Məhkəmə qərarları › İş №2(009)-1658/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1658/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1658/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 23 avqust 1946-cı ildə Salyan rayonu, Arbatan kəndində anadan olması faktının müəyyən edib bu barədə doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 23 avqust 1946-cı ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuşdur.xx.xx.2019-cu il tarixdə Salyan rayonu, Arbatan kəndində vəfat etmişdir. Bu barədə Salyan rayon İHB-nin Arbatan KİƏD İcra Nümayəndəliyi tərəfindən xx.xx.2019cu il tarixdə 999491 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Tərəfindən 7 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edilərək atasının adına olan doğum haqqında şəhadətnamənin təkrar istənilməsi xahiş olunmuş, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-M-574/2024 saylı cavab məktubunda ona bildirilmişdir ki, S.Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxs üzrə 1948-1949-cu illərə aid ilkin, 1948-1954-cü illərə aid bərpa akt qeydləri kitabında və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadı. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, mülkün ona bağışlanması ilə bağlı notariat ofisinə müraciət olunduğunu, əməliyyatın həyata keçirilməsi üçün atasının doğumu haqqında şəhadətnamənin alınmasının zəruri olduğunu qeyd edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Ərizəçinin atası X7 onun atasının əmisi oğlu olmuşdur. Ərizəçinin atası Salyan rayonunda anadan olmuş, ondan böyük, atası ilə həmyaş olmuşlar. Anası Mirzeynab, atası İzzət, babası Ələkbər, soyadları Məlikov olmuşdur. X2 olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan Salyan rayon Arbatan kənd qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 noyabr 1949-cu il təvəllüdlü X1 rayonu, Arbatan kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı Ərizəçi Ələkbər oğlu, ana qrafasında milliyyəti azərbaycanlı X4 qeyd edilmişdir. - Salyan rayon Arbatan kənd soveti tərəfindən verilmiş İV-ЖГ seriyalı 321260 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1976-cı il təvəllüdlü Ərizəçi Salyan rayonunda anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X8, ana qrafasında milliyyəti azərbaycanlı X9 qeyd edilmişdir. - Salyan RİHB-nin Arbatan KİƏDÜN tərəfindən verilmiş AZ-İ seriyalı 999491 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 mart 2019-cu ildə Salyan rayonu, Arbatan kəndində vəfat etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin 29 dekabr 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ünvan 1 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1946-cı ilə dair Salyan rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Salyan rayonu Qeydiyyat şöbəsi) X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikası Dövlət X12 21 fevral 2024-cü il tarixli Bakı 7 saylı “Asan xidmət” Mərkəzinə ünvanlanmış məktubundan görünür ki, X21 filialında mühafizə olunan Maraqlı şəxs arxiv sənədləri, o cümlədən 1946-cı ilə aid doğum qeydi aktları araşdırıldı, lakin X3 1946-cı ildə doğum tarixi aşkar olunmadı. - 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 06 iyun 2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, atası X5 doğumu haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciətə baxılmışdır. Müraciətdə S.Ərizəçi barəsində doğum haqqında akt qeydinin Maraqlı şəxs tərəfindən tərtib olunduğu və doğum tarixi 1946-cı il göstərilmişdir. Bildirilmişdir ki, S.Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxs üzrə 1948, 1949-cu illərə aid ilkin, 1948-1954-cü illərə aid bərpa akt qeydləri kitabında və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri”n 1 -ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Göstərilənlərlə əlaqədar olaraq ərizənin təmin edilməsi imkan xaricindədir. - X6 məxsus AZE 14363157 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və EMİS-dən çıxarışdan görünür ki, X3 23 avqust 1946-cı ildə Salyan rayonu, Arbatan kəndində doğulmuşdur. Əsaslandırıcı hissə: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin atası X7 23 avqust 1946-cı il tarixində Salyan rayonu, Arbatan kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadəsi, X6 məxsus şəxsiyyət vəsiqəsinin surəti və EMİS-dən çıxarışda olan məlumatlarla və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Salyan rayon Arbatan kənd qeydiyyat şöbəsi tərəfindən verilmiş ərizəçinin bibisinə məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 noyabr 1949-cu il təvəllüdlü X1 rayonu, Arbatan kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı Ərizəçi Ələkbər oğlu, ana qrafasında milliyyəti azərbaycanlı X4 qeyd edilmişdir. Məhkəmə şahid ifadəsinə qiymət verərək, onun ərizəçinin qohumu olduğunu, eləcə də həmin şahid ifadəsində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X14 ifadəsini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, həmçinin ərizəçinin atasına məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ona məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçinin atasına doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçi atası X3 23 avqust 1946-cı il tarixdə Salyan rayonu, Arbatan kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin atasının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası X3 23 avqust 1946-cı ildə Salyan rayonu, Arbatan kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, X3 doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında Ərizəçi Ələkbər oğlu - milliyyəti azərbaycanlı, ana qrafasında isə X4 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 23 avqust 1946-cı ildə Salyan rayonu, Arbatan kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. X3 doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında Ərizəçi Ələkbər oğlu milliyyəti azərbaycanlı, ana qrafasında isə X4 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə X3 doğumu haqqında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar