Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1689/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X12” MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 ay üçün 265 manat məbləğində istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın, əmək kitabçasının gecikdirilməsinə görə 135 manat pulun, 77 manat məbləğində işdənçıxarma müavinətinin və xəbərdarlıq müddətinə görə 77 manat olmaqla, cəmi 554 manat pulun tutulması, 554 manat pulun gecikdirilməsinə görə xx xxxx 2020-ci il tarixdən ödənilən günə qədər hər gün üçün 11 manat məbləğində ödəncin, 2000 manat maddi və 1000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi bağlamaqla mülki iş üzrə cavabdeh X12 X4 “Təmizlik xidmətçisi" peşəsinə işə qəbul edilmişdir. xx xxxxxx 2018-ci ildən- xx xxxx 2020-ci il tarixə qədər “X12” X5 işləməklə müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onunla bağlanmış Əmək müqaviləsi X12 X6 xx xxxx 2020-ci il tarixli, T- 245/2020 saylı Əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (İşçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilmişdir. X12 X7 tərəfindən xx.xx.2020-ci il tarixdə Əmr verilib, həmin Əmrdə də bildirilir ki, işçilərin əmək haqqları xx.xx.2020-ci il tarixdən olmaqla 6 ay müddətinə azaldılır. xx.xx.2020-ci il tarixdə ona da X12 X7 tərəfındən əvvəlcədən hazırlanmış və əmək haqqının 50 faiz azaldılması ilə əlaqədar Ərizə verdilər. Lakin, o bu ərizəni imzalamaqdan imtina etmişdi. X12 X7 isə qərəzli olaraq 2 gün sonra onunla bağlanmış Əmək müqaviləsini, xx xxxx 2020-ci il tarixli, T-245/2020 saylı Əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv etmək qərarına gəldi. xx xxxx 2020-ci il tarixdə ona, onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq məktubu verilib. Xəbərdarlıq məktubunda da bildirilir ki, Əmək müqaviləm ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləriə əməl ediləcəkdir. Həmin tarixdə də onunla bağlanmış Əmək müqaviləsi X12 X6 xx xxxx 2020-ci il tarixli, T-245/2020 saylı Əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b"bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilmişdir. Halbuki: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən: işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən: İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 üşü. azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz -jvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az mumaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Lakin, X12 X7, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinin və 77.4cü maddəsinin tələblərini pozmuş və onun razılığı olmadığı halda əmək müqaviləsini bildiriş verdiyi gündə, yəni, xx xxxx 2020-ci il tarixdə qanunsuz olaraq ləğv etmişdir. Eyni zamanda X12 X7, Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənən aşağıdakı hüquqlarını da pozmuş və ona maddi ziyan vurmuşdur. Belə ki: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Onunla bağlanmış Əmək müqaviləsi X12 X7 tərəfindən xx xxxx 2020-ci il tarixdə ləğv edilsədə Əmək kitabçası yalnız 7 gün sonra, 2020-ci ilin avqust ayının 5-də verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsini əsas tutaraq hesab edir ki, 7 gün iiçün orta əmək haqqı olan 135 manat pul, “X12” X3 məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam məsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilməlidir. Onunla bağlanmış Əmək müqaviləsi X12 X7 tərəfindən xx xxxx 2020-ci il tarixdə ləğv edilsədə, son 8 ay üçün 14 təqvim gününə görə 265 manat məbləğində məzuniyyət pulu da bu günə qədər ona ödənilməyib. Hesab edir ki, 265 manat pulda X12 X3 məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən: Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ildən beş ilədək əmək stajı otduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Lakin, X12 X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3-cü maddəsində qeyd olunan orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında olan 807 manat məbləğində işdənçıxarma müavinətini ona ödəməmişdir. Əvvəlcə bu pulu ödəməkdən qəti surətdə imtina etsələr də, avqustun 5-də 77 manat az olmaqla 730 manat məbləğdə ödədilər. Hesab edir ki, ödənilməyən 77 manat pulda X12 X3 məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən: İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. X12 X2 razılığı olmasada ona 28 günə görə və ya orta əmək haqqının 0.9 misli məbləğində olan 460 manat məbləğində müavinət ödəmişdir. Eyni zamanda qeyd olunan işdən çıxarma məbləğindən 14 faiz gəlir vergisi tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları "da dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddırlar. Hesab edir ki, 28 günə görə və ya orta əmək haqqının 0.9 misli məbləğində işdən çıxarma müavinəti 537 manat pul edir. Ödənilməyən və ya vergi tutulan 77 manat pul da mülki iş üzrə cavabdeh X12 X3 məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Azərbavcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən: İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən: İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan suiistifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Onunla bağlnmış Əmək müqaviləsi X12 X7 tərəfindən xx xxxx 2020-ci il tarixdə ləğv edilsədə: son 8 ay üçün 14 təqvim günün üçün olan 265 manat məbləğin məzuniyyət pulu, əmək kitabçasının 7 gün gecikdirilməsinə görə 135 manat pul, 77 manat məbləğin işdənçıxarma müavinəti, xəbərdarlıq müddətində 28 günə görə 77 manat olmaqla, cəmi: 554 manat pul bu günə qədər ona ödənilməmişdir. Hesab edir ki, 554 manatın 2 faizi olan 11 manat pul da işdən çıxarıldığı xx xxxx 2020-ci il tarixdən - ödənilən günə qədər hər gün üçün 11 manat hesablanmaqla və cavabdehdən məhkəmə qaydasında tutulmaqla ona ödəniməlidir. Maddi ziyanın tutulması barədə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68. 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71. 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göstərilənləri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsini əsas tutaraq hesab edir ki, dəymiş ziyanla əlaqədar maddi ziyanın əvəzi kimi, onun xeyrimə 2 000 manat məbləğində pul X12 X3 məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Mənəvi ziyanın tutulması barədə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, oona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2008-ci il tarixli, 7 saylı Plenum Qərarının 1-ci maddəsində göstərilir ki; Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Konvensiya"-nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X13 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”-nın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Bu Qərarın 2-ci maddəsinə əsasən: Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbayсап Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsini əsas tutaraq hesab edir ki, dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi, X12 X1 xeyrimə 1000 manat məbləğində pul məhkəmə qaydasında cavabdehdən tutulmaqla ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, xx xxxxxx 2018ci il tarixdən xx xxxx 2020-ci il tarixədək "Baku Hospı̇talı̇ty Group" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətində təmizlik xidmətçisi olaraq işləmişdir. xx xxxx 2020-ci il tarixdə müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndi ilə xitam verilmişdir. xx xxxx 2020-ci il tarixdə ona xx.xx.2020-ci il tarixdən 6 ay müddətinə əmək haqqının 50 faiz azaldılması ilə bağlı ərizə təqdim edərək imzalamağını istəmişlər.Lakin o imzalamaqdan imtina etmişdir. Bu zaman ona bildirmişlər ki, onlarla razılaşmayanları işdən çıxaracaqlar. Beləliklə 2 gün sonra 30 iyul tarixdə müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasını isə 5 avqust tarixdə vermişlər. Sonuncu Haqq-hesab isə aparılmamışdır.Tələb etdikdə isə heçkəsə vermədiklərini, o istəyir deyə mühasibatlıqdan istəyəcəklərini bildirmişlər. 30 iyul tarixdə verilməli olan pul 4 avqust tarixdə hesabına köçürülmüşdür. İşdən çıxarma zamanı verilən müavinətdən gəlir vergisi tutublar, halbuki gəlir vergisindən azaddır. Eyni zamanda istifadə etmədiyi məzuniyyət pulunu da hesabına köçürməyiblər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə xx.xx.2020-ci il tarixdə məhkəməyə məlumat verərək, məhkəmə iclasının vaxtının başqa tarixə keçirilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdeh "X12" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, pandemiya ilə əlaqədar bütün hüquqi şəxslər özünü müflis elan edir. Onlar da bu fikrə gəlmişlər, lakin sonradan sahibkarlara edilən yardımla 6 ay heç bir gəlir olmadan ən azı işçilərinə maaş vermişlər. İyul ayında isə onlar məcbur qalmışlar ki, işçiləri işdən azad etsinlər. Xarici vətəndaşları göndərmişlər. Azərbaycanlıları isə maaşları 50 faiz azaldaraq, işdə saxlamağa çalışmışlar. Təkcə iddiaçı deyil, müdiriyyət, özü daxil hamının maaşı azaldılıb. Onların səhvi əmək kitabçasını gec vermək olmuşdur. Səbəbi isə Qurban bayramı ilə əlaqədar qeyri iş günləri olmuşdur. Əlavə olaraq pul düzgün hesablanmamışdır ki, onu da iddiaçı məhkəməyə müraciət etmədən öncə hesabına köçürmüşlər. İddiaçını və başqa narazı işçiləri çağırıb özü danışmışdır ki, işdən çıxmasınlar, maaşın azaldılması müvəqqətidir, pandemiya bitdikdən sonra yenidən işlərinə davam etsinlər. Lakin iddiaçı onunla kobud şəkildə danışaraq, işdən çıxmağı seçmişdir. Eyni zamanda pandemiya ilə əlaqədar bütün işçilərə məcburi məzuniyyət verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıda göstərilən səbəblərə görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan EA-060/2018 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı “X12” MMC (VÖEN **********) təmizlik xidmətçisi (peşəsinə) işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş N:T-245/2020 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən görünür ki, İddiaçı ilə “X12” MMC bağlanmış xx.xx.2018-ci il tarixli, EA-060/2018 saylı əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx xxxx 2020-ci il tarixində 28 gün xəbərdarlıq müddəti əvəzinə kompensasiya məbləği əmək haqqısı ilə birlikdə ödənilməklə son haqq hesab aparılması, işçinin istifadə olunmamış əmək məzuniyyəti günlərinin olmadığı, əsas kimi X11 xx xxxx 2020-ci il tarixində təqdim edilmiş bildiriş məktubu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə X14 əmrlə tanış olmuş və əmək kitabçasını almışdır. İş materiallarında olan N:T-245/2020-A saylı Əmək müqaviləsinə xitam verilməsinə dair T-245/2020 saylı, xx xxxx 2020-ci il tarixli əmrə edilmiş düzəlişdən görünür ki, işçinin həmin müəssisədə olan 1 il 7 ay 25 gün əmək stajı nəzərə alaraq, Azərbaycan Respublikası ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödənilərək xx.xx.2020-ci il tarixində son haqq hesab aparılması bəndi əlavə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xx xxxxx 2020-ci il V-155/2020 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü müddətinə illik əmək məzuniyyətinə göndərilib. Məzuniyyət günlərinin 12 günü xx.xx.2019/2020-ci iş ili üçün və 18 gün xx.xx.2020/2021-ci iş ili üçün nəzərdə tutulan illik əmək məzuniyyətinin sayından çıxılsın kimi qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xx xxx 2020-ci il V-147/2020 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 14 təqvim günü müddətinə illik əmək məzuniyyətinə göndərilib. Məzuniyyət günləri xx.xx.2018/2019-cu iş ili üçün nəzərdə tutulan illik əmək məzuniyyətinin sayından çıxılsın kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş haqq-hesab cədvəlindən görünür ki, X11 – 1888.60 manat müavinət və kompensasiya da daxil olmaqla ödəniləcək məbləğdən – 1888.60 manatdan DSMF-yə 174.86 (3%) manat, işsizlikdən sığorta haqqı 9.44 (0,5%) manat və gəlir vergisi 0.00 manat tutulmalar çıxılmaqla, 1704.30 manat ödənilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Paşa Bank tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 500, 460 manat və xx.xx.2020-ci il tarixdə 730 manat cəmi 1690 manat hesabına pul köçürülmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmrlə xx.xx.2020-ci il tarixində tanış olaraq əmək kitabçasını almışdır. 1 il 7 ay 25 gün iş stajı nəzərə alınmaqla ƏM-nin 77.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 1.4 misli miqdarında və ƏM 77-ci maddəsinə əsasən 28 gün xəbərdarlıq müddəti əvəzinə kompensasiya məbləği əmək haqqısı ilə birlikdə ödənilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış 1690 manat iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı bu tələblə qismən haqlıdır. Belə ki, 31 iyul və 1 avqust Qurban Bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunmuşdur. Bu səbəbdən iddiaçıya əmək kitabçasının gec verilməsinə görə işə düzələ bilmədiyi 3 gün üçün orta əmək haqqı ödənilməlidir.(31.17x3=93.51manat) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam məsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilməlidir. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü müddətinə illik əmək məzuniyyətinə göndərilib. Məzuniyyət günlərinin 12 günü xx.xx.2019/2020-ci iş ili üçün və 18 gün xx.xx.2020/2021-ci iş ili üçün nəzərdə tutulan illik əmək məzuniyyətinin sayından çıxılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsassızdır. İş materiallarından görünür ki, İddiaçı məzuniyyətdən istifadə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. (2-ci hissə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən: İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Sosial Sığorta haqqında Qanunun 15-ci maddəsinin 4-cü abzasında qeyd edilir ki, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlərdən məcburi dövlət sığorta haqqı hesablanmır. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin və Sosial Sığorta haqqında Qanunun 15-ci maddəsinin 4-cü abzasının tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinətdən vergi və məcburi dövlət sığorta haqqı tutula bilməz. İş materiallarından görünür ki, iddiaçının orta aylıq əmək haqqı 625.95 (altı yüz iyirmi beş manat doxsan beş qəpik) manatdır. Bu səbəbdən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən(işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 625.95x1.4=876.33 manat və xəbərdarlıq müddətinə görə isə 625.95x0.9=563.36 manat ödənilməli idi. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməyən 77 manat işdənçıxarma müavinəti və xəbərdarlıq müddətində 28 günə görə 77 manat ödənilməyən pulun cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilməyən 154 manatın xx xxxx 2020-ci il tarixdən ödənilən günə qədər hər gün üçün bir faiz ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68. 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. İddianın mənəvi zərər hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin hansı dərəcədə olduğunu və onun qarşılığında zərərin əvəzi kimi kompensasiyanın ödənilməsini qanunvericilik işə baxan məhkəmənin mülahizəsinə və daxili inamına həvalə etmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği işin halları baxımından ağlabatan və ədalətli olmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu əsasdan məhkəmə ona dəymiş mənəvi zərəri tələb edilən həcmdə deyil, 200 manat məbləğində dəyərləndirilməsini və cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən,məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı çəkdiyi xərclərlə bağlı hər hansı sübut təqdim edə bilmədiyi üçün məhkəmə MPM-nin 121.1-ci maddəsinə əsasən iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən çəkilən xərcin məbləği 50 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X12” MMC-dən əmək kitabçasını gecikdirməyə görə 93.51 manat, işdənçıxarma müavinatından ödənilməyən 77 manat, xəbərdarlıq müddətinə görə ödənilməyən 77 manat, ödənilməyən 154 manatın xx xxxx 2020-ci il tarixdən ödənilən günə qədər hər gün üçün bir faizi, 50 manat iddia ərizəsinin tərtibinə edilən vəkil xərci və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1689/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1689/2020
08.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver