Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1641/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin onun pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı evin 39 saylı mənzilini anası X2 16.03.2013-cü il tarixdə Bakı şəhəri 28 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Daha sonra 17.08.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən anası həmin mənzili ona bağışlamışdır. Həmin mənzil 04.10.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin miilkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. X9 mənzili ona təhvil versə də, mənzilin keçmiş sakini olan Cavabdeh hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır və bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin cavabdehin göstərilən ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 28 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 16 mart 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X5 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı evin 39 saylı mənzilini X1 satmışdır. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 17.08.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X2 özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı evin 39 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı evin 39 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 04.10.2013cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş **********54-05101-093004 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilinin hüquq subyekti X4 və İddiaçıdır. İş materiallarına əlavə edilmiş DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 24.05.2021-ci il tarixli, 41441916 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilində Cavabdeh, X6 və X7 qeydiyyatdadırlar. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq 144 saylı MKİS tərəfindən verilmiş 29.07.2021-ci il tarixli, 424/21 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilində Cavabdeh qeydiyyatda yoxdur və yaşamır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzili İddiaçı mülkiyyətindədir və Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdehin həmin ünvanda yerləşən mənzildə hər hansı bir dövrdə yaşaması halı müəyyən edilməmişdir. Bu hal iddiaçı tərəfin izahatı ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da öz təsdiqini tapmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməklə xitam verilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara və iddiaçı tərəfin izahatına qiymət verərək cavabdehin mübahisəli ünvana istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlsə də, mövcud olmayan hüququn itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd edir ki, iddia tələbinin və iddiaçının nümayəndəsinin izahatının məzmunundan görünür ki, iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilinə pasport qeydiyyatından çıxarılmasına nail olmaqdır. Belə ki, cavabdehin Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzili (paylı) mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Belə olan halda, Cavabdeh həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan vermir və maneə yaradır. Buna görə də, məhkəmə Cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatında qalmasını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, hazırki qətnamədə cavabdehin mənzildən istifadə hüququnun olmaması halı müəyyən edildiyindən, qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehna qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddiası qismən təmin edilməli, hazırkı qətnamə Cavabdehnın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalı, iddia tələbi Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Hazırkı qətnamə Cavabdehnın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı Cavabdeh qarşı iddia tələbi “mənzildən istifadə hüququnun itirilməsi” hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1641/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1641/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver