Məhkəmə qərarları › İş №2(009)-1741/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1741/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1741/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsitələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, ev 27, mənzil 7 ünvanında yerləşən mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il təvəllüdlüdür. Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi ev 27, mənzil 7 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi ev 27, mənzil 7 ünvanında yerləşən mənzili AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında satın almışdır. Mənzili satın alarkən mənzilin köhnə sahibi qısa müddət ərzində qeydiyyatdan çıxacağını söyləsə də, buna əməl etmədi. Hal-hazırda sözügedən mənzildə hazırki iddia ərizəsi üzrə cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Lakin həmin ünvanda yerləşən mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi ev 27, mənzil 7 ünvanında yerləşən mənzilində rasport qeydiyyatındadırlar, lakin həmin ünvanda yaşamırlar. Bu onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarımı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, cavabdehlərin onun Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi ev 27, mənzil 7 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. Bununla bağlı olaraq dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, qanuni tələbləri icra edilməmişdir, hətta mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməyisini tövsiyyə etmişdir. Ona görə də hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 onun Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi ev 27, mənzil 7 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. xx xxxxxxxx 2020-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, iddia ərizəsində qeyd edilən cavabdehlərin mənzildən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qənamə qət edilməli və həmin qətnamə ilə cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, ev 27, mənzil 7 ünvanında yerləşən mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsindəki ev 27, 7 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş xx xxx 2020-ci il tarixli, № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçsəi, ev 27, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m, yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 2180 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, ev 27, mənzil 7 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 65 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, ev 27, mənzil 7 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Bu səbəbdən məhkəmə bildirişinin onlara verilməsi mümkün olmadı. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, 27 saylı ev 7 saylı mənzili xx xxx 2020-ci ildə alqı-satqı müqaviləsinə əsasən almışdır və həmin vaxtdan ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə mənzilin keçmiş sahibi və onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar, lakin mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, 27 saylı evin 7 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə cavabdehlər Cavabdeh1 və X2 Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsi, 27 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar