Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1667/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı X1, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X1 (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi işə cəlb olunmaqla) Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyi ilə olan xx.xx.2008-ci il tarixli müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildə Cavabdeh Şirkəti ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. 2015-ci ilin sentyabr ayına qədər həmin şirkətdə xadimə olaraq işləmişdir. 2015-ci ildən orada işləmir. Lakin Cavabdeh Şirkəti ilə olan əmək müqaviləsi hələ də aktivdir. O, əmək müqaviləsini ləğv etmək üçün cavabdehə müraciət etmək istəsə də, Cavabdeh Şirkətinin heç bir nümayəndəsini tapa bilmir. Bununla bağlı X5 Xidmətinə də müraciət etmişdir. Lakin bir nəticə əldə edə bilməmişdir. Çünki həmin şirkət artıq fəaliyyətini dayandırıb. Məhkəməyə müraciət etməklə məqsədi Cavabdeh Şirkəti ilə olan xx.xx.2008-ci il tarixli müddətsiz əmək müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. 29 avqust 2022-ci il tarixdə məhkəmə iclasında işin hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, dəfələrlə şirkətlə əlaqə saxlayıb əmək münasibətlərinə xitam verilməsini və müvafiq bildirişin qeydiyyata alınmasını Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinə bildirmək istəmiş, lakin həmin hüquqi şirkət bağlandığı üçün bunu edə bilməmiş və məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə öz izahatında göstərmişdir ki, rəsmi portaldan işdən çıxarılması kimi öhdəliyin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı X3 ilə Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyi arasında bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilmə və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməmişdirsə, X5 Xidməti müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində işə cəlb olunmaqla əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətə həvalə edilə bilər. Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinin ünvanı məlum olmadığından onun nümayəndəsini məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı ünvanından məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışından görünür ki, Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinin ünvanı ünvan 2 İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X5 Xidməti tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyinin ünvan 3 ünvanına **********9 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış, lakin poçt qəbzində «ünvan düzgün deyil» qeydi ilə məktub geri göndərilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifəsidir. Bu səbəbdən də əmək müqavilənizə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin olunmalıdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh Şirkətinin Bakı nümayəndəliyi arasında xx.xx.2008-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “xadimə” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh şirkəti öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X5 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X5 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. X3 ilə Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyi arasında bağlanılmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Cavabdeh Şirkətinin Bakı Nümayəndəliyi ilə X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1667/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1667/2022
22.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver