Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1683/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi,onun nümayəndəsi və vəkili Y.H.Murtuzayevanın Maraqlı şəxs F.Y.Nəhrinin iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan qohumluq və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X66, anası Bikə xanım Həsən Alik (Həsənəli) qızı olmuşlar. Onun atası X66 25.07.1989-cu il tarixdə vəfat etmişdir. 25.06.1923-cü il tarixdə Bakı şəhərində anadan olmuş onun anası Bikə xanım Həsən (Həsənəli) qızı isə 21.01.2008-ci ildə vəfat etmişdir. Onun ana babası 1876-cı ildə anadan olmuş Məmmədov X46, ana nənəsi X60 olmuşdur. Sonuncunun ölüm tarixi barədə rəsmi sənəd olmasa da, Məmmədov X29 ölüm tarixi rəsmi sənədlərdə 03.01.1955-ci il qeyd olunmuşdur. Məmmədov X29 atası (onun babasının atası) X30 olmuşdur. Sonuncunun ərizəçinin babası Həsən Əlidən başqa Yəhya və Sona adlı daha 2 övladı olmuşdur. Bunlardan başqa, ərizəçinin ulu babası X14 X36 adlı bacısı (onun ulu babasının bibisi) da olmuşdur. Belə ki, Bakı şəhəri Caparidze rayon VVAQ şöbəsinin verdiyi İJ seriyal 165893 No-li doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası – X68, anası Bikə xanım Həsən Əli qızıdır. Bakı şəhəri Oktyabr VVAQ şöbəsinin verdiyi JQ seriyalı 495349 No-li ölüm haqqında şəhadətnamədən görünür ki, X68 25.07.1989-cu il tarixdə ölmüşdür. 26184 No-li “Təvəllüd şəhadətnamə”sindən görünür ki, Bikə xanım Həsən Əli qızı 25.061923-cü il tarixdə Bakı şəhərində anadan olmuş, anası – X60, atası – 1876-cı il təvəllüdlü Məmmədov X33r. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin verdiyi AZ-İ seriyalı 272906 No-li “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Bikə xanım Həsənəli qızı 21.01.2008-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsinin verdiyi JQ seriyalı 267779 No-li “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X53 03.01.1955-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, iş üzrə Ərizəçi və X37 arasında qohumluq əlaqələri vardır. Sonuncu ərizəçinin ana tərəfdən ulu babası X14 dogma bacısıdır. X37 16.12.1933-cü il tarixdə vəfat etmiş, qala qəsəbəsində yerləşən qəbiristanlıqda basdırılmışdır. Sonuncunun ərizəçi ilə qohumluq əlaqəsində olmasını təsdiq edən sənədlərin alınması ilə bağlı müvafiq dövlət qurumalıranı verilmiş sorğulara müsbət cavab verilməmiş, bu sənədləri əldə etmək mümkün olmamışdır. Bu səbəbdən hesab edir ki, onun və X37 arasında qohumluq əlaqələrinin olması hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməlidir. Onun və X37 arasında qohumluq əlaqələrinin olması faktının məhkəmə qaydasında müəyyən edilməsi, X21 ölümündən sonra, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin vərəsəlik qaydasında onun babası – Məmmədov X29, daha sonra isə onun anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etdiyi mərhuma aid hissəsinə dair onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün lazımdır. Bundan başqa, onun və X37 arasında qohumluq əlaqələrinin olması faktının məhkəmə qaydasında müəyyən edilməsi, X21 ölümündən sonra ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mərhuma aid hissəsinə dair onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası X77nin 27.05.2009-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikas X77nin “Bakı şəhər vergi idarəsi” fondunun sənədlərində Bakı həhəri və Balaxanı ərazisi üzrə mənzil vergisinə borcu olanların 1913-cü ilə dair siyahısından məlum olur km, onun ulu babası X30 Bakı şəhəri, Orlovski küçəsi, dalan 1 ev 1 sahibi olmuşdur. Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin payı 1/5 hissədə olmaqla Məmmədov X46, X70, X74, X38 və X22 məxsusdur. Adı çəkilən şəxslərin hüquqları 168 No-li reyestr kitabında 30/630 No-li 19.02.1930-cü il tarixdə qeydə alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi üzərində Bikəxanım Həsənəli qızının mülkiyyət hüququ 168 No-li reyestr kitabında 30/9536 No ilə 16.06.1995-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”dan görünür ki, ünvan 1 ünvanda yerləşən və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/5 hissəsi X21 xüsusi mülkiyyətindədir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3 No-li fərdi yaşayış evinin mülkiyyətçisi olan onun ana tərəfdən ulu babası X14 vəfatından sonra miras əmlak 1930-cu ildə hər birinin 1/5 hissədə olmaqla ərizəçinin ana babası Məmmədov X29, onun ana babasının qarşadı X50, onun ana babasının bacısı X54, onun ana tərəfdən ulu babasının bacısı X23 və onunla qohumluq münasibətləri olmayan X15 adına rəsmiləşdirilmişdir. Onun ana babası Məmmədov X29 ölümündən sonra fərdi yaşayış evinin ona aid 1/5 hissəsi onun anası X71 (Həsənəli) qızına, sonuncunun ölümündən sonra isə övladı onun qarşadı X39 adına keçmişdir. Onun ana babasının qardaşı X50 ölümündən sonra fərdi yaşayış evinin ona aid 1/5 hissəsi onun arvadı Xədicənin adına keçmişdir. Fərdi yaşayış evinin onun ana babasının bacısı X62 aid 1/5 hissəsi X24 və X1. Hazırda fərdi yaşayış evi hər birinin 1/10 hissədə olmaqla E.Quliyeva və A.Hüseynovun adına reyestrdə qeydiyyatdan keçmişdir. Onun ana tərəfdən ulu babasının bacısı olan X37 ailə qurmamış və övladları olmamışdır. X37 16.12.1933-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həmin əmlakı transmissiya qaydasında X21 qardaşı oğlu (onun ana babası) Məmmədov X46 faktiki qəbul etmiş, həmin evdə yaşamaqla miras əmlakı idarə etmişdir. Məmmədov X46 03.01.1955-ci il tarixdə vəfat etdikdən sonra isə həmin evi miras əmlak kimi, o evdə doğulduğu vaxtdan yaşayan onun anası X75 (Həsənəli) qızı faktiki qəbul etmiş və evdə yaşamaqla evə sahiblik etməyə, evi idarə etməyə başlamışdır. X75 (Həsənəli) qızı 21.01.2008-ci il tarixdə ölmüşdür. X75 (Həsənəli) qızının ölümündən sonra isə miras əmlak hesab edilən 3 No-li evdə doğulmuş, həmin evdə böyümüş ərizəçi evin 1/5 hissəsinə sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktiki başlamışdır. O, halhazırda da bu evdə yaşamaqda davam edir. Göründüyü kimi, o, miras əmlak olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin X27 aid 1/5 hissəsini anası Bikəxanım Həsənəli qızının ölümündən sonra faktiki qəbul edərək idarə edir. Lakin bu günədək həmin əmlakı öz adına keçirə bilməmişdir. Ona görə də o, miras qalmış əmlakın ulu babasının bacısı X21 adında açıq saxlanılmış 1/5 hissəsini vərəsə kimi qəbul etmiş sayılır. Hesab edir ki, müzakirə olunan hissədə də ərizədə qeyd olunanlar əsaslıdır və təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq ərizəçi 1860cı ildə anadan olmüş və 16.12.1933-cü il tarixdə vəfat etmiş X21 Ərizəçi ana tərəfdən ulu babası X14 bacısı olması faktının müəyyən edilməsi, Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3 No-li fərdi yaşayış evinin mərhum X27 məxsus olmuş, sonradan vərəsəlik qaydasında ərizəçinin babası – Məmmədov X29, daha sonra isə ərizəçinin anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etdiyi 1/5 hissəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3No-li fərdi yaşayış evinin mərhum X16 məxsus olmuş, sonradan vərəsəlik qaydasında ərizəçinin babası - Məmmədov X29, daha sonra isə ərizəçinin anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etdiyi 1/5 hissəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi AR MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, anasından miras qalan Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3 No-li fərdi yaşayış evinin 1/5 hissəsində doğulduğu vaxtdan yaşamışdır. O, ailə vəziyyəti ilə bağlı həmin evdən köçsə də, həmin yaşayış sahəsinə gəlib-getmiş, evin idarə olunmasında anasına kömək etmişdir. Anası xəstələndikdən sona isə o, anasının yanına köçmüş, orada ona qulluq etmişdir. Anasının ölümündən əvvəl isə ərizəçi anasını özünün evinə aparmış və anası həmin evdə vəfat etmişdir. Lakin həmin vaxtlar da, ərizəçinin anasının yaşadığı evin giriş açarı yalnız onda olmuşdur. Anasının ölümündən sonra isə ərizəçi anasının yaşadığı həmin otağı kirayə vermiş, kirayə haqqını almışdır. Hazırda da həmin otaq kirayəşinlərin istifadəsindədir. Bunlardan başqa, o, anasının ölümündən sonra ona aid qızıl-zinət əşyalarını(nişan üzüyü, paxlava formalı üzük və klon), habelə geyim əşyalarını (jaket, yaylıq və s) və digər əşyalarını (əl çantası, çemodan, şəkillər) götürmüşdür. O, bu gündə anasından qalan qızıl-zinət əşyalarından istifadə edir, onlara, habelə anasına aid onda olan digər əşyalara qulluq edir, əşyaların qorunub saxlanmasına səy göstərir. Bu hallar, o cümlədən ərizəçinin yaşayış sahəsini kirayə verməsi, sadalanan əşyaların onun anasına aid olması şahid ifadələrindən başqa hazırki ərizəyə əlavə olunmuş fotoşəkillərlə də təsdiq olunur.Göründüyü kimi, o, anasından miras qalan əmlaka (mənzilin 1/5 hissəsinə, qızıl-zinət və digər əşyalara) sahiblik etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ona görə də hesab edir ki, bu hərəkətləri ilə Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3 No-li fərdi yaşayış evinin 1/5 hissəsi miras kimi ərizəçi tərəfindən qəbul edilmişdir. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda miras qoyanın ata adı Məlik Məhəmməd əvəzinə Məlik Məmməd kimi göstərilmişdir. Hesab edirik ki, həmin sənədin X16 məxsus olması faktı da müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizəçi 1860-cı ildə anadan olmüş və 16.12.1933cü il tarixdə vəfat etmiş X21 Ərizəçi ana tərəfdən ulu babası X14 bacısı olması faktının müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən (102 nömrəli reyestr kitabının 9271 nömrəli vərəqində qeydiyyata alınmış) çıxarışda Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1, 3 saylı evə dair paylı mülkiyyətçi kimi (1/5 hissə) X21 adına aparılmış qeydiyyatın (sənədin) X16 məxsus olması faktının; Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3 No-li fərdi yaşayış evinin mərhum X16 məxsus olmuş, sonradan vərəsəlik qaydasında ərizəçinin babası – Məmmədov X29, daha sonra isə ərizəçinin anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etdiyi 1/5 hissəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, Bakı şəhəri, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3No-li fərdi yaşayış evinin mərhum X16 məxsus olmuş, sonradan vərəsəlik qaydasında ərizəçinin babası - Məmmədov X29, daha sonra isə ərizəçinin anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etdiyi 1/5 hissəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili X17 ərizəni tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X55 göstərmişdir ki, ərizəçi onun bacısıdır. X28 onun ana xətti üzrə ulu babasının bacısıdır. Həmin evdə valideynləri yaşamış, anası 2008-ci ildə vəfat etmiş. Anasına bacısı daha çox baxmış, anasına məxsus bütün qızıl-zinət əşyaları Gülərdədir. Anasının vəfatından sonra X16 məxsus hissəyə bacısı Gülər faktiki sahiblik etməyə başlamış və onun istifadəsindədir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhəri 40 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktublarda işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 40 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, onun nümayəndəsinin və vəkilin izahatlarını və maraqlı şəxsin izahatını, şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X51 öz ifadəsində göstərmişdir ki, o, 61 ildir ki, həmin həyətdə yaşayır. Ərizəçilə qonşudurlar.Gülərin atası rəhmətə getdiyindən anasına Gülər baxmış və qulluq etmişdir. Anası ağır olanda isə özü ilə yanına aparmışdır. Gülər əvvəlcə anasının yanında qalırdı. Anası rəhmətə gedəndən sonra isə evi kirayə vermişdir. O, işdə olduğundan hərdən Güləri anasının yanında görürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, Gülərlə qonşudur. Gülər mübahisəli evdə 2000-ci ilin əvvəllərindən anası ilə yaşamış, anasına baxmışdır. Sonradan anası ağır xəstələndiyindən anasını yanına aparmışdır. Gülərin anası 2008-ci ildə rəhmətə getmişdir. Həmin otağın təmirini və idarəçiliyini ərizəçi etmişdir. Gülərin anası öləndən sonra da evin açarı və qiymətli əşyalar ərizəçidə olmuşdur. Gülər faktiki əmlakı vərəsə kimi qəbul etmişdir. Bu ev paylı mülkiyyətdir. Onlardan biri də ərizəçinin qardaşıdır. İş üzrə SSRİ X81 X2 Aktlarının Şöbəsi tərəfindən verilmiş təvəllüd şəhadətnaməsinin kserosurətindən görünür ki, Bikə xanım Həsən Əli qızı 25.06.1923-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası – X46,anası – Zivər Abdul-Rəhim qızıdır. İş üzrə Bakı şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin payı 1/5 hissədə olmaqla Məmmədov X46, X70, X74, X38 və X22 məxsus olmuşdur. Bu barədə 168 nömrəli reyestr kitabında, 7008 səhifədə, 30/630 qeydiyyat nömrəsi ilə 19.02.1930-cü il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə Bakı şəhəri Oktyabr VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-JQ seriyalı 267779 nömrəli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X82 03.01.1955-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.01.1955-ci ildə 9 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Caparidze rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Oktyabr VVAQ şöbəsi tərəfindən verilmiş 25.07.1989-cu il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X68 25.07.1989-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.07.1989-cu il tarixdə 882 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 16.06.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, Bakı şəhəri, Muxtadır küçəsi, dalan 1-də yerləşən 3 saylı evi paylı mülkiyyət hüququ üzrə 1/5 hissəsi Bikəxanım Həsən qızının adına qeydiyyata alınmışdır. Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1-də yerləşən 3 saylı evi paylı mülkiyyət hüququ üzrə 1/5 hissəsi 06.02.2020-ci il tarixdən X39, 1/5 hissəsi X21, 1/10 hissəsi 13.11.2010-cu il tarixdən X8, 1/10 hissəsi 23.07.2011-ci il tarixdən X18, 2/5 hissəsi 07.01.2012-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır. İş üzrə X77 tərəfindən X44 ünvanlanmış 27.05.2009-cu il tarixli arxiv arayışının kserosurətindən görünür ki, Azərbaycan Respublikası X77nin “Bakı şəhər vergi idarəsi” fondunun sənədlərində Bakı şəhəri və Balaxanı ərazisi üzrə mənzil vergisinə borcu olanların 1913-cü ilə dair siyahısından məlum olur ki, X30 Bakı şəhəri, Orlovski küçəsi, dalan 1, ev 1-in sahibi olmuşdur. İş üzrə "xxxx" MTK tərəfindən verilmiş 06.03.2020-ci il tarixli arayışın kserosurətindən görünür ki, Ərizəçi ünvan 8 ünvanda yaşayış və pasport qeydiyyatındadır. İş üzrə Dövlət Arxivi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkili X31 və Ərizəçi ünvanlanmış 25.11.2020-ci il tarixli arxiv arayışların kserosurətlərindən görünür ki, Azərbaycan Respublikası X77 üzrə Qala məscidinin sənədlərində Tükəzban Məlikməhəmməd (sənəddə olduğu kimi) qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1860-cı il (sənəddə olduğu kimi ay və gün qeyd olunmamışdır). Valideynləri: atası – Məlikməhəmməd (sənəddə olduğu kimi), anası – sənəddə olduğu kimi qeyd olunmamışdır. İş üzrə Dövlət Arxivi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkili T.V.İbrahimova ünvanlanmış 16.02.2021-ci il tarixli arxiv arayışının kserosurətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 1933-cü ilə dair Bakı sovetinin inzibati şöbəsi üzrə ölüm haqqında qeydiyyat kitablarında 16.12.1933-cü ildə (soyadı qeyd olunmayıb) X65 (sənəddə olduğu kimi) qızının vəfatı qeyd olunur. İş üzrə Dövlət Arxivi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkili T.V.İbrahimova ünvanlanmış 15.03.2021-ci il tarixli arxiv arayışının kserosurətindən görünür ki, Azərbaycan Respublikası X77 üzrə Qala məscidinin sənədlərində Həsənəli Qurbanəli oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1876-cı il (sənəddə olduğu kimi gün və ay qeyd olunmamışdır). Valideynləri: atası – X43 (sənəddə olduğu kimi) oğlu, anası – sənəddə olduğu kimi qeyd olunmamışdır. İş üzrə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 18.05.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, ulu babası X14 bacısı X23 qanun üzrə vərəsəsi kimi Ərizəçi tanınmaması barədə 16.05.2020-ci il tarixdə daxil olmuş ərizəsinə D-/-450 nömrə ilə qeydə alınmış, lakin tərəfindən vərəsəlik işi açılmamışdır. Ərizəçi təqdim etdiyi ərizədən məlum olur ki, Ərizəçi vərəsəlik işinin açılması üçün zərurət olan sənədləri təqdim etməmişdir. Belə ki, ulu babası X30 və onun bacısı X23 növbəli vərəsəlik sırası ilə ata-analarının ölüm şəhadətnaməsini, eyni zamanda Ərizəçi qədər olan vərəsələrin onunla qohumlun əlaqəsini sübut edən (dobum, ölüm, nikah və s.) təqdim etmədiyinə görə Ərizəçi vərəsə kimi tanımaq mümkün deyildir. Qohumluq əlaqəsini sübut etmək, vərəsə kimi tanınması üçün məhkəməyə müraciət etməsi lazım gəlir. İş üzrə X77 tərəfindən verilmiş 17.08.2021-ci il tarixli arayışa əsasən X19 1971-ci ildə vəfat etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1, 3 saylı ev paylı mülkiyyət hüququ üzrə X40 (1/5 hissə), X23 (1/5 hissə), X26 (1/10 hissə), X32 (1/10 hissə) və X4 (2/5 hissə) paylı mülkiyyətindədir. Ərizəçi tərəfindən irəli sürülmüş tələblərdən görünür görünür ki, o, miras qoyan X13 onun ana tərəfindən ulu babası X14 bacısı olması faktının müəyyən edilməsi, eyni zamanda miras əmlakın babası, daha sonra anası tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olmasını faktının və miras qalmış əmlakın 1/5 hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə ilk növbədə miras qoyan X13 ərizəçinin ulu babası X14 bacısı olması faktına hüquqi qiymət verərək qeyd edir ki, həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğu üçün, yəni miras əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı lazım olduğu üçün, həmin fakt məhkəmə tərəfindən müəyyən edilə bəlir. AR MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair faktları müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X13 doğumuna dair məlumatlar X59 aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin babası Məmmədov X29 doğum haqqında şəhadətnaməsinin “Atası” qrafasında X20 qeyd edilmişdir. Məhkəmə X6 və X13 ata adlarının eyni olmasını, X6 ərizəçinin babası Məmmədov X29 atası olmasının hüquqmüəyyənedici sənədlərlə təsdiq olunmasını (arxiv arayışı əsasında) nəzərə alaraq hesab edir ki, X13 ərizəçinin ana xətti üzrə babası X6 bacısı olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə ərizəçinin babası Məmmədov X29, daha sonra ərizəçinin anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etidyi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması vərəsəyə uzadılmış müddət ərzində mirası qəbul etmək imkanı verir. Yəni həmin müddət sağ olan vərəsə üçün uzadılır. Lakin ərizəçinin həm anası, həm babası ayrı-ayrı vaxtlarda vəfat etdikləri üçün, mirasın qəbul edilməsi müddətinin onlara münasibətdə uzadılması qanunun tələbinə ziddir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə ərizə təmin edilməməlidir. Məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən (102 nömrəli reyestr kitabının 9271 nömrəli vərəqində qeydiyyata alınmış) çıxarışda Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1, 3 saylı evə dair paylı mülkiyyətçi kimi (1/5 hissə) X21 adına aparılmış qeydiyyatın (sənədin) X16 məxsus olması faktının müəyyən edilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X13 adına verilmiş arxiv arayışlarında (sənədlərdə) ata adı Məlik Məhəmməd kimi göstərilsə də, hüquqmüəyyənedici sənəd olan daşınmaz əmlakın dövlət reyestrində onun ata adı Məlik Məmməd kimi qeyd edilmişdir. Məhkəmə miras qoyanın sənəddəki ata adının hüquqmüəyyənedici sənəddə (daşınmaz əmlakın dövlət reyestri kitabında) göstərilən adla düz gəlməməsini, həmin faktın hüquqi əhəmiyyətli olmasını və ərizəçi üçün miras əmlaka vərəsəlik hüququnun tanınması üçün lazım olduğunu nəzərə alaraq hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində (102 nömrəli reyestr kitabının 9271 nömrəli vərəqində qeydiyyata alınmış) Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1, 3 saylı evə dair paylı mülkiyyətçi kimi (1/5 hissə) X21 adına aparılmış qeydiyyatın (sənədin) X16 məxsus olması faktının müəyyən edilməsi hissəsində də tələb təmin edilməlidir. Məhkəmə ərizənin Tükazban MəlikMəhəmməd qızından miras qalmış əmlaka ərizəçinin babası Məmmədov X29, daha sonra isə ərizəçinin anası Bikə xanım Həsənəli qızının faktiki qəbul etdiyi 1/5 hissəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin ana xətti üzrə babası və anası mübahisəli ünvanda yaşamışlar və mirası əmlakı fatiki olaraq qəbul etmişlər. Lakin həmin miras əmlak onlar tərəfindən faktiki qəbul olunsa da, hüquqi cəhətdən adlarına rəsmiləşdirilməmişdir. Eyni zamanda onlar həmin miras əmlakdan imtina da etməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi anasının vəfatından sonra miras qalmış əmlaka yiyələnərək ona sahiblik etməyə başalmış və hazırda həmin əmlak onun faktiki istifadəsindədir. Bu hal eyni zamanda üçüncü şəxs qismində işə cəlb edilmiş digər vərəsə tərəfindən də məhkəmə iclasında təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında mübahisəli evin 1/5 hissəsinin mülkiyyətçisi X55 göstərmişdir ki, ana xətti üzrə babasının bacısı X9 miras qalmış əmlak hazırda Ərizəçi tərəfindən faktiki qəbul edilmiş və onun sahibilyindədir. Məhkəmə qeyd edir ki, miras qoyan X28 16.12.1933-cü il tarixdə vəfat etdiyi üçün, miras əmlakın ərizəçinin babası tərəfindən qəbul edilib-edilməməsinə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 16 iyun 1923-cü il tarixdə qəbul edilmiş və 01.03.1965-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr – uşaqlar, ərarvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından heç kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına keçir, axırıncılar vəfat etidkdə isə,onların uşaqlarına keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata anası, onlar olmadıqda isə qardaş bacıları hesab olunurlar. Məhkəmə qeyd edir ki, miras qoyan X52 qızı öldüyü vaxt (1933-cü il) 16.06.1923-cü il tarixli Mülki Məcəllə qüvvədə olduğundan, onun vərəsəlik payı qanunla uşaqlarına keçməli idi. Lakin miras qoyanın uşaqları olmadığı üçün və belə vərəsələrin olması hazırki vaxtadək məlum olmadığı üçün, miras əmlak onun digər növbəli vərəsəsinə qardaşına keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyanın qardaşı X20 ərizəçinin ana xətti üzrə babası olan Məmmədov X29 atası olmuşdur. Belə olan halda miras qoyan X13 ölümündən sonra miras əmlakın Qurban X5 üçün, həmin miras əmlakdan onun imtina etməməsi təsdiq olunmalıdır. Ərizəçi tərəfindən isə məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim olunmamışıdr. Belə ki, 16 iyun 1923-cü il tarixdə qəbul edilmiş və 01.03.1965-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Göstərilən Məcəllənin 501-ci maddəsinə əsasən vərəsələr elan vermək vasitəsilə və ya başqa üsullarla çağırılmırlar, lakin notariat orqanı vərəsəlik açılan yerdə, irs buraxan şəxsin vəfat etməsi haqqında məlumat alan kimi, dərhal vərəsəliyin qorunması üçün tədbir görür. Vərəsəliyin qorunması üzrə tədbirlər bütün vərəsələrin gəldiyi vaxtadək, lakin 6 aydan yuxarı olmayaraq davam edir. Məhkəmə qeyd edir ki, miras qoyan X13 öldüyü vaxt 16.06.1923-cü il tarixli Mülki Məcəllə qüvvədə olduğundan, onun birinci növbəli vərəsələri miras əmlaka həmin Məcəllənin müddəaları baxımından hüquq əldə etmişdir. Yəni miras qoyan X13 vəfat etməsindən sonra onun vərəsələri miras əmlakdan hər hansı bir imtinası olmadığından, qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından onun vərəsələri miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş və həmin əmlaka vərəsəlik hüquqları əldə etmişdir. Lakin vərəsələr miras qalmış əmlakı öz adlarına rəsmiləşdrilmədikləri üçün, həmin vərəsəlik hüququ (mirasdan pay almaq hüququ) onların ölümündən sonra digər vərəsələrə keçmişdir. Məhkəmə izah edir ki, mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davamt etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüffatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərdən biri də miras qoyanın əmlakı ilə bağlı vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək aiddir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından X13 1933cü ildə, Bkə xanım Həsən Həsənəli qızının isə 21.01.2008-ci il tarixdə vəfat etmələri ilə əlaqədar miras əmlaka vərəsəlik açılmışdır. X3 vəfatından sonra onun vərəsələri tərəfindən miras əmlak faktiki qəbul edilsə də, hüquqi cəhətdən miras əmlak rəsmiləşdirilmədiyindən, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından ərizəçi miras əmlakı qəbul edilmiş hesab edilməlidir. Qüvvədə olan AR Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). AR Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. AR Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, X13 ölümündən sonra ondan miras qalmış əmlaka ərizəçinin babası, babasının ölümündən sonra ərizəçinin anası, anasının ölümündən sonra isə ərizəçinin özü yiyələndiyindən, yəni ərizəçi tərəfindən də miras əmlak faktiki olaraq qəbul edildiyindən, ərizəsinin miras əmlaka vərəsəlik hüquqları tanınmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, X9 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1, 3 saylı evin 1/5 hissəsinə ərizəçinin mirasın qəbul edilməsi faktı müəyyən edilməli və həmin hissəyə vərəsəlik hüquqları tanınmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 1860-cı ildə anadan olmuş və 16.12.1933-cü ildə vəfat temiş X13 Ərizəçi ana xətti üzrə ulu babasının bacısı olmasına dair qohumluq münasibətləri müəyyən edilsin. Daşınmaz əmlakın dövlət reyestrində (102 nömrəli reyestr kitabının 9271 nömrəli vərəqində qeydiyyata alınmış) Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 1, 3 saylı evə dair paylı mülkiyyətçi kimi (1/5 hissə) X21 adına aparılmış qeydiyyat (hüquqmüəyyənedici sənəd) X16 məxsus olması faktı müəyyən edilsin. Miras qoyan X9 (daşınmaz əmlakın dövlət reyestrində X11 göstərilmiş) miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, 1 saylı dalanda yerləşən 3 saylı evin 1/5 hissəsinə Ərizəçi mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, 1 saylı dalanda yerləşən 3 saylı evin 1/5 hissəsinə dair Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1683/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1683/2021
24.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver