Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1735/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, daimi istifadə hüququ ilə rəsmiləşdirilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, daimi istifadə hüququ ilə rəsmiləşdirilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli tarixli sərəncamının 1-ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı MTK-nın adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanında yerləşən torpaq sahəsi hündürmərtəbəli yaşayış evlərinin tikintisi məqsədilə İddiaçı MTKnın icarə əsasında istifadəsinə ayrılmış, xx.xx.2017-ci il tarixli, 13277 saylı İnşaat pasportu tərtib edilmiş, 17/87 saylı, xx.xx.2017-ci il tarixli Ayrıc aktı verilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Bununla da hesab edir ki, həmin torpaq sahəsi kooperativə daimi istifadə hüququ ilə ayrılmalı olduğundan torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlanıldığından etibarsız sayılmalıdır. Bakı şəhər İcra Hakimiyyəti ilə kooperativ arasında bağlanmış 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsi torpaq sahəsinin yuxarıda göstərilən vəziyyəti və qanunvericiliyin tələbləri nəzərə alınmadan bağlandığından, yəni bu torpaq sahəsinin istifadə hüququ ilə kooperativə ayrılması üçün heç bir qanuni məhdudiyyət olmadığından və əksinə, təyinatına görə bunun üçün kifayət qədər əsas olduğundan həmin müqavilə məhkəmə qaydasında bağlandığı andan, sərəncamın 1-ci bəndindəki “icarə əsasında” sözü etibarsız sayılmalıdır. Qeyd olunan məsələ ilə bağlı cavabdeh təşkilata müraciət etsələr də, müraciətləri təmin edilməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MTK-nın nümayəndəsi və vəkili X2 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı MTK vergi ödəyicisi kimi qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1 olan “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx xxxx 2017-ci il tarixli, 1362 nömrəli müqaviləsindən görünür ki, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamı, 13277 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasportu və 17/87 saylı, xx.xx.2017-ci il tarixli ayrıc aktına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlamış və həmin torpaq sahəsi yaşayış binalarının tikintisi üçün verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. Belə olan halda isə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263‑264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi, icarə müqaviləsinin ləğv edilməsi, daimi istifadə hüququ ilə rəsmiləşdirilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinədair 2(009)-1735/2020 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1735/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1735/2020
27.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver