Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1618/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı mülki işlərin birləşdirilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 231 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X3 İddiaçı mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətini məhkəməyə təqdim edərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 231 saylı evə hüququnun tanınması və iki azyaşlı uşaqları ilə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim Rəna Qafarovanın icraatında olan həmin iş ilkin olaraq icraata qəbul edilmişdir. Hər iki iş eyni məhkəmədə, eyni tərəflərin iştirakı ilə, eyni növlü işdir. Ona görə də, həmin mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə vəsatətə baxıb, hesab edir ki, vəsatət təmin edilməlidir. Vəsatətə əlavə olunmuş iddiaçı X5 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 231 saylı evə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə barədə iddia ərizəsi xx xxxx 2020-ci il tarixdə Səbail rayon Məhkəməsinə daxil olmuşdur və hakim Rəna Qafarovanın icraatındadır. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin iştirak etdiyi mülki işlər bir-birilə əlaqədar olduğundan, bu işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və bu səbəbdən həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 169.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş, məhkəmənin hakimi Rəna Qafarovanın icraatında olan iddiaçı X5 cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1618/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1618/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver