Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1734/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Qafarovanın sədrliyi, Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinin xitamının dəyişdirilməsi və Əmək Məcəlləsinin 83.2 maddəsini rəhbər tutaraq haqqını "xxxx" MMCdən tutaraq ona ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxıanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən (ilkin mediasiya sessiyasında iştirak edilməməsi və ya ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) arayışı və ya (mediasiya prosesinə xitam verilməsi barədə) protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1734/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1734/2023
28.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver