Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1748/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi göstərildiyi “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi mərhum anası xx.xx.1920-ci il təvəllüdlü X2 övladı olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. Bunu şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti ilə təsdiq edir. İş üzrə kifayət qədər şahidləri var. Hazırda ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası xx.xx.1920-cı il təvəllüdlü X6 xx.xx.1994-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra vərəsəlik hüququnun təsdiq edilməsi zərurəti yaranmışdır. Ərazi üzrə notariusa müraciət etdikdə ondan və bacısı X1 doğum haqqında şəhadətnamə tələb edildi. Bacısının şəhadətnaməsi olsa da onun doğum haqqında şəhadətnaməsi tapılmadı. Bununla bağlı olaraq Səbail Rayon Qeydiyyat Şöbəsinə müraciə etdikdə ona soyadının Stepanyan olması ilə bağlı olaraq müvafiq arayış verildi. Bəzi sənədləşmə işləri ilə bağlı olaraq, mənim qohumluq faktımın müəyyən edilməsi zərurəti yaranmışdır. Səbail Rayon Qiydiyyat Şöbəsi bununla bağlı olaraq, yaşadığım yer üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 00551780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 278478 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1994-cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994-cü ilin 06 ayının 18 günündə 515 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ-ЖГ 288865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 31 avqust 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “X3”, ana qrafasında “X6” qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bu barədə ona imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Məhkəmə qeyd edir ki, şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlar doğum şəhadətnaməsinə uyğun olaraq aparılır. Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən isə görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə sorğusu əsasında təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “X3”, ana qrafasında “X6” qeyd edilmişdir. Ata qrafasında “X3”, ana qrafasında “X6” qeyd edilmişdir. Ərizəçi soyadının Stepanyan soyadından Babayeva soyadına dəyişdiyini bildirsə də buna dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin Stepanyan soyadından Babayeva soyadına keçməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmədiyindən ərizə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1748/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1748/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver