Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1657/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili X10, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “mənzilə dair hüquqlarının həyata keçirilməsinə mane olmanın qadağan edilməsi” tələbinə dair ilkin iddia ərizəsinə, Eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “mülkiyyətə dair hüquqların həyata keçirilməsinə maneənin qadağan edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “mənzilə dair hüquqlarının həyata keçirilməsinə mane olmanın qadağan edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus mənzilə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,o,Cavabdeh ilə 1995-ci ildən nikahda olmuşlar, həmin nikah 2017-ci ildə Cavabdeh iddiasına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən pozulmuş və onlar ayrılmışlar. Nikah dövründə cavabdehlə birgə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı binada yerləşən 2 otaqlı, 57.6 kv.m sahəsi olan, 5 saylı mənzil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, aralarında bölünmüş, hər birinə mənzilin 1/2 hissəsi verilmişdir. Ona mənzildəki payına uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Buna baxmayaraq, keçmiş həyat yoldaşı Cavabdeh onun payı da daxil olmaqla, həmin mənzili öz deməsinə görə icarəyə vermiş və bununla da, onun mənzildəki payından istifadə etməyinə mane olmuş, onu mənzilə buraxmamışdır. Cavabdeh tərəfindən mənzilin qıfılı da dəyişdirilmiş, ona açar verilməmiş və bu yolla onu mənzildən istifadə hüququndan əsassız məhrum etmişdir ki, bu da yolverilməzdir. Eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “mülkiyyətə dair hüquqların həyata keçirilməsinə maneənin qadağan edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdehin ünvan 1 mənzil 5 ünvanda yerləşən mənzilə onun və övladları X7, X4 və X2 mülkiyyət və istifadə hüquqlarının həyata keçirməsinə yaratdığı maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1271/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzili birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin mənzil üzərində İddiaçı 1/2 və onun 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Adıçəkilən qərardan sonra o, qarşılıqlı anlaşmalı şəkildə mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Bir müddət öncə cavabdeh İddiaçı və anası mənzili tamamən zəbt edərək, onu ora buraxmır və mülkiyyət hüququ ilə 1/2 pay hüququ olan mənzildən istifadə etməyinə mane olur. Anası ilə adıçəkilən mənzildə yerləşən cavabdehlər onu hədələyir, xüsusən İddiaçı anası Hüseynova Zöhrə Misir qızı mənzilə daxil olarsa ona güc tətbiq edəcəyini bildirir. O, öz mülkiyyətindən faktiki olaraq məhrum olunmuşdur. Adıçəkilən mənzillə bağlı aralarında bəlli narazılıqlar vardır. Bu səbəbdən dəfələrlə cavabdehə mənzilin satılaraq aralarında bölünməsini təklif etmişdir. Lakin cavabdeh onunla razılaşmamış, ona görə də aralarında ciddi problemlər yaranmışdır. Cavabdeh isə hər dəfə fərqli fikirlər söyləyərək problemi dərinləşdirmişdir. Bu səbəbdən aralarında konflikt yaranmasın deyə o, məhkəmədə “paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılmasına dair “ iddia qaldırmışdır. Cavabdehə isə konflikt yaratmamağı, məhkəmənin nəticəsini gözləməyi, iki sivil insan kimi davranmağı təklif etmişdir. Lakin cavabdeh qanunsuz şəkildə anası ilə birgə kranla mənzilin eyvanından daxil olaraq mənzili tamamilə zəbt etmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili X14 ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, o mülkiyyətində olan evi kirayə vermiş və həmin kirayə müqaviləsinin müddətinin bitməsini gözlədiyini cavabdehə bildirmişdir, lakin cavabdeh heç kimə məlumat vermədən kran vasitəsilə mənzilin eyvanından evə daxil olmuşdur. Hazırda həmin mənzildə o və onun anası yaşayır, onu və uşaqlarını qeydiyyatda olduqları və paylı mülkiyyətində olan mənzilə buraxmır. İlkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 57,6 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissədə X3 və ½ hissədə İddiaçı payı müəyyən edilməklə adına xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 57,6 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payı müəyyən edilməklə adına xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqda onun Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilindən istifadəsinə edilən maneələrə son qoyulmasını və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon 8 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən görünür ki, X13 xx.xx.1996-cı il tarixdə, X11 xx.xx.2005-ci il tarixdə və X5 xx.xx.2011-ci il tarixdə anadan olmuşlar və Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilində pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə 2009-cu il tarixdən qapı qonşudur. Ülviyyə ilə Vəfadar arasında tez-tez mübahisələr baş verirdi. Bu səbəbdən Cavabdeh 2 ilə yaxındır ki, İddiaçı evdən çıxartmış, lakin o, kran vasitəsilə evə daxil olmuşdur. Hazırda o, Cavabdeh evə daxil olmasına maneə yaradır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1996-cı il tarixdə X13, xx.xx.2005-ci il tarixdə X11 və xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşlar. Tərəflər birgə nikah dövründə Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzili almışlar. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin münasibətləri pozulduğuna görə nikahları məhkəmə qaydasında pozulmuş, məhkəmə qətnaməsinə əsasən nikah pozulduqdan sonra uşaqlar qarşılıqlı iddia üzrə iddiaçının himayəsində saxlanılmışdır. Nikah pozulduqdan sonra tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinin bölünməsi və paylarının müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmişlər və məhkəmənin qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payları müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həm Cavabdeh X6, həm də X8 öz növbəsində Cavabdeh öz müxtəlif hərəkətləri ilə mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirməyə maneələr törətməklə bir-birilərinin mülkiyyət, o cümlədən sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışlar. Hazırda ilkin iddia üzrə İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus mənzilə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneə olmasının qadağan edilməsi, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzil 5 ünvanda yerləşən mənzilə onun və övladları X7, X4 və X2 mülkiyyət və istifadə hüquqlarının həyata keçirməsinə yaratdığı maneələrin qadağan edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinin ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payları müəyyən olunmaqla paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, tərəflər bir-birlərinə həmin mənzilə dair mülkiyyət hüquqlarını, o cümlədər sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmələrinə maneə törətməklə bir-birilərinin mülkiyyət, o cümlədən sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışlar. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı digər sübutlarla yanaşı məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh tərəfin izahatları və şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mahiyyətini və hüquqi əsasını nəzərə alır və hər iki iddia tələbinə birlikdə hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edərək bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nın 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimiistifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzili ümumi paylı mülkiyyət hüququ üzrə iş üzrə tərəflərin adına dövlət reyestr xidmətində qeydə alındığından onlar mülkiyyətçi kimi həmin əmlaka öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə hüquqlarını həyata keçirmə istəkləri bir-birilərinə münasibətdə də qanunidir. Odur ki, onların ümumi paylı mülkiyyətində olan mənzilə dair hüquqları bir-biriləri tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda, ilkin iddia üzrə İddiaçı, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir-birilərinə münasibətdə mübahisəli mənzilə dair mülkiyyət, o cümlədən sahiblik, istifadə və sərəncam (öz paylarına münasibətdə) vermək hüquqlarının həyata keçirilməsinə yaranmış maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. (49.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (27.2) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşin materiallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar - xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X5 valideynləri (anaları) Cavabdeh himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Məhkəmə, həmçinin qarşılıqlı iddia tələbinin “iddiaçı Cavabdeh övladı xx.xx.1996-cı il təvəllüdlü X7 da Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzildən istifadə hüquqlarının həyata keçirməsinə yaradılan maneələrin qadağan edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, F.Hüseynov yetkinlik yaşına çatmışdır və o, məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə hesab edir ki, Cavabdeh uşağı xx.xx.1996-cı il təvəllüdlü yetkinlik yaşına çatmış, eləcə də tam fəaliyyət qabiliyyətli X7 adından məhkəməyə müraciət etməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Məhkəmə onu da izah edir ki, X7 hər hansı bir hüququ pozulduğu halda, onun öz adından müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələr qadağan edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, Cavabdeh və onunla birlikdə (yetkinlik yaşına çatmayan) uşaqları - xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələr qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəh-bər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin olunsun. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam (öz payına münasibətdə) vermək hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələr qadağan edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh və onunla birlikdə (yetkinlik yaşına çatmayan) uşaqları - xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, Büynat Sərdarov küçəsi, 17 saylı evin 5 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələr qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1657/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1657/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver