Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1636/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 –ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil üçün ödənilmiş 34100 manat məbləğində pulun "xxxx" MMC tərəfindən, xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil üçün ödənilmiş 50000 manat məbləğində pulun "xxxx" MMC tərəfindən, xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil üçün ödənilmiş 53200 manat məbləğində pulun "xxxx" MMC tərəfindən, xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil üçün ödənilmiş 50000 manat məbləğində pulun, ümumilikdə 187.300 manat məbləğində pulun, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, 187.300 manat məbləğində pulun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla 3 illik - 28.095 manat məbləğində pulun "xxxx" MMC tərəfindən ona geri ödənilməsinə dair pul öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 34100 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu məıtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 53200 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 №li qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər X11, X12, X13 və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və 2(105)-535/2023 №li qətnaməsi ilə hüquq və mənafelərinə toxunan şəxslər - X11, X12, X13 və X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və 2(105)-535/2023 №li qətnaməsinin apellyasiya instansiyası məhkəməsinin mövqeyi hissəsinin 70-ci bəndində qeyd edilir ki, məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarını rəhbər tutaraq iş üzrə İddiaçı izah edir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hesab edir ki, yuxarıda göstərilən müqavilələr və maliyyə arayışları əsasında 4 mənzil üçün cavabdeh "xxxx" MMC-yə ödənilmiş ümumilikdə 187.300 manat pul "xxxx" MMC tərəfindən ona geri ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu yaşayış mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.8 m2-dən ibarət 60 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, binanın A girişi yaşayış sahəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 87.8 kv/metr olan ümumi dəyəri 50000 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu yaşayış mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 62 m2-dən ibarət 56 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, binanın A girişi yaşayış sahəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv/metr olan ümumi dəyəri 34100 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu yaşayış mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 96.7 m2-dən ibarət 58 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, binanın A girişi yaşayış sahəsinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.7 kv/metr olan ümumi dəyəri 53200 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı yaşayış mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 87.8 m2-dən ibarət 36 №li mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, binanın A girişi yaşayış sahəsinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 87.8 kv/metr olan ümumi dəyəri 50000 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-797/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(105)-535/2023 saylı qətnaməsindən görünür ki, hüquq və mənafelərinə toxunan şəxslər- X11, X12, X13 və X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi" tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(102)-29/2024 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-535/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(009)-58/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il (iki müqavilə), xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən iddia ərizəsində göstərilən dörd ayrıayrı mənzili icraçı "xxxx" MMC payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı, onun tərəfindən 4 mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməməsi iddia edilərək həmin mənzillərin ona təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilsə də, apellyasiya şikayəti əsasında araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən mənzillər eyni zamanda "xxxx" MMC tərəfindən ayrı-ayrı vaxtlarda digər şəxslərə, daha doğrusu 10 may 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının A giriş, 10 mərtəbəsində 60 nömrəli 2 otaqdan ibarət, 87.8 kv.m ümümi sahəsi olan mənzil X6; xx.xx.2015-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil X7;. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil X10; xx.xx.2016-cı il tarixli müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı manzil isə X1. Bir sözlə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən mənzillər daha əvvəl apellyatorlara (2015-2017-ci illərdə), sonra isə iddiaçıya (2021-ci ildə) satılmışdır. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçının həmin mənzillərin ona təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması barədə iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Çünki, hazırkı halda iddia tələbinin təmin edilməsi apellyatorların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi İddiaçı izah etmişdir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddiaçı hazırda apellyasiya instansiyası məhkəməsinin qeyd edilən tövsiyyəsini rəhbər tutaraq yuxarıda göstərilən müqavilələr və maliyyə arayışları əsasında 4 mənzil üçün cavabdeh "xxxx" MMC-yə ödənilmiş ümumilikdə 187.300 manat pulun həmin MMC tərəfindən ona geri ödənilməli olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. - 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş MMC-nin nümayəndəsi iddiaya etirazın əsası kimi müqavilələrin mövcud olsa da iddiaçı tərəfindən ödənişlər edilməməsinə istinad etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində iştirak etmiş 3-cü şəxs X3 izahatında bildirmişdir ki, o "xxxx" MMC-də direktor vəzifəsini icra etmişdir. Heç bir zmaan mənzil alqı-satqısını həyata keçirməmişdir. Bu tip işlərlə təsisçilər məşğul olmuşlar. Apellyasiya şikayətlərində istinad olunan müqavilələr və maliyyə arayışlarındakı imzalar onun tərəfindən icra edilməmişdir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qətnamə ilə hüquq və mənafelərinə toxunan şəxslər - X11, X12, X13 və X14 tərəfindən apellyasiya şikayəti verilmişdir. Yəni, "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verməmiş, MMC iddiaçının adına verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının qanuniliyini bu və ya digər formada mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı adına verilmiş müqavilə və maliyyə arayışlarındakı imzaların X5 adına verilmiş (87.8 kv.m-dən ibarət olan 62 nömrəli mənzillə bağlı) xx.xx.2019-cu il tarixli maliyyə arayışındakı imzanın eyni şəxs, yəni direktor X3 tərəfindən icra edilib-edilməməsini müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 4/505 nömrəli ekspert rəyinə əsasən mülki işin 19-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli maliyyə arayışında “Direktor” qrafalarında X2 adından olan imzalar-eyni şəxs X3 tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisənin bu halı ekspert rəyi ilə aradan qalxmışdır. Beləliklə də, qanuniliyi şübhə doğurmayan "xxxx" MMC tərəfindən verilmiş: - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 34100 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 53200 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmiş, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-i tərəfindən mübahisəli mənzillərə dair ödənilmiş ümumilikdə 187.300 (yüz səksən yeddi min üç yüz) manat pul İddiaçı geri ödənilməlidir. Lakin məhkəmə eyni zamanda hesab edir ki, iddianın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, 187.300 manat məbləğində pulun gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3 illik - 28.095 manat məbləğində pulun ona ödənilməsinə dair öhdəliyin "xxxx" MMC-nin üzərinə qoyulması hissəsi təmin edilə bilməz. Belə ki, qeyd edilən normanın tələbinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə və eyni tarixdə verilmiş maliyyə arayışlarına əsasən iddia ərizəsində göstərilən dörd ayrı-ayrı mənzilin "xxxx" MMC tərəfindən ona təhvil verilməsinə dair kassasiya instansiyası da daxil olmaqla məhkəmə müdafiə hüququndan istifadə etmiş, hətta sonuncu instansiyanın qərarının olmasına baxmayaraq "xxxx" MMC-yə qarşı X11, X12, X13 və X14 ilə bağlanmış müqavilələrin və onun əsasında verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə Səbail rayon məhkəməsində qaldırdığı iddia üzrə işin baxılması davam etdirilmiş və 09 fevral 2024-cü il tarixli, 2(009)-58/2024 saylı qətnamə ilə iddia təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müracət edənədək mübahisə predmeti olmuş məhz mənzillərin təhvil verilməsi ilə bağlı hüquqlarının bərpası istiqamətində məhkəmə müdafiə hüququndan istifadə etməkdə davam etmiş və yalnız hazırkı iddia ilə cavabdehə qarşı pulun qaytarılmasına dair iddia irəli sürmüşdür. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ilə bağlı mübahisəyə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsi tətdiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 187.300 (bir yüz səksən yeddi min üç yüz) manat pul və dövlət rüsumunun 477.30 (dörd yüz yetmiş yeddi manat otuz qəpik) manat hissəsi tutalaraq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 187.300 (bir yüz səksən yeddi min üç yüz) manat pul və dövlət rüsumunun 477.30 (dörd yüz yetmiş yeddi manat otuz qəpik) manat hissəsi tutalaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1636/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1636/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver