Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1717/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması və s.” barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.08.2020-ci il tarixdə vəfat etmiş Məmmədova (Şayxalova) Elnarə Fərman qızından miras qalmış əmlakların qəbulu üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi, İddiaçı və azyaşlı oğlu X5 miras əmlaklara vərəsəlik hüququnun tanınması, İddiaçı və azyaşlı oğlu X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının arvadı Məmmədova (Şayxalova) Elnarə Fərman qızı 15 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Mətbuat prospekti 4 saylı evin 60 saylı mənzili və Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi Məmmədova (Şayxalova) Elnarə Fərman qızının mülkiyyətində olmuşdur. Məmmədova (Şayxalova) Elnarə Fərman qızı vəfat etdikdən sonra onun vərəsələri kimi əri İddiaçı və azyaşlı oğlu X9 qalmışlar. İddiaçı notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. E.Şayxalova intihar etdiyindən, onun intiahr etməsi faktı ilə bağlı cinayət işi başlanmış və sonradan icraata xitam verilmişdir. İstintaq zamanı iddiaçı daim prokurorluğa çağırılaraq dindirilmiş, ifadələri alınmışdır. İddiaçı həmin müddət kəsiyi ərzində güclü stress, narahatlıq içində olmuşdur ki, bu müddət ərzində o, miras əmlaklarla bağlı müraciət etmək barədə heç düşünməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV № 445827 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası İddiaçı, anası X4r. AZ-İİ № 104700 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 avqust 2020-ci il tarixdə vəfat etmişdir. AZ-İİ № 336581 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 06 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Şayxalova soyadı verilmişdir. ÖM seriyalı 182113 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Mətbuat prospekti 4 saylı evin 60 saylı mənzili X2 xüsusi mülkiyyətində olmuşdur. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 16 noyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarla İddiaçı barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İddiaçı tərəfin izahatından və iş materiallarından aydın oldu ki, İddiaçı mərhum X3 əri olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün qanunvericiklə müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə, iddiaçı tərəfindən onun mərhum arvadı X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sadalanan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməli və İddiaçı və azyaşlı oğlu X5 miras əmlaklara vərəsəlik hüququ tanınmaqla onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdehə həvalə edilməlidir. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15.08.2020-ci il tarixdə vəfat etmiş Şayxalova (Məmmədova) Elnarə Fərman qızından miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilərək bərpa edilsin və İddiaçı və azyaşlı oğlu X5 miras əmlaklara vərəsəlik hüququ tanınmaqla onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 28 saylı Notariat Kontoruna həvalə edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1717/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1717/2021
25.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver