Məhkəmə qərarları › İş №2(009)-1715/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1715/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1715/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bddiaçı İddiaçı - Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki,yaşadığı mənzil paylı mülkiyyətdədir, mənzilin bir hissəsi onun mülkiyyətində, digər hissəsi isə X3 mülkiyyətindədir. Bununla bağlı xx xxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda qeyd edilmişdir ki, mənzilin 1-ci mərtəbə və 2-ci mərtəbəsində 1 otaq, y/s-9,8 kv.m, k/s-5,7 kv.m X3, mənzilin 3-cü mərtəbə və 2-ci mərtəbəsində k/s-10,2 kv.m onun mülkiyyətindədir. Eyni zamanda o, həmin mənzildə qeydiyyatdadır və ondan başqa mənzildə digər şəxs qeydə alınmamışdır. Lakin, 2020-ci ilin iyul ayında ona məlum olmuşdur ki, mülkiyyətində olan mənzildə digər bir şəxs - Cavabdeh qeydiyyatdadır. Cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmasından ümumiyyətlə xəbəri olmamış, bununla bağlı heç vaxt razılıq verməmiş, ailə üzvü olmamış və həmin ünvanda yaşamasını heç vaxt görməmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin cavabdehin göstərilən ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarışdan görünür ki, ümumi sahəsi 68.3 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzili paylı mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə X3 və İddiaçı adlarına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş **********54-05101-093004 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilinin hüquq subyekti X6 və İddiaçıdır. İşdə olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan “İçərişəhər” Dövlət Tarix X7 Mənzil-kommunal və təmir xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 5 ünvanında pasport qeydiyyatındadır. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh qeydiyyatı barədə Mənzil-kommunal və təmir xidmətində heç bir rəsmi məlumat yoxdur. İş materiallarında olan “İçərişəhər” Dövlət Tarix X7 Mənzil-kommunal və təmir xidmətinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh S.Quliyev küçəsi, ev 9, mənzil 5 ünvanında yaşayıb-yaşamaması barədə “İçərişəhər” Dövlət X2 Mənzil-kommunal və təmir xidmətində heç bir rəsmi məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o iddiaçı ilə neçə illərdir ki, qonşu ünvanda yaşayır. Həmin mənzilin iddiaçının mülkiyyətində olduğunu bilir və təsdiq edir ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilində İddiaçı yaşayır. Cavabdeh isə tanımır və həmin mənzilə belə bir şəxsin gəldiyini də görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilin aşağı mərtəbəsində neçə ildir ki ictimai iaşə obyekti işlədir və iddiaçını tanıyır. Təsdiq edir ki, həmin mənzildə İddiaçı yaşayır. Cavabdeh isə tanımır, həmin mənzilə belə bir şəxsin nə vaxtsa gəldiyini görməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzili İddiaçı mülkiyyətindədir və Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdeh həmin ünvanda yerləşən mənzildə heç vaxt yaşamamışlar. Bu hal iddiaçı tərəfin izahatı ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da öz təsdiqini tapmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara və iddiaçı tərəfin izahatına qiymət verərək cavabdehin mübahisəli ünvana istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlsə də, olmayan hüquqların, yəni mövcud olmayan halın olmaması barədə qətnamə qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin və iddiaçının nümayəndəsinin izahatının məzmunundan görünür ki, iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilinə pasport qeydiyyatından çıxarılmalarına nail olmaqdır. Belə ki, cavabdehin Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzili (paylı) mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka(ona aid hissədə) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Belə olan halda, Cavabdeh həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan vermir və maneə yaradır. Buna görə də, məhkəmə Cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatında qalmasını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsə də, çıxarılacaq qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu mad-dəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sa-həsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüv-vəyə minmiş qətna-məsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, hazırki qətnamədə ca-vabdehin mənzildən istifadə hüququnun olmaması halı müəyyən edildiyindən, qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətna-mə-yə bərabər tutulur və ca-vab-dehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar ca-vabdehin yaşayış yeri üzrə qey--diyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə və-zifə qoyulması deyil, qanu-nun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edil-məsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddiası rədd edilməli, hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddiası rədd edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsində yerləşən 9 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar