Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1726/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət yaşayış sahəsini onun xüsusi mülkiyyətindədir və o, orada yaşayır. Onun 92 yaşı var. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi həmin yaşayış sahəsinə olan mülkiyyət hüquqlarını qeydiyyata alaraq onun adına ******* saylı, xx.xx.2010-cu il tarixli Çıxarış verilmişdir. Cavabdeh bacısının nəvəsidir və o, xx.xx.2020-ci il tarixdə onun mülkiyyətində olan mənzilə pasport qeydiyyatına saldırmış və həmin vaxt bu barədə orada pasport qeydiyyatında olan oğlu X1 məlumat verməmişdir. “ASAN Xidmət” mərkəzinin xx.xx.2020-ci il tarixli ******* saylı arayışından görünür ki, cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır.Cavabdeh bildirmişdir ki, pasport qeydiyyatına düşməsinin heç bir əhəmiyyəti yoxdur və gələcəkdə mənzillə bağlı heç bir tələb irəli sürməyəcəkdir. Yaşlı olduğundan və cavabdehin qeydiyyata düşəndən sonra heç bir tələb irəli sürməyəcəyini nəzərə alaraq onun pasport qeydiyyatına düşməsinə etiraz etməmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, cavabdehin mənzildə qeydiyyatda olması həmin mənzilə istifadə hüququ yaradır, bu hal onun, gələcəkdə isə vərəsələrinin hüquqlarını məhdudlaşdıra bilər. Cavabdehə öz ərizəsi ilə pasport qeydiyyatından çıxaraq öz daimi yaşadığı mənzilə qeydiyyata düşməsini bildirsə də, sonuncu bundan imtina edərək könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmaq istəmir. Cavabdeh mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmadığına görə onun hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, o, mənzili bağışlamaq və ya satmaq istəsə də, cavabdeh formal olaraq orada pasport qeydiyyatında olduğuna görə onun razılığı tələb olunur. Hesab edir ki, cavabdeh faktiki olaraq başqa ünvanda daimi yaşadığına görə onun mənzilindən qeydiyyatda çıxarılaraq mənzilə olan istifadə hüququna xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Cavabdeh istifadə hüququna xitam verərək, pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdeh onun bioloji qızının övladıdır. Cavabdehin anası vaxtı ilə onun bacısı tərəfindən övladlığa götürülmüşdür. Cavabdehi evinə qeydiyyata saldıqdan sonra oğlunun da orda qeydiyyatda olduğunu bilmiş və oğlu ilə cavabdehin anası arasında konflikt olduğu üçün hazırda Lenayın qeydiyyatını ləğv etdikmək istəyir. Gələcəkdə evi Lenay ilə oğluna bölüb verəcəkdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun anası Rozalia Cəlilovanın bioloji qızıdır. Vaxtı ilə övladlığa götürülmüşdür. Onun iddiaçının evində gözü yoxdur. Nənəsi onu mart ayından qeydiyyata salmaq istəmiş, sonradan buna razılıq vermiş və qeydiyyata düşmüşdür. Nənəsi tərəfindən qaldırılan iddia dayısının təkidi ilə yazılmışdır. O özü hüquqşünasdır və bilir ki, onun iddiaçının evinə hər hansı hüququ yoxdur. Yəni qeydiyyatı hüquq yaratmayıb. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatınlarını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* №-li çıxarışın notariat qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 42 saylı mənzili xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə AR DİN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 42 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı ev 42 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh iddiaçının baçısının nəvəsidir və mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. . İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin mülkiyyətində olan mübahisəli evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi hüquq münasibətləri 2020-ci il tarixdə yarandığından, hazırki tələbə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən Cavabdeh iddiaçının bacısının nəvəsi kimi onun digər qohumu sırasına daxil deyildir. Bu səbəbdən cavabdehin mübahisəli mənzil üzrə hər hansı istifadə hüququ yaranmamışdır və o, belə bir hüquq əldə etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, iddia tələbi təmin edilə bilməz. Yəni şəxsin o halda istifadə hüquqlarına xitam verilə bilər ki, həmin hüquqlar yaranmış olsun. Lakin məhkəmə iclasında cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 42 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi cavabdehin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev