hazırda dövlət arxiv məlumatlarından əldə edə bilmədiyi üçün babası X1 anasının X54 olduğunun, X20 X31 bacısı olduğunun, Həbib Hacıbaba oğlunun X31 qardaşı olduğunun, X65nın X31 bacısı qızı olduğunun, X46 X31 bacısı oğlu olduğunun məhkəmə yolu təsdiqlənməsindən başqa yolu yoxdur. Bəhs olunan yaşayış evi faktiki olaraq tərəfindən miras kimi qəbul olunmasına baxmayaraq, qohumluq əlaqələri təsdiqlənmədən bunu rəsmi olaraq həyata keçirmək mümkünsüz hala gəlmişdir. Bütün bu göstərdiyi hallar sağ qalan qohumlar tərəfindən təsdiqlənə bilər. Göstərdiyi bu hallara əsasən hesab edir ki, hazırkı işdə qeyd etdiyi qohumluq əlaqələrinin təsdiqinə böyük zərurət vardır və bu halın başqa şəkildə təsdiqlənməsinin mümkün olmadığı işin mübahisəsiz halı olduğuna görə hesab edir ki, bu məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində bildirmişdir ki, X19 onun atası olmuş, atasının anası Fatmaxanım, Fatmaxanımın atasının adı Hacıbaba olmuşdur. Fatmaxanım Hacıbaba qızının bacıları Cəvahir, Gülsümxanım və Gövhərxanım (Gövhər), qardaşı Həbib olmuşdur (xəstəlikdən cavan (19 yaşında) dünyasını dəyişmiş, Həbib ailəli olmamışdır). Sonaxanımın atası Əsədulla olmuş, Gövhər də anasıdır, Fatmaxanım da bacısı olmuşdur. Sonaxanımın qardaşı Mehdi, Hacıbala olmuşdur. Mehdi Əsədulla oğluna Ağamehdi deyirdilər. Onun atası Ələskər onları yığıb İçəri Şəhərdəki evlərinə gətirmişdir. Cəvahir xanımın Teyyub adında bir oğlu olmuşdur. Raziyə Cəvahir xanımın qızlığı olmuş, Raziyənin 7 uşağı olmuşdur. Sonaxanımla Ağamehdinin anasının adı Gövhər Hacıbaba qızı olmuşdur. Gövhər xanımı canlı görməmişdir. Cəvahir xanımı canlı görmüş, ata nənəsi Fatmaxanımı və ana nənəsi Gülsümxanımı görməmişdi, amma uşaqlarını tanıyır. Ağamehdi, Hacıbala onların evində yaşaymışlar. Ağamehdi və Hacıbala müharibəyə gedib qayıtmamışlar. Sonaxanım neft sənayesi sahəsində mühəndis işləyirdi, yaxşı əmək fəaliyyətinə görə o, qızıldan Kalinin medalı ilə təltif edilmişdi. Sonaxanım qardaşları qayıtmadığı üçün ailə qurmamışdı, vəfat etməsi barədə tarixi dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X64 ifadəsində bildirmişdir ki, Mehriban dayısı qızıdır. Ərizədə qeyd edilən qohumluq münasibətini təsdiq edir, anasından eşidib onlar barədə, qohumluq əlaqələri olmuşdur. Hüseynov Ələskər onun babasıdır. Hüseynov Ələskərin anası Fatmaxanım Hacıbaba qızı olmuşdur. Fatmaxanımın bacıları Cəvahir, Gövhər, qardaşı isə Həbib olmuşdur. Gövhər xanımın uşaqlarından Sonaxanımın adını bilir, çünki anasıyla birlikdə yaşamışlar, o, ailə qurmamışdı, o, Kalinin ordenini alan ilk qadın olmuş, qardaşları müharibədən dönməyincə ailə qurmayacağını deyirdi. Gülsümxanım anasının nənəsidir, Fatmaxanımın bacısıdır. Kübraxanım Gülsümxanımın qızıdır. Gülsümxanımın uşaqları onun nənəsi Kübraxanım və Əhməd, Cəfər və başqa şəxslərdir. Gülsümxanımın nəvələri olub - məsələn onun xalası Mənzər (iki aydır dünyasını dəyişib). Məhkəmə iclasında şahid qismində dindirilmiş X56 ifadəsində bildirmişdir ki, Fatmaxanım Hacıbala qızıgil 4 bacı 1 qardaş olmuşlar, onlardan biri Cəvahir onun ulu nənəsidir, o, Cəvahir xanımın nəticəsidir. O, İçəri Şəhərdə böyümüş, Fatmaxanımın oğlu Ələskər, onun oğlu İsmayıl, İsmayılın qızları Natavan və Mehriban olmuşdur. Gövhərxanımın uşaqlarından Sonaxanım, Ağamehdi və Hacıbaba olmuşdur. Həbibdən ümumiyyətlə məlumatları olmamış. Cəvahir xanım Əliağa ilə ailə qurub və oğlu Teyyub olub, Teyyubun oğlu Vaqif və qızı Səkinə olmuş, o, Səkinənin qızıdır. Tək uşaqdır. Sonaxanım və Ağamehdi ilə bağlı dəqiq məlumatı yoxdur. Gülsümxanım Fatmaxanımla bacı olmuşlar, uşaqlarını da evləndirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, ərizəçi Mehriban onun bibisi Solmazın qayınanası Kübraxanımın nəvəsidir. Kübraxanımın oğlu İsmayıl Ələskər oğlu olmuşdur. İsmayılın anası Fatmaxanım olmuşdur. Yadımda qalıb ona görə ki, Solmaz xanımda qəşəng lampa var idi, soruşanda ona demişdir ki, demişdi ki, qayınatamın anası Fatmaxanımdan (Ələskərin anası) yadigar qalmışdır. Solmaz onun bibisi qızıdır. Şəkillərini də görüb. Solmaz İsmayılın həyat yoldaşıdır. Fatmaxanımgil 4 bacı 1 qardaş olmuşlar, bacılar Gülsümxanım (Kübraxanımın anası), Cəvahir, Gövhər və qardaşı Həbib olub. Həbib evlənmədən dünyasını dəyişmişdir. Kübraxanım Gülsümxanımın qızıdır, uşaqlarını Ələskərlə evləndirmişlər, İsmayıl dünyaya gəlmiş, onun da qızı Mehribandır. Sonaxanımın və Ağamehdinin adlarını eşitmiş, amma onlar barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Salyan Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışından tədqiq edilmiş: - Respublika VVA arxivi tərəfindən verilmiş 28 dekabr 2004-cü il tarixli, 933 nömrəli arayışdan görünür ki, X15 və Kubra Novruz qızının nikahı haqqında 21 yanvar 1929-cu il tarixdə 247 №-li aktın qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi. Nikah bağladıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. - 26 Bakı Komissarlığı VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X27, ana qrafasında X36 qeyd edilmişdir. - Bakı şəhəri 26 Bakı Komissarlığı VVADQ şöbəsi tərəfindən verilmiş İV-JQ seriyalı, 293920 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Kubra X29 03 oktyabr 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Voroşilov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı, 056384 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 17 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş 15 sentyabr 2012-ci il tarixli, 1382 nömrəli arayışdan görünür ki, X22 13 mart 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-İE seriyalı, 257607 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 107864 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 10 oktyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. - MKİS tərəfindən verilmiş 18 yanvar 2005-ci il tarixli, 260 nömrəli arayışdan görünür ki, X50 Qala küçəsi, 22 №li evin, ev/X №li mənzilində pasport qeydiyyatındadır. 1.Xİİ-29-cu il tarixli 144 №li evlər şöbəsinin məlumat kitabı adına olub. Rəhmətə gedənə qədər bu ünvanda yaşayıb. Qonşuların aktına əsasən. - 1 saylı Bakı Ərazi İdarəsinin 01 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanı tarixsiz olaraq X34, X42, X49, X65, X88 və X46 adlarına ilkin qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin 2-1342/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən Bakı Şurasının İcraiyyə Komitəsinin xx.xx.1929-cu il tarixli Bakıda bələdiyyələşdirilməmiş olan evlərin reyestrindən məlumatda və 214288 saylı, xx.xx.1954-cü il tarixli ölüm haqqında şəhadətnamədə göstərilən adın X4 məxsus olması faktı müəyyən edilmişdir. Bakı şəhəri 48 saylı DNK-nın 2V-04 reyestr nömrəli xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnamə” əsasında həmin fərdi yaşayış evinin 1/6 hissəsi X12 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli, 3- 48-DA/2-H-02288/2023 nömrəli arxiv arayışından görünür ki, Bakı 1 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 18 oktyabr 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1930-cu ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 06 iyul 1930-cu ildə doğulan X11 təvəllüdü qeyd olunur. Atası: X14. Anası: X39. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 3-48-TA/2-N-142-6-201/2024 nömrəli arayışından görünür ki, “Asan Xidmət 2” Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri (İçərişəhər) üzrə 1900-1905-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi tarixsiz olaraq X34na, X32, X40, X65na, X55 və Həbib Hacıbaba oğluna məxsus olmuşdur. X32 məxsus olan 1/6 hissə pay qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X13 adına qeydiyyata alınmışdır. Ərizəçi özünün və bibisi X13 qeydiyyatda olduğu Səbail rayonu, Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün qohumluq əlaqələrinin müəyyən olunması ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, babası X14 barədə məlumat aşkarlanmadığı üçün digər qohumları barədə rəsmi məlumat əldə etmək mümkünsüz olmuşdur. Tanınması xahiş edilən qohumluq əlaqələrini ilə bağlı hüquqi faktın təsdiqi ərizəçiyə Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət sənədi almaq üçün lazımdır. İş materiallarından görünür ki, Kiçik Qala küçəsi, ev 20 (22/24) ünvanı tarixsiz olaraq X34, X42, X49, X65, X88 və X46 adlarına ilkin qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin 2-1342/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən Bakı Şurasının İcraiyyə Komitəsinin xx.xx.1929-cu il tarixli Bakıda bələdiyyələşdirilməmiş olan evlərin reyestrindən məlumatda və 214288 saylı, xx.xx.1954-cü il tarixli ölüm haqqında şəhadətnamədə göstərilən adın X4 məxsus olması faktı müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X27, anası X28r. Ərizəçinin X2nun (06 iyul 1930-cu il təvəllüdü), atası (ərizəçinin babası) X17, anası X37 olmuşdur. Hüseynova Kubra X29 03 oktyabr 1991-ci ildə vəfat etmişdir. Ərizəçinin babası X1 arvadı X37 payçılardan biri olmuş X79 qızının övladıdır. Digər payçı X54 isə ərizəçinin babası X1 anasıdır. Məhkəməyə təqdim edilmiş əl üsulu ilə tərtib edilmiş ailə şəcərəsindən və şahid ifadələrindən görünür ki, X54 1886-cı ildə doğulmuş, 1899-cu ildə X25 ilə ailə həyatı qurmuş, 4 oğlu olmuşdur ki, onlardan da biri ərizəçinin babası X7r. Məhkəməyə təqdim edilmiş əl üsulu ilə tərtib edilmiş ailə şəcərəsindən və şahid ifadələrindən, eləcə də iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin babası X14 1903-cü ildə anadan olmuş, 17 iyul 1958-ci ildə vəfat etmişdir, babasının anası X54 13 mart 1962-ci ildə, yəni oğlu X1 vəfatından sonra vəfat etmişdir. Ərizəçinin X2 isə 10 oktyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. Müəyyən edilmişdir ki, paylı mülkiyyətçilərdən biri olan X34 və Həbib Hacıbaba oğlu X2nun nənəsi X31 bacı və qardaşı olmuşlar. Digər payçılar 1913-cü ildə anadan olmuş X65 və 1916-cı ildə anadan olmuş X70 isə babası X1 xalası uşaqları olmuşlar. Onların X6 1910-cu ildə ataları Quliyev Əsədulla ilə ailə həyatı qurmuşdur. X9 06 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir. Paylı mülkiyyətçilərdən olan X32 məxsus olan pay, yəni, həmin fərdi yaşayış evinin 1/6 hissəsi Bakı şəhəri 48 saylı DNK-nın 2V-04 reyestr nömrəli xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnamə” əsasında X12 adına qeydiyyata alınmışdır. Ərizəçi tərəfindən babası X18 doğum haqqında məlumatlarının əldə olunması ilə bağlı AR Milli Arxiv İdarəsinə müraciətlərinə cavab olaraq bu barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Ərizəçinin göstərdiyi halları iş üzrə şahid qismində ifadə vermiş ərizəçinin babası X5 qızı X38, ərizəçinin dayısı qızı X64, ərizəçinin digər qohumları X26 və (X20 nəticəsi) X56 da ifadələrində təsdiq etmişlər. Ərizəçinin faktiki olaraq miras kimi qəbul etməsini iddia etdiyi istifadəsində olan evə vərəsəlik üzrə hüquqları ilə bağlı ilk öncə X1 anasının X54 olması kimi qohumluq faktının müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci hissəsində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 2.1 bəndinə əsasən, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları Göründüyü kimi, ərizədə göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Vurğulanmalıdır ki, əvvəlki Mülki Məcəllədən fərqli olaraq, yeni Mülki Məcəllədə qanunverici tərəfindən vərəsəliyin növbəliyi genişləndirilərək ikidən beş növbə vərəsələrə qədər artırılmışdır. Bu isə miras qoyanın maraqlarına uyğun olmaqla, əmlakın vərəsələri olmayan əmlak statusuna keçməsinin mümkünlüyünün aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş sonuncu növbə, yəni beşinci növbə vərəsələrə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları aiddir. Göstərilən şəxslərin beşinci növbə vərəsə qismində vərəsəliyə çağırılmaları üçün ondan əvvəl gələn digər növbə vərəsələrin olmaması, onların mirası qəbul etməməsi, mirasdan imtina etmələri və ya vərəsəlik hüququndan məhrum edilmələri zəruridir. Mülki Məcəllənin 1160-cı maddəsinə uyğun olaraq, əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarındə göstərilmişdir ki, mülki qanunvericiliyin vərəsəliklə bağlı normaları nəzərdən keçirildikdə, qanun üzrə vərəsəlik halında vərəsəyə münasibətdə deyil, məhz miras qoyana münasibətdə dairəsi konkret müəyyən edilmiş şəxslərin (qohumların) qanun üzrə vərəsə olmasının mümkünlüyünün təsbit edildiyi müşahidə olunur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, mövcud qanunvericiliyə görə yalnız miras qoyana münasibətdə dairəsi qanunda konkret müəyyən edilmiş şəxslər qanun üzrə vərəsə qismində çıxış edə bilərlər. İşin araşdırılmış halları ilə təsdiq edilmişdir ki, mülkün payçılarından olan X54 ərizəçinin babası X1 anası olmaqla 13 mart 1962-ci ildə vəfat etmişdir. Onun vəfatından əvvəl 17 iyul 1958-ci ildə oğlu, ərizəçinin babası X14, sonuncunun oğlu, ərizəçinin X2 isə 10 oktyabr 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. Beləliklə də, ərizəçi babasının anası X40 münasibətdə qohumluq xətti üzrə babası və atası vəfat etdiyindən onların sağ qalan vərəsəsidir və buna görə də məhkəmə hesab edir ki, Səbail rayonu Kiçik Qala küçəsi 20 ünvanında yerləşən daşınmaz əmlaka X31 payına münasibətdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə babası X1 anasının X54 olması faktı müəyyən edilməlidir. Lakin məhkəmə ərizənin digər hissələrdə təmin edilməsini mümkün saymır. Belə ki, şahid ifadələrindən göründüyü kimi X8 Xanım Hacıbaba qızının bacısı, Həbib Hacıbaba oğlu X31 qardaşı, X65 X31 bacısı qızı, X23 Xanım Hacıbaba qızının bacısı oğludur. Bu halların həqiqət olub-olmamasından asılı olmayaraq məhkəmə hesab edir ki, hazırki ərizə üzrə onların ərizəçinin ulu nənəsi X54 ilə qohumluq faktının müəyyən edilməsi ərizəçiyə digər şəxslərin payları üzrə vərəsəlik hüququnun yaranmasına əsas vermir. Belə ki, qeyd edildiyi kimi, ərizəçi ulu nənəsi X40 münasibətdə qohumluq xətti üzrə babası və atası vəfat etdiyindən onların vərəsəsidir. Lakin müəyyən edilmişdir ki, şahid X56 ərizəçinin ulu nənəsi Fatmaxanım Hacıbaba qızının bacısı X20 nəticəsidir. Yəni, ərizəçinin özündən əvvəl növbəlilik üzrə vərəsəsi mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin digər payçılara münasibətdə qohumluq münasibəti olsa da, mülki qanunvericilikdə təsbit edilmiş qaydada vərəsələrin növbəliliyi baxımından onlara münasibətdə də vərəsəlik hüququnun olması müəyyən edilmir. Beləliklə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməklə Ərizəçi babası X1 anasının X54 olması faktı müəyyən edilməklə, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.4 və 218.1-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi babası X1 anasının X54 olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar