Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1660/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən olunması” tələbi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsinə dair, doğum akt qeydində uşağın soyadı “Məmmədova”, adı “Elnarə”, ata adı “Oqtay”, valideynləri qrafasında atası “X6”, anası “Ərizəçi” qeyd edilməsi barədə; onun xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsinə dair, doğum akt qeydində uşağın soyadı “Məmmədova”, adı “Zeynəb”, ata adı “Oqtay”, valideynləri qrafasında atası “X6”, anası “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsinini onunla əsaslandırmışdır ki, o, X6 ilə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Qeyri-rəsmi nikahlarından beş övladları anadan olmuşdur. 4-cü və 5-ci uşaqları ev şəraitində doğulduğundan onlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. 4-cü övladı X13 03 noyabr 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 5-ci övladı X14 04 aprel 2000-ci il tarixdi Bakı şəhərində anadan olmuşdur. Övladlarının doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfindən yazılı ərizə ilə Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin həmin şöbənin xx.xx.2022-ci il tarixli, 05/Q-807/15 saylı məktubu ilə ona müsbət cavab verilməmiş, bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və eləcə də bildirmişdir ki, o, qeyri-rəsmi nikahda olan əri X6 ilə birlikdə 1993-cü ildə Azərbaycana gəldikdən sonra kirayələrdə yaşamış, sonra bir müddət Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayıblar. Onun böyük qızı Elmiraya hamilə olanda o, 1997-ci ildə Gürcüstana getmiş və Elmira orada doğulandan sonra Azərbaycana qayıtmışlar. Həmin qızı burada vəfat edib. Onlar Rəsulzadə qəsəbəsində yaşayarkən orada 1998-ci ildə Elnarə, 2000-ci ildə Zeynəb adlı qızları qonşuların köməkliyi ilə ev şəraitində dünyaya gəliblər. Qızlarının doğum şəhadətnamələr olmadığından onlar məktəbə getməmiş, orta təhsil almamışlar. Hal-hazırda qızları qeyri rəsmi nikahla ailə qurmuşlar. Rəsulzadə qəsəbəsindən sonra ailə üzvləri ilə birlikdə çox yerdə yaşamışdır, hal-hazırda Səbail rayonunda yaşayırlar. Əri 15 il olar ki, onları atıb gedib Gürcüstanda yaşayır. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə bildirdi ki, ərizəçi eyni iddia ilə 2017-ci ildə Səbail rayon məhkəməsinə müraciət edibdir. Binəqədi Qeydiyyat şöbəsi imtina məktubu əvəzinə doğum qeydinin tapılmaması barədə arayış verib. Səbail rayon məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sonra ərizəçinin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası qətnaməni ləğv edib işi baxılmamış saxlamışdır. Bu, 2017-ci ildə olmuşdur. 2022-ci ilin iyun ayında ərizəçi Səbail rayon qeydiyyat şöbəsinə qızlarının doğum faktının qeydə alınması ilə əlaqədar müraciət etmiş və tibbi şəhadətnamə olmadığından onun uşaqlarının doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Bakı şəhərinin Nəsimi rayonunda yaşayır. Ondan əvvəl Nərimanov rayonunda yaşayıb. Ofeliyanı 1998-ci ildən, yəni 20 ildən çoxdur ki, tanıyır. O, 15 ildir ki, köçüb Nərimanov rayonuna. 1998-ci ildən Nərimanorv rayonunda yaşıyır, qeydiyyatı isə başqa ünvanadır. O Ofeliya ilə qonşu olub. 1998-ci ildən Nərimanorv rayonunda yaşıyır, qeydiyyatı isə başqa ünvanadır. Ofeliyagil öz evlərində yaşayıblar, kirayədə yox. Ofeliya yoldaşı və 4 uşağı ilə birlikdə yaşıyıblar, 1 uşağı rəhmətə gedib. Ofeliyanın qızlarının biri 1998-ci ildə , digəri 2001-ci ildə doğulub və o, bu uşaqların doğulmasının şahidi olub. Ofeliya özü işləmirdi, yoldaşı hər gün spirtli içki qəbul edirdi, içmədiyi günlər isə işləyirdi. Ofeliyagilə qonşuları baxırdı. Ofelyagilin imkanı olmadığından Ofeliya xəstəxanaya getməyib, ev şəraitində uşaqlarını dunyaya gətirib. Uşaqlar doğulanda heç birində iştirak eməyib. Qızlar doğulanda heç birində iştirak etməyib. Uşaqlar dünyaya gələndə, o evdə kimlər olub bilmir. Ofelyanın uşaqlarından Seyhun, Elmira, Ruslan məktəbonradan doğulan iki qız məktəbə getməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Odelyanı 1998-ci ildən tanıyır. O, Rəsulzadə qəsəbəsində yaşayıb, lakin neçənci ildən yaşadığını xatırlamır. Sonra Əhmədli qəsəbəsində də yaşayıb. Hövsana 5-6 aydır ki, gedib. Ofeliya 2 uşağıynan birgə yaşayıb. Uşaqların məkətəbə gedib-getməməsini bilmir. Ofelyanın qızlarından biri 1998-ci ildə, biri isə 2000-ci ildə doğulub. Uşaqlar doğulan zaman gedib onlara, başqa adamlar da var idi, amma tanımır kim olduqlarını. Ofelyanın cəmi 4 uşağı var. Sonuncu ikisi məktəbə getmiyib, digər uşaqları bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasında qalmaq üçün 5 illik sənəd götürüb, 1993-cü ildən Azərbaycanda yaşayır. 2022-ci ilə kimi Kirov qəsəbəsində yaşayıb, sonra Bayıla gəlib. Ofeliya yoldaşının əmisi qizıdır. Ofeliya 1997-1998-ci ildə Azərbaycana gəlib, gələndə 2 uşağı olub. 1 uşağı rəhmətə gedib, niyə rəhmətə gedib demək istəmir. Cəmi 4 uşaqı var. Yemək bişirib aparırdı, kömək eləyirdi. Uşaqları dünyaya gətirəndə qonşular olub, lakin özü orada olmayıb. Ofelyanın digər 3 uşağı harda doğulub bilmir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin olunmamalıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Göstərilənlərlə bağlı bildirilir ki, tibbi şəhadətnamə olmadığından hazırda uşaqların doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi 20 nömrəli Uşaq Poliklinikasının 478 nömrəli, xx.xx.2017-ci il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X4 xx.xx.1998-ci il tarixində 20 nömrəli uşaq poliklinikasının qeydiyyatına götürülüb. xx.xx.2004-cü il tarixində yaşadığı ünvandan Xırdalan şəhərinə köçdüyü üçün qeydiyyatdan çıxarılıb. xx.xx.2000-ci il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixində 20 nömrəli uşaq poliklinikasının qeydiyyatına götürülüb. xx.xx.2004-cü il tarixində yaşadığı ünvandan Xırdalan şəhərinə köçdüyü üçün qeydiyyatdan çıxarılıb. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, K/393 nömrəli arayışından görünür ki, 20 dekabr 1971-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ophelia Mamedovanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 3 ünvanına qeydiyyata alınmaqla 29 aprel 2020-ci il tarixdən 28 iyun 2020-ci il tarixədək uzadılmışdır. Bununla belə, şəxsin xx.xx.2022-ci il tarixli M-3420/4074/ə nömrəli ərizəsi əsasında faktiki yaşayış yeri ilə bağlı məlumat ünvan 4 ünvanı olaraq dəyişdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.1971-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuş ərizəçi X17 vətəndaşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə araşdırması zamanı X4 adlı şəxsin xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması və X5 adlı şəxsin xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktına dair sübutlar ərizəçi tərəfindən təqdim edilməmişdir. Həmçinin qeyd edilən şəxslərin hər hansı dövlət orqanında və ya təşkilatda qeydiyyata alınmasına dair sənəd də təqdim edilməmişdir. Bundan başqa, Ərizəçi övladlarının doğulduğu dövrdə Azərbaycan Respublikasında olmasına dair də hər hansı sübutlar təqdim edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, ərizəçi O.T.X8 şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşıdır və Bakı şəhərində hazırda müvəqqəti qeydiyyatdadır. Ərizəçi Bakı Baş Səhiyyə İdarəsinin 4 saylı uşaq poliklinikası tərəfindən verilmiş, Tanrıverdiyeva Zeynəbin tibbi qeydiyyatda olmasına dair xx.xx.2014-cü il tarixli tibbi arayışda onun xx.xx.2000-ci il təvəllüdlü olduğunun qeyd olunmasına istinad etsə də, məhkəmə hesab edir ki, qeyd olunan sənəd Tanrıverdiyeva Zeynəbin məhz xx.xx.2000ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda doğulmasını təsdiq edəcək kifayət qədər mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ziddiyyətli olduğundan onların ifadələri də mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, X1 xx.xx.1998-ci il tarixində və X2 xx.xx.2000ci il tarixində Bakı şəhərində anadan olmalarını, analarının X15, atalarının X7 olmasını təsdiq edəcək hər hansı mötəbər sübut olmadığından, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat şöbəsi cəlb edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1660/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1660/2022
07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver