Məhkəmə qərarları › İş №2(009)-1710/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1710/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1710/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində X4 cəlb edilməklə) Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (3-cü şəxs qismində X4 cəlb edilməklə) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən inşa edilən iddiaçıya təhvil verilməsi olan 4-cü giriş 4-cü mərtəbədə yerləşən 85 kv.m yaşayış evinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Səbail rayonu İH başçısının 21 saylı 28 fevral 2017-ci il tarixli sərəncamını əsas tutaraq, bir tərəfdən öz nizamnaməsinə əsas fəaliyyət göstərən Pilot Resident Mənzil Tikinti Kooperativi adından onun sədri X7 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 4, mənzil 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi və ailə üzvlərindən söküntüyə etiraz etməmə barədə ərizə almaqla, mənzil tiklib qurtaran müddətə kimi ailənin başqa yerdə yaşaması üçün kirayə xərclərin ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Söküntü ərizəsi hər bir ailə üzvindən alındıqdn sonra, iddiaçının kirayə xidmətlərini ödəməklə, başqa yerə köçürmüşdür. Mənzilin mülkiyyətçisi iddiaçının keçmiş həyat yoldaşı X4 ilə müqavilə bağlanmış və tərəflər arasında ilkin mərhələdə 07 fevral 2018-ci il tarixdə 22 №-li müqavilə bağlanmışdır. Müqavilənin predimenti olaraq Tikinti şirkəti ünvan 2 ünvanında yerləşən mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmərtəbəli, hündür yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 4-cü giriş, 4-cü mərtəbədə yerləşən 63.24 kv.m. ibarət təmirli mənzili mülkiyyətçiyə verməyi öz üzərinə götürür. Əmlak mülkiyyətçisi nəzərdə tutulmüş 63.24 kv.m. ibarət mənzilin təmirindən imtina edir və Tikinti şirkəti isə bunun müqabilində 20.000,00 (iyirmi min) manat həcmində təmir işlərinin əvəzi kimi 25000.0 manat olmaqla əlavə olaraq 8.0 kv.m. ibarət mənzil sahəsini təhvil verməyi öz üzərinə götürür. Tikinti şirkəti bu müqavilənin 1.1.2 və 1.1.3-cü bəndlərini ümumiləşdirərək özü tərəfindən inşa edilən yeni çoxmərtəbəli, hündürmərtəbəli yaşayış binasında əmlak mülkiyyətçisinin mülkiyyətində ümumi sahəsi 71.0 kv.m ibarət təmirsiz mənzil verilməsini öz üzərinə götürür. Əlavə sahəyə dair ödənişlər İddiaçı tərəfindən 18 fevral 2020-ci il tarixdə 2500 manat, 17 mart 2018-ci il tarixdə 1787 manat, 16 aprel 2018-ci il tarixdə 1800 manat, 22 iyun 2018-ci il tarixdə 1800 manat, 18 may 2018-ci il tarixdə 1800 manat, 17 may 2019-cu il tarixdə 1000 manat, 18 iyun 2018-ci il tarixdə 1800 manat olmaqla ayrı-ayrı vaxtlarda tərəfindən 25000 manat məbləğində pul keçirilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı İstanbul 41, Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum olmaqla ona 8 il 4 ay həbs cəzası verilmiş və azadlıqdan məhrum edilmişdir. O, cəzasını çəkib Azərbaycana döndükdə binanın başa çatması və orada sakinlərin yaşamasını görmüş və binaya yaxınlaşaraq mənzilinin yerini göstərməklə ona təhvil verilməsini istədikdə cavabdeh verməkdən imtina etmiş və iddiaçı rəsmi qaydada cavabdehə pretenziya məktubu göndərmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, bina təhvil verildikdən sonra MTK mənzillərin nömrələnməsini həyata keçirməli idi. İddiaçı mənzilin söküntüsü həyata keçirilərkən X4 ilə rəsmi nikahda olmamış və hətta cavabdehə müqavilədə Cavidin adı olması gələcəkdə hər hansı bir maneə olması ilə bağlı sualına cavab olaraq ona bildirilmişdir ki, sizin əlavə ödəyəcəyiniz mənzilin müqabilində pul tam ödənildikdən sonra əlavə olaraq müqavilə bağlanılacaqdır. Bundan başqa hal hazırda iddiaçı və onun himayəsində olan övladları da qeydiyyatdadırlar. Cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçının mənzildən istifadə hüquqları məhdudlaşdırılmış və o hər ay kirayə ödəməklə başqa yerdə yaşamağa davam edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndə və vəkili, 3-cü şəxs X4 məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndə və vəkili məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndə və vəkilinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Səbail rayonu İH başçısının 21 saylı 28 fevral 2017-ci il tarixli sərəncamına əsasən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativi ilə iddiaçının keçmiş həyat yoldaşı X4 arasında xx.xx.2018-ci il tarixdə 22-Niz nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavid Axundov xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,7 kv.m. olan mənzili sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, MTK isə həmin ünvanda yeni inşa etdiyi binada 63,24 kv.m.-dən ibarət təmirli mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan sonra X4 ilə MTK arasında xx.xx.2018-ci il tarixli 1/09h saylı müqavilə bağlanaraq, MTK xx.xx.2018-ci il tarixdə 22-Niz nömrəli müqavilədə nəzərdə tutulmuş sahəyə əlavə edilmək şərti ilə sahəsi 16,5 kv.m.-dən ibarət mənzil hissəsini tikib Cavid Axundova verilməsini, Cavid Axundov da öz növbəsində həmin mənzil hissəsini qəbul etməyi və onun haqqını ödəməyi öz üzərinə götürmüşdür. MTK hər iki müqavilə üzrə öhdəliklərini ümumiləşdirərək, inşa edilən binada ümumi sahəsi 85,0 m-dən ibarət bir ədəd təmirli mənzili Cavid Axundova verməyi üzərinə götürmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli 1/09h müqaviləsinə 3 saylı əlavə bağlanaraq, MTK öz üzərinə yeni tikilmiş binada 38,03 kv.m-dən və 47,04 kv.m.-dən ibarət 2 ədəd təmirsiz mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə X4 arasındakı nikah xx.xx.2012-ci ildə pozulmuşdur. Bütün müqavilələrdən görünür ki, həmin müqavilələr iddiaçının keşmiş həyat yoldaşı, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən xx.xx.2017-ci ildən mənzilin mülkiyyətçisi olan Cavid Axundovla bağlanmışdır. Yəni qeyd olunan müqavilələr üzrə MTK və Cavid Axundov qarşılıqlı öhdəliklər daşımışlar və cavabdeh MTK-nın iddimçı qarşısında heç bir öhdəliyi olmamışdır. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında göstərilən ödənişlər 12.487 manat təşkil edir. Bu ödənişin sadəcə 9987 manatında ödəyən olaraq X3 adı göstərilmişdir. Qalan ödəniş isə Axundov Cavid tərəfindən icra olunmuşdur. İş materialarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X3 həmin mənzilə istifadə hüququna xitam verilməsini öz üzərinə götürür, gələcəkdə İddiaçı həmin mənzilə dair qaldıra biləcəyi hər-hansı bir iddiada cavabdeh qismində təkcə “Əmlak mülkiyyətçisi” özü iştirak edəcəkdir. Qeyd etmək istəyir ki, hal-hazırda mənzillər nömrəlidir. MTK-da olan materiallarda X1 ilə bağlı razılıq verməsinə dair hər hansı bir ərizə yoxdur. Ona görə də, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəfin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ilə mənzilin mülkiyyətçisi X5 arasında bağlanmış 07 fevral 2018-ci il tarixli, 22-Niz nömrəli Müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Səbail rayonu İH başçısının 21 saylı 28 fevral 2017-ci il tarixli sərəncamına əsasən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X4 arasında xx.xx.2018-ci il tarixdə 22-Niz nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavid Axundov xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,7 kv.m. olan mənzili sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, MTK isə həmin ünvanda yeni inşa etdiyi binada 63,24 kv.m.-dən ibarət təmirli mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-1 155584 nömrəli, xx.xx.2012-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və İddiaçı arasında olan nikah xx.xx.2012-ci ildə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012 ilin yanvar ayının 12 günündə 04 № ilə qeyd edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 15 fevral 2018-ci il tarixli, 1/09h saylı müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 5ndə inşa 1 800 (bir min səkkiz yüz) manat məbləğində kooperativin xəzinəsinə 18 may 2018-ci il tarixində ödəniş keçirdi. Ödəyən İddiaçı. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 15 fevral 2018-ci il tarixli, 1/09h saylı müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 5ndə inşa 1 800 (bir min səkkiz yüz) manat məbləğində kooperativin xəzinəsinə 18 iyul 2018-ci il tarixində ödəniş keçirdi. Ödəyən İddiaçı. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 15 fevral 2018-ci il tarixli, 1/09h saylı müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativinin ünvan 5ndə inşa etdiyi 1 000 (bir min) manat məbləğində kooperativin xəzinəsinə 17 may 2019-cu il tarixində ödəniş keçirdi. Ödəyən İddiaçı. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 15 fevral 2018-ci il tarixli, 1/09h saylı müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 5ndə inşa etdiyi çoxmərtəbəli yaşayış binasının dördüncü girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 16.5 kv.m ibarət hissəsi üçün 2500 manat məbləğində kooperativin xəzinəsinə 18 fevral 2020-ci il tarixində ödəniş keçirdi. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 15 fevral 2018-ci il tarixli, 1/09h saylı müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 5ndə inşa etdiyi çoxmərtəbəli yaşayış binasının sahəsi 16.5 kv.m ibarət hissəsi üçün 1 787 manat məbləğində kooperativin xəzinəsinə 17 mart 2018-ci il tarixində ödəniş keçirdi. Ödəyən İddiaçı. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 15 fevral 2018-ci il tarixli, 1/09h saylı müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 5ndə inşa 1 800 (bir min) manat məbləğində kooperativin xəzinəsinə 22 iyun 2018-ci il tarixində ödəniş keçirdi. Ödəyən İddiaçı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanladığı pretenziya məktubundan görünür ki, o, ünvan 3-də qeydiyyatda olmuş və Cavabdeh Mənzil Tikinti Kooperativi binanın sökülməsi müqabilində Bakı şəhəri, Nizami küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü girişi mərtəbəsində sahəsi 16,5 kv.m. ibarət mənzil hissəsini tikib təhvil verilməsi hissəsində öhdəlik götürmüş və müqaviləni onun keçmiş həyat yoldaşı X2 adına bağlamışdır. Daha sonra müqavilə üzrə öhdəliklər ümumiləşdirərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində inşa edilən binanın 4-cü girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 85,0 kv.m. 1 ədəd təmirli mənzili onun mülkiyyətinə verilməsi bildirilmişdir. Bundan başqa bir neçə il kirayədə qalmaları üçün MTK tərəfindən kommunal xidmətlər ödənilmişdir. Mənzilin dəyəri onun tərəfindən ödənilmiş və bunu təsdiq edən maliyyə arayışları var. Azadlıqdan məhrum olması ilə bağlı o, uzun müddət Türkiyə Respublikasında olmuş və hal-hazırda vətənindədir. Binaya daxil olarkən bütün mənzillərin vətəndaşlara təhvil verilməsini görmüş və bu əsasla da mənzilin ona təhvil verilməsini bildirir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 6 (Yeni qaydalarla: AZ 1001, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ilə mənzilin mülkiyyətçisi X5 arasında bağlanmış 15 fevral 2018-ci il tarixli, 1/09h saylı Müqavilədən görünür ki, 07 fevral 2018-ci il tarixli, 22- Niz nömrəli Müqavilə ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 68,5 kv.mdən ibarət mənzilə əlaavə edilmək şərti ilə “Podratçı” özü tərəfindən Bakı şəhəri Nizami küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində sahəsi 16,5 kv.m.-dən ibarət mənzil hissəsini tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən mənzil hissəsini qəbul etməsinə və və həmin mənzilin haqqını ödəməsinə dair üzərlərinə öhdəliklər götürürlər. “Podratçı” bu müqavilə və 07 fevral 2018-ci il tarixli, 22-Niz nömrəli Müqavilə üzrə öhdəliklərini umumiləşdirərək özü tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində inşa edilən binanın 4-cü giriş, 4cü mərtəbədə, ümumi sahəsi 85,0 kv.m.-dən ibarət 1 ədəd təmirli mənzili “Sifarişçi”nin mülkiyyətinə verəcəkdir. İş materiallarında olan Cavabdeh ilə mənzilin mülkiyyətçisi X5 və yeni mülkiyyətçisi adlandırılan X6 arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli, 09/22h nömrəli Çoxmərtəbəli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair Müqavilədən görünür ki, 15 fevral 2018-ci il tarixli, 1/09h saylı Müqavilə və 02 avqust 2019-cu il tarixli 1/09 saylı Müqaviləyə 3 saylı Əlavəni ümumiləşdirərək “Tikinti şirkəti” özü tərəfindən inşa edilən ünvan 5 ünvanında yerləşən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 5-ci girişinin 4-cü mərtəbəsində 38,03 kv.m.-dən və 47,04 kv.m.-dən ibarət 2 ədəd təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə onun keçmiş həyat yoldaşı X5 arasında olan nikah xx.xx.2012-ci ildə ləğv edilmişdir. ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. 07 fevral 2018-ci il tarixdə Cavabdeh ilə mənzilin mülkiyyətçisi X5 arasında bağlanmış 22-Niz nömrəli Müqaviləyə əsasən Cavid Axundov xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,7 kv.m. olan mənzili sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, MTK isə həmin ünvanda yeni inşa etdiyi binada 63,24 kv.m.-dən ibarət təmirli mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədən sonra cavabdeh MTK ilə mənzilin mülkiyyətçisi X5 arasında müqavilələr bağlanılmaqla tərəflər öz üzərlərinə veriləcək mənzillə bağlı qarşılıqlı öhdəliklər götürmüşlər. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, mənzilin ona təhvil verilməsi ilə bağlı cavabdehin onun qarşısında öhdəliyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbləri üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı hər hansı bir öhdəlik olmadığından, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı (3-cü şəxs qismində X4 cəlb edilməklə) Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar