Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1672/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Nümayəndə2, Cavabdeh Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Milli X3 və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Milli X3 və Antropologiya İnstitutuna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrinin ləğv edilməsi, onun institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmağı, 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Milli X3 və Antropologiya İnstitutu (bundan sonra institut) 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) onunla bağlanmış müddətsiz (“Baş hüquqşünas vəzifəsinə”) əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşəgötürən tərəfindən verilmiş əmr qanunaziddir. Razı deyil. Çünki əmr qərəzlidir. Belə ki, institutda “baş hüquqşünas“ vəzifəsində işlədiyi müddətdə heç bir xəbərdarlıq və ya töhmət almamışdır. Bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, eləcə də məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. İnstitutun bütün hüquqi işlərini layiqincə yerinə yetirmiş və küllü miqdarda büdcədən kənar maliyyə vəsaitləri gətirmişdir. İşəgötürən onun «müddətsiz» əmək müqaviləsinə xitam verərkən, bunun hansı zəruriyyətdən irəli gəldiyini əsaslandırmamış, heç bir müvafiq araşdırma aparılmadan qanunla qorunan hüquqlarını pozmaqla əmək münasibətlərinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən onun institutun “baş hüquqşünası” vəzifəsindən azad olunmağı tam qanunaziddir. 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrin verilməsinə əsas olaraq aşağıdakılar göstərilmişdir: 1. AMEA-nın Arxeologiya və Antropologiya institutunun xx.xx.2024-cü il tarixli, 258 nömrəli əmri; 2. xx.xx.2024-cü il tarixli “əmək şəraitinin şərtlərinə dəyişiklik edilməsi barədə” rəsmi xəbərdarlıq və institut tərəfindən işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlır rəsmi xəbərdarlığa imza etməkdən imtina etməyi barədə “akt”. Onu da qeyd edir ki, əmrin verilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli, 258 nömrəli əmr nə üçün verilib, onun məlumatı yoxdur. Xəbərdarlıq elan olunsa da, surəti ona verilməyib, nə də poçt vasitəsilə yaşadığı ünvana göndərilməyib. AR ƏM-nin 56-cı maddəsinin 1-ci bəndinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zürriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 4-cü bəndinin tələbinə görə, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı, həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Böyük müəssisələrdə (azı 50 nəfər) çalışan işçilərin azı 10 %-nin əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsini əsaslandırmaqla işəgötürən AR ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinə və ya onun yerli orqanına rəsmi məlumat verməlidir. Əgər əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciətlər olarsa, Baş Məşğulluq İdarəsi və ya onun yerli orqanı həmin tədbirlərin həyata keçirilməsinin əsaslı olmasını araşdırmalı, öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməlidir (AR ƏM-nin 56-cı maddəsinin şərhi, 6-cı bənd). Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işdən çıxmış işçilər məhkəməyə müraciət etdikdə, məhkəmə də bunun hansı məqsədlə edildiyini araşdırmalıdır (AR ƏM-nin 56-cı maddəsinin şərhi, 7-ci bənd). Məhkəmə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin qərəzli olduğu və işçilərin qəsdən işdən çıxarılması nəticəsinə gələrsə, belə halda həmin işdən çıxarılma haqqında verilmiş əmrlərin (sərəncamların) ləğv edilməsi barədə qətnamə çıxarır. İşçilər işə bərpa edildikdə məcburi işburaxma dövrü üçün orta aylıq əmək haqqının ödənilməsi qətnamədə öz əksini tapmalıdır. Məhkəmə işəgötürən barəsində “xüsusi qərardad” da çıxara bilər (AR ƏM-nin 56cı maddəsinin şərhinin 7-ci bəndi). Belə ki, o, Azərbaycan Respublikasının adından çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli, 2(103)-6229/2013 saylı qətnaməsinə əsasən, Azərbaycan Milli X3 və Etnoqrafiya institutunda “baş hüquqşünas” vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə qətnaməsi xx.xx.2014-cü il tarixində qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi 26 may 2014-cü il tarixdə verilmişdir. İcra sənədi qərəzli olaraq 8 il icra olunmamışdır. Nəhayət 8 ildən sonra 04 avqust 2021-ci il tarixdə institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmuşdur. Hal-hazıra kimi 1-ci borclu Azərbaycan Milli Elmlər Akademiyası və 2-ci borclu AMEA Arxeologiya və Etnoqrafiya (Arxeologiya və Antropologiya) institutunun ona ödənilməmiş borcu qalmışdır. AR MM-nin 551.2.4 cü maddəsinə görə, məhkəmə qərarına əsasən yaranan tələb otuz il (30) keçdikdən sonra güvəsini itirir. AR ƏM-nin 59-cu maddəsinin tələbinə əsasən, “işçi daimi başqa işə keçirildikdə bu zaman onun peşəsi, ixtisası dəyişir”. Deməli işçiyə qeyri-müəyyən müddətə digər iş verilir, əvvəlki iş yeri isə saxlanılmır. Buna isə yalnız işçinin razılığı ilə və yeni əmək müqaviləsi bağlanması ilə yol verilə bilər. Başqa işə keçirilmə tənbeh vasitəsidir. İşçi ilə işəgötürən arasında bağlanmış “müddətsiz” əmək müqaviləsinin 9.4-cü maddəsinə əsasən, “İşəgötürən tərəfindən zor işlədərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla, işçinin iradəsinin əleyhinə Əmək müqaviləsinin ləğv etməyə onu məcbur edilməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 4.1.4-cü maddəsində göstərilmişdir ki, “strukturuna daxil olan qurumlarda X4 (bundan sonra Rəyasət Heyəti) qərarlarının və Akademiya prezidentinin əmr və sərəncamlarının icrası, kargüzarlıq işinin təşkili, müraciətlərə baxılma, həmçinin əmək və icra intizamına riayət olunması vəziyyətini yoxlamaq və tədbirlər görməkdən ibarətdir. Arxeologiya və Antropologiya institutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil elmi müəssisələrdən biridir. Struktura daxil olan hər hansı bir elmi müəssisə ştat cədvəlində etdiyi dəyişiklikləri Rəyasət Heyəti ilə razılaşdırdıqdan sonra, təsdiq olunması üçün AMEA-nın prezidentinə təqdim edir. xx.xx.2024-cü il tarixdə işə bərpa ilə bağlı əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədi ilə tərəfindən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə Mediasiya şurasına müraciət edilmişdir. Lakin, mediasiya prosesində razılıq əldə etmək mümkün olmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində olan AMEA Arxeologiya və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmrinin ləğv edilməsi, onun institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmağı, 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, Arxeologiya və Antropologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olsa da, öz əsasnaməsi olan hüquqi şəxs kimi fəaliyyət göstərən müstəqil struktur olduğundan, həmin institutda kiminsə işə götürülməsi və ya işdən azad olunması Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyət dairəsinə daxil olmadığından, baxılan mülki iş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh qismində cəlb olunmasının qanunların tələblərinə uyğun olmadığını bildirmiş və mülki iş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh qismində cəlb olunmasının qanunların tələblərinə zidd olmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının cavabdehin iddiaya etirazına mülahizəsinin dəlilləri ondan ibarət olmuşdur ki, aşağıdakı əsaslara görə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası onun iddia tələbində 1-ci cavabdehdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 03 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş 1 -ci cavabdehin nizamnaməsinin aşağıdakı bəndlərinə əsasən, 4.1.4. strukturuna daxil olan qurumlarda X4 (bundan sonra-Rəyasət Heyəti) qərarlarının və Akademiya prezidentinin əmr və sərəncamlarının icrası, kargüzarlıq işinin təşkili, müraciətlərə baxılma, həmçinin əmək və icra intizamına riayət olunması vəziyyətini yoxlamaq və tədbirlər görmək; 4.1.15. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, strukturuna daxil olan qurumların yenidən təşkili və ləğvi barədə qərarlar qəbul etmək. Beləliklə, AMEA Rəyasət Heyətinin AMEA-nın Arxeologiya, Etnoqrafıa və Antropologiya İnstitutunun strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında 16/33 nömrəli, 12 iyul 2023-cü il tarixli Qərarına və əlavə olunmuş siyahıda “institutun baş hüquqşünası” ştatının hara yoxa çıxdığı barədə heç nə deyilmir?! Halbuki o, 19 dekabr 2013-cü il tarixli, 3(103)-6229/2013 saylı icra sənədinə əsasən qərəzçilik səbəbindən 8 ildən sonra 04 avqust 2021-ci il tarixli, 176 nömrəli əmrlə institutun “baş hüquqşünası” vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə bərpa olunmuş və baş hüquqşünasın əməyinin ödəmə dərəcəsinin 17 olduğunun nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən, tarif üzrə vəzifə maaşı 17-ci dərəcəyə uyğun olaraq ödənilməsi barədə 15 iyul 2022-ci il tarixli, 266 nömrəli əmr verilmişdir. AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi-tədqiqat müəssisələri strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında” 1/4 nömrəli, 09 yanvar 2024-cü il tarixli Qərarına göstərilir ki, AMEA elmi müəssisələrinin nümunəvi təşkilatı strukturu təsdiq edilsin. Bu qərara da əlavə olunmuş siyahıda da AMEA Arxeologiya və Antropologiya İnstitutu “baş hüquqşünası” ştatının hara yox olduğu barədə, hansı səbəbdən heç nə deyilmir?! Halbuki 1-ci cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nizamnamə öhdəliklərinə görə əmək və icra intizamına riayət olunması vəziyyətini yoxlamalı və tədbirlər görülməli idi. Təqdim olunan sənədlər göstərir ki, məhkəmə istintaqında 1-ci cavabdehin iştirakı ilə çox məsələlər aydınlaşdırılmalıdır. 1-ci cavabdehin iddia tələbindən çıxarılması barədə verilmiş vəsatətə etiraz edir. Yuxarıda qeyd olunanları aydınlaşdırmaq üçün 1-ci cavabdeh AMEA-nın məhkəmə istintaqında iştirakı olduqca zəruridir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək, iddiaçının işdən qanuni əsaslarla azad olunduğunu, hazırda institutun strukturunda baş hüquqşünas ixtisasının olmadığını bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli 2(103)-6229/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilmiş, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, İddiaçı tutduğu vəzifədən azad olunması barədə xx.xx.2013-cü il tarixli 18 saylı əmrinin ləğv edilməsi, İddiaçı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş hüquqşünası vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 aprel 2014-cü il tarixli 2(102)-1562/2014 saylı qərarının surətindən görünür ki, cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli 2(103)-6229/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Milli X5 və Etnoqrafiya İnstitutunun xx.xx.2021-ci il tarixli 176 saylı əmrindən görünür ki, İddiaçı 2021-ci il avqust ayının 04-dən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Baş hüquqşünas”ı vəzifəsinə 16-cı dərəcə ilə bərpa olmuş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 457 manat təşkil etmişdir. - Azərbaycan Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2022-ci il tarixli 266 saylı əmrindən görünür ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ştat cədvəlində VTC üzrə təyin edilmiş baş hüquqşünasın əməyinin ödəmə dərəcəsinin 17 olduğunu nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən institutun baş hüquqşünası İddiaçı tarif üzrə vəzifə maaşı 17-ci dərəcəyə uyğun olaraq ödənilmiş, əmək haqqı 604 manat müəyyən edilmişdir. - İşəgötürən Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı baş hüquqşünas peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır və bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 74-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin təşəbbüsü ilə ləğv edilə bilər. (2.1 və 9.1 bəndləri) - Azərbaycan Milli Elmlər X7 xx.xx.2023-cü il tarixli 16/33 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin «Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərinin say həddi müəyyən edilmişdir. Buna uyğun olaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə tədbirlər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu islahatların tərkib hissəsi olaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunun və işçilərinin say həddinin müəyyənləşdirilməsi və təsdiqi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər X8“AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun strukturu” təsdiq edilməsi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun işçilərinin say həddi 245 ştat vahidi olaraq təsdiq edilməsi, təsdiq olunmuş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə kompleksləşdirilməsi təmin edilməsinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstituna (tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev) tapşırılması qərara alınmışdır. - Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 326 saylı əmrindən görünür ki, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturu və işçilərinin say həddi təsdiq edilmişdir. Bu qərarın icrasından irəli gələn AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi fəaliyyətin optimal təşkili və elmi potensialdan daha səmərəli istifadə etmək istiqamətində aparılan struktur dəyişikliyi nəticəsində mövcud struktutun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılmasını təmin etmək məqsədi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri aşağıda tərtib edilmiş tərkibdə komplekləşdirilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 19 saylı qərarının İ bəndindən görünür ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və X2 və Antropologiya İnstitutu adlandırılmışdır. - Azərbaycan Milli Elmlər X7 xx.xx.2024-cü il tarixli 13/7 saylı «AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturunun təsdiq edilməsi qərarının 10-cu bəndinə əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu» təsdiq edilməsi qərara alınmışdır. - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarının 14-cü bəndinə əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu» təsdiq edilmişdir. - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 14 may 2024-cü il tarixli 258 saylı «AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi» haqqında əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində «Rəhbərlik» bölməsinə aid olan 1 «baş hüquqşünas» ştat vahidi 1 «baş mütəxəssis» (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilsin və yeni strukturla təsdiq edilmiş «Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilsin. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X6”na əsasən 607 manat təyin edilsin. - İddiaçıya əmək şəraitinin dəyişdirilməsinə dair 15 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, AMEA-nın elmi tədqiqat müəssisələrinin təşkilatı strukturunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunn strukturu yenidən təşkil edilmiş, AMEA Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli 13/7 nömrəli qərarı ilə təsdiq edilmiş və institut üzrə müvafiq əmr verilmişdir. Yeni strukturla bağlı institutda əməyin təşkilində dəyişikliklər edilməsi məqsədi ilə İnstitutu köhnə strukturunda “Rəhbərlik” bölməsində hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi yeni strukturda nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunn xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, onun hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi 1 “baş mütəxəssis” (hüquqi məsələləri üzrə) ştat vahidi ilə əvəz edilmiş və yeni strukturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilmişdir. Vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X6”na əsasən 607 manat təyin edilmişdir. Onun çalışdığı “baş hüquqşünas” vəzifəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək “hüquqşünaslıq” ixtisası üzrə işini davam etdirmək şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi üzrə xəbərdarlıqda sadalanmış vəzifə öhdəlikləri müəyyən edilir. Həmçinin ona İnstitutun təsdiq edilmiş yeni struktura uyğun olaraq «ingilis və fransız dilləri» ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Daha sonra göstərilmişdir ki, yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən sənədlərdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmadıqda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəkdir. - Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 5 saylı aktından görünür ki, iddiaçı xəbərdarlığa imza etməkdən imtina etdi. - Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 360 saylı əmrindən görünür ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir. - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktorunun iddiaçının xx.xx.2024-cü il tarixli xidməti məktubuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin İİ bəndinə riayət edilərək ona «əmək şəraitinin» dəyişdirilməsi ilə bağlı yazılı məlumat, yəni rəsmi xəbərdarlıq xx.xx.2024-cü il tarixidə iş yerinə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda təqdim edilmişdir. Bundan əlavə, o sözügedən rəsmi xəbərdarlıqla bərabər istitutun ştat cədvəlində dəyişiklik ediləcəyi barədə müvafiq əm rvə ali təhsili üzrə hər iki ixtisasına uyğun əlavə olaraq 3 yeni vəzifə üzrə təklifləri ilə də tanış edilmişdir. Digər tərəfdən ona yeni əmək şəraiti ilə təklif olunan 3 vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsinə rəsmi xəbərdarlıqdla tanış olduğu xx.xx.2024-cüil tarixindən 1 təqvilm ayı müddətinədək Sənədlərlə iş şöbəsinə təqdim edilməsinin zəruri olduğu barədə də şifahi və yazılı məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə münasibətdə isə bir daha vurğulayırlar ki, bu maddə üzrə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirmək sayılır. Onun isə hüquqşünas kimi əmək müqaviləsi ürə yerinə yetiriyi əmək funksiyası tam dayandırılmamış, əksinə yerinə yetirəcəyə iş yükünə uyğunlaşdırılmışdır. Bu hal onun müraxciətində vurğuladığı tənbeh vasitəsi kimi deyil, əksinə onun elmi müəssisədə bir hüquqşünas kimi yerinə yetirməli odduğu işlərin )xidməti) dairəsinin dəiqləşdirilməsi kimi qəbul edilməlidir. Bildirilmişdir ki, ona təklif olunan yeni əmək şəraiti il və bundan əlavə 3 yeni vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsi rəsmi xəbərdarlıqa tanış olduğu xx.xx.2024-cü il tarixindən azı 1 təqvim ayı müddətinədək işəgötürənə təqdim edilməsi müddəti bu gün xx.xx.2024-cü il tarixində bitmiş hesab edilir və bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin İİ bəndinə riayət edilərək onun əmək müqaviləsinə müvafiq əmrlər xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən bu Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin “C” bəndində nəzərdə tutulan “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” əsasla xitam veriləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən (adı dəyişdirilmişdir) İddiaçı 04 avqust 2021-ci il tarixdən müddətsiz baş hüquqşünas peşəsinə işə qəbul edilmiş, Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən əmək müqaviləsinə 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndinə əsasən, yəni əmək şəraitinin şərtlərinin dəyişdirildiyindən xitam verilmişdir. İddiaçı hazırda işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 43-cü maddənin İİ hissəsinin «ə» bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməlidir. - 54-cü maddəyə əsasən İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: - peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; - əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; - əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; - sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; - əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; - əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; - bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; - işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsiniə - işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; - insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; - əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. - Həmin maddənin İİ hissəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz - 55-ci maddəyə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. - 56-cı maddənin İ hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. - 56 -cı maddənin İİ hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. - 56 -cı maddənin İİİ hissəsinə əsasən bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. - 56 -cı maddənin İV hissəsinə əsasən azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. - 59-cu maddəyə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. - 68 -ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68 -ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin «c» bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsini əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi deyil, başqa işə (“Baş hüquqşünas vəzifəsinə”) keçirilmə kimi qiymətləndirmiş, cavabdeh tərəf isə iddiaya etiraz edərək Azərbaycan Milli Elmlər Akademiyası hazırki iddia üzrə cavabdehlik daşımadığını, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunu isə əmrin qanunvericiliyə uyğun olaraq verilməsini göstərmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və X9 tərkibində olsa da, (Nizamnaməsinin 1.2-ci bəndi) öz əsasnaməsi olan hüquqi şəxs kimi fəaliyyət göstərən müstəqil struktur olan elmi müəssisələrdən biridir. (Nizamnamənin 1.4 bəndi) Təqdim edilmiş sənədlərdən də aydın olur ki, strukturuna daxil olan hər hansı bir elmi müəssisə ştat cədvəlində etdiyi dəyişiklikləri Rəyasət Heyəti ilə razılaşdırdıqdan sonra, təsdiq olunması üçün AMEA-nın prezidentinə təqdim edilir. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarından da görünür ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sturkturu təsdiq edilmiş və təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri təsdiq edilmiş, təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə komplekləşdirilməsinin təmin edilməsi qərara alınmışdır. Arxeologiya və X1 1.5-ci bəndində göstərilmişdir ki, İnstitut öz fəaliyyətində həmçinin AMEAnın da Nizamnaməsini rəhbər tutur. Həmçinin Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun təsisçidir və X11 vasitəsilə onun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Buna görə də, Azərbaycan Milli Elmlər Akademiyası hazırki iddia üzrə cavabdehlik daşımamasına dair həmin cavabdehin etirazının dəlilləri əsassızdır. İddia tələbinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli, 2(103)-6229/2013 saylı qətnaməsinə əsasən, Azərbaycan Milli X3 və Etnoqrafiya institutunda “baş hüquqşünas” vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə qətnaməsi xx.xx.2014-cü il tarixində qanuni qüvvəyə minmiş, iddiaçı 08 ildən sonra 04 avqust 2021-ci il tarixdə institutun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmuş, 16-cı dərəcə ilə bərpa olmuş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 457 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 266 saylı əmrlə isə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ştat cədvəlində VTC üzrə təyin edilmiş baş hüquqşünasın əməyinin ödəmə dərəcəsinin 17 olduğunu nəzərə alaraq, həmin tarixdən institutun baş hüquqşünası İddiaçı tarif üzrə vəzifə maaşı 17-ci dərəcəyə uyğun olaraq ödənilmiş, əmək haqqı 604 manat müəyyən edilmişdir. İşin materiallarından daha sonra görünür ki, Azərbaycan Respublikasının Prezidentinin «Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərinin say həddi müəyyən edilərək Buna uyğun olaraq, AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturunun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması üzrə istlahatların tərkib hissəsi olaraq AMEAnın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunun və işçilərinin say həddinin müəyyənləşdirilməsi və təsdiqi zərurəti yarandığından Azərbaycan Milli Elmlər X8“AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun strukturu”nun təsdiq edilməsi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun işçilərinin say həddi 245 ştat vahidi olaraq təsdiq edilməsi, təsdiq olunmuş struktura və say həddinə uyğun olaraq işçilərin şöbələr üzrə kompleksləşdirilməsi təmin edilməsinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna tapşırılmasına dair Azərbaycan Milli Elmlər X7 xx.xx.2023-cü il tarixli 16/33 saylı qərarı qəbul edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli 326 saylı əmrlə AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturu və işçilərinin say həddi təsdiq edilmiş, həmin əmr əsasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/33 nömrəli qərarı ilə təsdiq edilmiş struktura və say həddinə uyğun olaraq ştat vahidləri aşağıda tərtib edilmiş tərkibdə komplekləşdirilməsinə başlanılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 19 saylı qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adı dəyişdirilərək Arxeologiya və Antropologiya İnstitutu adlandırılmış və Azərbaycan Milli Elmlər X7 xx.xx.2024-cü il tarixli 13/7 saylı qərarı ilə həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu» təsdiq edilməsi qərara alınmışdır.(10-cu bənd) Həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 30 aprel 2024-cü il tarixli 232 saylı qərarı ilə də AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturu» təsdiq edilmişdir. (14cü bəndi) Daha sonra cavabdehin «AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ştat cədvəlində dəyişiklik edilməsi» haqqında 14 may 2024-cü il tarixli 258 saylı əmri ilə İnstitutunun ştat cədvəlində «Rəhbərlik» bölməsinə aid olan 1 «baş hüquqşünas» ştat vahidi 1 «baş mütəxəssis» (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsi və yeni strukturla təsdiq edilmiş «Yeni tikinti sahələrinin tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilməsi, vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X6”na əsasən 607 manat təyin edilməsi əmr edilmiş və 15 may 2024-cü il tarixdə iddiaçıya bununla bağlı əmək şəraitinin dəyişdirilməsinə dair xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlıqla ona qeyd edilən əmrinin məzmunu bildirilməklə yanaşı çalışdığı “baş hüquqşünas” vəzifəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək “hüquqşünaslıq” ixtisası üzrə işini davam etdirmək şərti ilə “baş mütəxəssis” (hüquq məsələləri üzrə) vəzifəsi üzrə xəbərdarlıqda sadalanmış vəzifə öhdəlikləri müəyyən edilməsi, eləcə də ona İnstitutun təsdiq edilmiş yeni struktura uyğun olaraq «ingilis və fransız dilləri» ixtisası üzrə 3 şöbədə vəzifələr təklif edilmişdir. Daha sonra göstərilmişdir ki, yeni əmək şəraiti ilə və yuxarıda təklif edilən sənədlərdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmadıqda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilməsi bildirilmiş, iddiaçı bu xəbərdarlığı imza etməkdən imtina etmiş, bu hal aktlaşdırılmış və o, xx.xx.2024-cü il tarixdən qeyd edilən normaya əsasən də işdən azad edilmişdir. İşin materiallarından görünür ki, mübahisələndirilən əmrin verilməsinə əsas AMEA-nın Arxeologiya və Antropologiya institutunun xx.xx.2024-cü il tarixli 258 №li əmri, İddiaçı adına xx.xx.2024-cü il tarixli əmək şəraitinin şərtlərinə dəyişiklik edilməsi barədə rəsmi xəbərdarlıq və institut tərəfindən «işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərdarlığa imza etməkdən imtina barədə» bağlanmış akt göstərilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun yeni təşkilatı strukturunun təkmilləşdiilməsi məqsədi ilə institutun köhnə strukturunda olan “Rəhbərlik” bölməsinə aid 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi yeni strukturda nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində müvafiq dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq əmək şəraitinin şərtlərinə dəyişiklik edilməsi barədə azı 1 təqvim ayı əvvəl rəsmi xəbərdar edilmiş və ona təqdim edilən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərdarlığa imza etməkdən imtina olunmuş, bu barədə institut tərəfindən müvafiq akt bağlanmışdır. Hazırda ona verilmiş xəbərdarlıq müddəti bitmişdir. İddiaçı yeni əmək şəraiti ilə və bundan əlavə ona təklif olunan yeni 3 vəzifədən biri üzrə işi davam etdirmək barədə razılıq ərizəsini xəbərdarlıq müddətində təqdim etmədiyi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları» adlanan 8-ci fəslinin müddəalarına zidd olmuşdur. Belə ki, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. Qanunvericiliyə əsasən əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. İşçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əmək haqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər. Həmçinin bu sahədə işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığortasının təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir. Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir, başqa sözlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Əmək Məcəlləsinin 55-ci maddəsi əmək şəraitindən yüksək şərtləri nəzərdə tutur. İşəgötürən heç bir halda işçiyə əmək şəraiti ilə bağlı minimal tələblərdən aşağı şərtlər müəyyən edə bilməz. Hətta işçi özü xahiş etsə belə, işçi üçün minimal əmək şəraiti tələblərindən aşağı şərtlər müəyyən edilməsinə əmək qanunvericiliyi icazə vermir. Məhkəmə daha sonra qeyd edir ki, işçinin əmək müqaviləsinə xitam verilməsinin bir səbəbi də əmək şəraitinin dəyişməsidir. Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraiti şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Burada əmək şəraitinin dəyişməsi dedikdə, əsasən yaxşı şəraitin pisləşməsi başa düşülür. ƏM-nin 56-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Cavabdeh tərəf iddiaçının hazırda tam iş yeri norması ilə tutduğu 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsi 1 “baş mütəxəssis” (hüquqi məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsini və yeni strukturda olan “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nə verilməsini, eləcə də vəzifə üzrə aylıq əmək haqqı “Elm və elmi xidmət sahəsinə aid qulluqçu vəzifələrinin Vahid X6”na əsasən 607 manat təyin edilməsini göstərsə də məhkəmə hesab edir ki, bu struktur dəyişikliyi əmək şəraitinin dəyişməsini deyil, faktiki olaraq başqa işə keçirmənin və ya ştatların ixtisarı elementlərini özündə əks etdirir. Belə ki, əvvəla işin materiallarından görünür ki, Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 326 saylı əmrində «baş hüquqşünas» ştat vahidi 1 «baş mütəxəssis» (hüquq məsələləri üzrə) ştat vahidi ilə əvəz edilməsi barədə heç bir qeyd yoxdur. Halbuki, cavabdehin xx.xx.2024-cü il tarixli 258 nömrəli əmrində xx.xx.2023-cü il tarixli 326 saylı əmrə istinad edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli əmrdə istinad edilən xx.xx.2024-cü il tarixli 232 saylı əmrdə “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi”nin yaradılması göstərilsə də, orada «baş mütəxəssis» (hüquq məsələləri üzrə) ştat vahidi nəzərdə tutulması göstərilməmişdir. Məhkəmə, cavabdeh tərəfin - Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 16/33 saylı qərarına, Azərbaycan Milli X5 və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli 326 saylı əmrinə istinad etməklə iddiaçının işlədiyi 1 ştat vahidi “baş hüquqşünas” vəzifəsinin yeni strukturda artıq nəzərdə tutulmadığı üçün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun xx.xx.2024-cü il tarixli 258 nömrəli əmri ilə ştat cədvəlində dəyişikliklər edilməklə İnstitutun işçilərinin say həddinin 245 ştat vahidi olaraq təsdiq edilməsinə istinad etmələri ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər iddiaçının əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilmir və əmək şəraitinin birtərəfli qaydada dəyişdirilməsi üçün qanunvericilikdə sadalanmış konkret əsasların iddiaçıya münasibətdə nədən ibarət olması işin materiallarından görünmür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya yeni əmək şəraiti ilə və təklif edilən vəzifələrdən biri üzrə işi davam etdirmək baradə razılıq ərizəsi olmamasına istinad etməklə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilməsinə dair əmri məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55 və 56-cı maddələrinin tələblərinə uyğun olmadığı və bu halın tərəflər arasında bağlanmış əmək müqaviləsində də nəzərdə tutulmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı barəsində Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 360 saylı əmri xx.xx.2024-cü il tarixdə qəbul edildiyi halda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktorunun iddiaçının xx.xx.2024-cü il tarixli xidməti məktubuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya onun əmək müqaviləsinə müvafiq əmrlə xx.xx.2024-cü il tarixindən bu Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin “C” bəndində nəzərdə tutulan “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” əsasla xitam veriləcəyi göstərilmişdir. Baxmayaraq ki, əmək münasibətlərinə xitam verilməsinə dair əmr 20 iyun 2024-cü il tarixində qəbul edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdehlərin iddianın əsassız olmasına dair izahatları və irəli sürdükləri dəlilləri özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının barəsində olan əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmasını qeyd edərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024cü il tarixli, 360 nömrəli əmri ləğv edilməli, ona həmin İnstitut tərəfindən 20 iyun 2024-cü il tarixdən işə bərpa olunan günədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun “baş hüquqşünası” vəzifəsinə bərpa olunmalıdır. Bu qətnamənin icrasına nəzarət isə X11 vasitəsilə onun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasının (nizamnaməyə əsasən) üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehlərdən müştərək qaydada 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasından və Azərbaycan Milli X3 və Antropologiya İnstitutundan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun 20 iyun 2024-cü il tarixli, 360 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Milli X3 və Antropologiya İnstitutunun “baş hüquqşünası” vəzifəsinə bərpa olunsun. İddiaçı Azərbaycan Milli X3 və Antropologiya İnstitutu tərəfindən 20 iyun 2024-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasından və Azərbaycan Milli X3 və Antropologiya İnstitutundan müştərək qaydada 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasından və Azərbaycan Milli X3 və Antropologiya İnstitutundan müştərək qaydada 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1672/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1672/2024
11.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver