Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1712/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı X5 etibarnamə üzrə nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh və maraqlı şəxs qismində 2 saylı Bakı «Asan Xidmət» X1rşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh və maraqlı şəxs qismində 2 saylı Bakı «Asan Xidmət» X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında 05.04.2021-ci il tarixli, AZ-İİ seriyalı, 426940 nömrəli nikah haqqında şəhadətnamə əsasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05.04.2021-ci il tarixində rəsmi nikaha girərək, aralarında olan nikahı eyni tarixli, AZ-İİ, 426940 nömrəli nikah haqqında şəhadətnamə əsasında rasmiləşdirilmişdir. Nikahları formal olmuşdur, rəsmi nikahdan övladları olmayıb. Lakin cavabdehlə onun arasında olan soyuq münasibətlər və xasiyyət uyğunsuzluğu üzündən toyları baş tutmamışdır. Birgə nikahda olduqları dövrdə münasibətləri normal olmamışdır, elə bu səbəbdən də faktiki olaraq bir yerdə yaşamamışlar. Bundan başqa, nikahları faktiki olaraq, necə deyərlər kağız üzərində olmuşdur. Buna görə də, formal nikah münasibətlərinə son qoymağa qərara almışdır. Bu onun qəti fikiridir. İstəyir ki, məhkəmə olaraq işə baxarkən bunu nəzərə alsın. Hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ilə birlikdə rəsmi nikah münasibətlərinə son qoymaq ilə bağlı olaraq 2 Saylı Bakı “Asan Xidmət” X3 müraciət etsə də, qanuni müraciətləri təmin edilməmişdir. Bundan başqa, faktiki nikah münasibətlərinin olmamasına görə 2 Saylı Bakı “Asan Xidmət” X6 nikahın pozulmasından imtina edərək, nikahın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də, hesab edir ki, məhkəmə hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ilə o, xx.xx.1995-ci il təvəllüdlü X7 arasında bağlanmış nikahın etibarsız hesab edilməsi, həmin nikahı rəsmiləşdirən 05.04.2021-ci il tarixli, AZ-İİ seriyalı, 426940 nömrəli nikah haqqında şəhadətnamə etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, habelə nikahın etibarsız hesab edilməsi ilə bağlı qətnamə qət etməlidir. Buna cavabdeh də öz razılığını bildirir. Lakin nikahın etibarsızlığı yalnız məhkəmə qaydasında müəyyən edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili X4i iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxs qismində 2 saylı Bakı «Asan Xidmət» X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə də hüquqi qiymət verməklə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 426940 saylı, 05.04.2021-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında 05 aprel 2021-ci il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanmasına dair 518 sayı ilə qeyd aparılmış və iddiaçıya “İsa” soyadı verilmişdir. İddiaçı sözügedən nikahın etibarsızlığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edərək irəli sürmüş və iddia tələblərini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normasının dispozisiya şərtlərinin hazırki iddiaya münasibətdə mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər ailə qurmaq niyyəti olmuşdur, lakin cavabdehlə iddiaçı arasında olan soyuq münasibətlər və xasiyyət uyğunsuzluğu üzündən toyları baş tutmamışdır. Bununla belə, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. İş materiallarına əlavə edilmiş arayışdan və iddiaçının öz nümayəndəsi və vəkilinə verdiyi etibarnamədən də görünür ki, o, cavabdehlə birlikdə deyil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Beləliklə, tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanınlamaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 340.1-ci maddəsi). Cavabdeh oğlunun nikahın etibarsızlığı iddiasını iddia tələbini qəbul etməsini də, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmadan nikaha daxil olmasının təsdiqi kimi qiymətləndirərək məhkəmə, nikahın etibarsız sayılması tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə X7 arasında 05 aprel 2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzi”nin Qeydiyyat şöbəsində bağlanmış və 518 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah etibarsız hesab edilsin İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1712/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1712/2021
07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver