Məhkəmə qərarları › İş №2(009)-1709/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1709/2025

10.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1709/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh-yə qarşı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi əsasında xitam verilməsinin qanunsuz hesab edilməsi və bu maddə üzrə edilən qeydin ləğv edilməsi və düzgün düzəlişin aparılması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi əsasında xitam verilməsinin qanunsuz hesab edilməsi və bu maddə üzrə edilən qeydin ləğv edilməsi və düzgün düzəlişin aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Hakim qeyd edir ki, ərizəçi tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Qanunun yuxarıda göstərilən tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbini göstərməlidir. Yəni bu tələb konkret olmalıdır. İddiaçı isə iddia ərizəsində əmək müqaviləsinin xitam verilməsinin qanunsuz hesab edilməsini və qeydin ləğv edilməsini və düzgün düzələşin aparılmasını xahiş etsə də, düzələşin hansı formada aparılmasını, yəni yenidən işə bərpa olunması və ya işdən azad olunma əmrinin Əmək qanunvericiliyinin hansı maddəsinə uyğun verilməsi ilə bağlı işdən azad olunma əmrinə dəyişkənlik edilməsi barədə tələbini qeyd etməmiş, bununla da tələbini konkret ifadə etməmişdir. Hakim izah edir ki, iddiaçı iddia ərizəsində tələbi konkret göstərməlidir. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verildiyindən geri qaytarılmalıdır . AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən nöqsanı aradan qaldırıb yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh-yə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və madə üzrə edilən qeydin ləğv edilməsi və düzgün düzəlişin aparılması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar