Məhkəmə qərarları › İş №2(009)-1736/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1736/2024

06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1736/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Ərizəçi maraqlı şəxs kimi Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs kimi Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialından alınmış arxiv çıxarışından görünən, xx.xx.1966-cı il tarixli 7 saylı protokolun və protokolda qeyd edilən torpaq sahəsinin Tovraxanım Qədir qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Əmək Deputatları Sovetinin İcraiyyə Komitəsinin 18 mart 1966-cı il tarixli 7 saylı protokoluna əsasən Saray qəsəbəsində yerləşən 90 ha torpaq sahəsi X1 ayrılmışdır. Ərizəçi qeyd edilən sənəddə anasının adının düzəldilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialından alınmış arxiv çıxarışından görünən, xx.xx.1966-cı il tarixli 7 saylı protokolun və protokolda qeyd edilən torpaq sahəsinin Tovraxanım Qədir qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanından görünür ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilmiş və rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetlərinin "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərməsi müəyyən edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 saylı Fərmanından görünür ki, həmin fərman ilə 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri ləğv edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 1.2-ci bəndinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Hakim daxil olmuş ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçi mübahisənin məhkəməyə qədər (Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilməsi iş materiallarından görünmür) nizama salınması tələbinə riayət etmədiyindən, riayət edildiyi halda isə buna dair sənəd ərizəyə əlavə etmədiyindən, ərizə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs kimi Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın təsdiqi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar