Məhkəmə qərarları › İş №2(009)-1668/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1668/2023

04.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1668/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, X2 və Cavabdeh7 qarşı cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin hesabına çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, X2 və Cavabdeh7 qarşı cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin hesabına çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddianın yolverilməzliyi dedikdə iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatına başlanılması və həyata keçirilməsi istisna edilir. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarından biri kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. AR MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə olunmuş Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli 2(009)1706/2014 saylı qətnaməsi ilə Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh7 ünvan 1 ünvanından çıxarılmaları və həmin mənzildə cavabdehlərə məxsus əşyaların boşaldılması qət edilmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almış və qətnamədən verilmiş icra vərəqəsi icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçının hazırki tələbi yuxarıda qeyd edilən mülki işin məhkəmə baxışının predmeti olan cavabdehlərə məxsus əşyaların onun mülkiyyətində olan mənzildən çıxarılması barədədir. Hakim qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hakim qeyd edir ki, Səbail rayon Məhkəməsinin icraatında olmuş 2(009)1706/2014 saylı mülki işə baxılarkən iddiaçının hazırki tələbi araşdırılmış, qiymətləndirilmiş, bununla bağlı qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Yəni iddiaçının hazırki tələbi - cavabdehlərə məxsus olan əşyaların iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması (boşaldılması) yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmiş və icraya yönəldilmişdir. Bu səbəbdən həmin tələbə yenidən baxılıb məhkəmə qətnaməsi qəbul edilməsi qanunvericiliyin yuxarıda qeyd edilən normasının (AR MPMnin 153.2.2) tələbləri baxımından yolverilməzdir. Hakim qeyd edir ki, cavabdehlər tərəfindən onlara məxsus əmlakın iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı iddiaçı tərəfindən çəkiləcək xərci iddiaçı məhkəmədə iddia qaldırmaqla onlardan tələb edə bilər. Hakim izah edir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi icraatında olan icra məmuruna müraciət edərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnaməsinin cavabdehlərə məxsus əşyaların mənzilindən boşaldılması (çıxarılması) hissəsi ilə bağlı məhkəmə qətnaməsinin icra olunması üçün qanunla müəyyən edilmiş hərəkətlərin edilməsini tələb edə bilər. İcra məmurunun həmin icra sənədi üzrə qəbul etdiyi qərar və hərəkətləri məhkəmə qaydasında mübahisələndirilə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152-153-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, X2 və Cavabdeh7 qarşı cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin hesabına çıxarılması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar