Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1731/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə işə cəlb edilməklə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə işə cəlb edilməklə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin “Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində mövcud bağın sənədləşdirilməsi barədə” 1785 №-li 19.09.1996-cı il tarixli sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş * etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisində yerləşən 0.0235 ha sahəsi olan mövcüd bağın sənədləşdirilməsi barədə Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinin 1785 №-li, 19 sentyabr 1996-cı il tarixli sərıncamında kargüzarlıq səhvi olaraq səhvən soyadı “Beqov” yerinə “Bəyov”, ata adı “Ramazanoviç” yerinə “Ramazan oğlu” yazılmışdır. Həmçinin Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinin 1785 №-li, 19 sentyabr 1996-cı il tarixli sərəncamına müvafiq olaraq RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgi planında da səhvən soyadı “Beqov” yerinə “Bəyov”, ata adı “Ramazanoviç” yerinə “Ramazan oğlu” yazılmışdır. Sözügedən bağ sahəsi artıq 40 ildən çox müddətdir ki, istifadəsində, sahibliyindədir. Qnunnvericiliyə müvafiq olaraq bağ sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə müraciəti vaxtı bəhs edilən uyğunsuzluq aşkar edildi. Həmçinin bildirir ki, Çemobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, ikinci qrup əlildir. Ərizəyə əlavə edilən şəxsiyyət vəsiqəsinin surətindən, doğum haqqında şəhadətnamə və əlillik vəsiqəsindən də müəyyən olunur ki, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinin 1785 №-li, 19 sentyabr 1996-cı il tarixli sərıncamında kargüzar səhvi olaraq səhvən soyadı “Beqov” yerinə “Bəyov”, ata adı “Ramazanoviç” yerinə “Ramazan oğlu” yazılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 19 sentyabr 1996-cı il tarixli, 1785 saylı «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə” sərəncam-çıxarışdan görünür ki, Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud oaln bağ sahəsi X1 adına sənədləşdirilməsinə sərəncam verilmişdir. İş materiallarında olan 10 mart 2005-ci il tarixli 22 saylı cizgidən görünür ki, «Badamdar-qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın torpağına dair Səbail rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 1785 nömrəli, 19.09.1996-cı il tarixli sərəncamda və həmin sərəncama uyğun olaraq tərtib edilmiş sözü gedən torpağa dair cizgidə X3 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Ərizəçi ünvanladığı 07.04.2021-ci il tarixli, T/7-8 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına daxil olmuş müraciətə əsasən vətəndaş Ərizəçi Badamdar qəsəbəsində köhnə bağlar ərazisində mövcud olan bağ sahəsi Səbail Rayon İcra Hakimiyyətinin başçısının verdiyi sərəncama görə X1 adına sənədləşdirilmişdir. Təhlillər əsasında müəyyənləşdirilmişdir ki, rəsmi vəsiqədə №036267 həmin şəxsin soyadı Beqov olsa da sərəncamda Azərbaycan dilinə uyğunlaşdırılaraq Beqov-Bəyov, Ramazanoviç isə Ramazan oğlu kimi verilmişdir. Əslində sərəncamda vəsiqədə verilən soyad və ata adı Azərbaycan ədəbi dil normalarına uyğun olaraq yazılmışdır. Vəsiqədə isə soyad və ata adı rus dilinin qanunlarına uyğun olaraq yazılmışdır. Deməli, həm sərəncamda, həm də vəsiqədə soyad və ata adı eyni adama məxsusdur, sadəcə olaraq sərəncamda Azərbaycan dilinə uyğunlaşdırılmış formada yazılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında sənədlərdə verilən ayrı-ayrı adların eyni şəxsə aid olması, eyni adın müxtəlif formalarda yazılması müəyyənləşdirilmişdir. Bütün bunları nəzərə alaraq vətəndaş Ərizəçi və X2 bir şəxs kimi qeydiyyata götürülməlidir. Çünki bir adın müxtəlif formada yazılması sənədləşmə işlərində mübahisələrə səbəb olsa da, onlardan biri vahid götürülməli və dolaşıqlıqlar aradan qaldırılmalıdır. Verilən sənəddə isə olan mübahisə eyni bir adın müxtəlif formada yazılması ilə bağlıdır. Bu nəzərə alınaraq sənədləşmə işlərində sərəncamda verilən formanın düzgün yazılış qaydasının götürülməsi və həmin müxtəlif adların bir şəxsə aid olması əsas götürülsün. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ-İJ seriyalı 275364 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Bakı anadan olmuş, atası X4, anası Makauliyeva Zahidatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci, 307.2.5-ci və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, habelə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin köhnə Bağlar ərazisində mövcud bağın sənədləşdirilməsi barəsində 1785 №-li 19.09.1996-cı il tarixli sərəncamın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Başçısının «Badamdar qəsəbəsində «Köhnə bağlar» ərazisində mövcud bağın sənədləşdirilməsi barədə” 1785 №-li 19.09.1996-cı il tarixli sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1731/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1731/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver