Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1753/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş edilməsi» barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini belə əsaslandırmışdır ki, onun mərhum atası X3 1893-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsində ata adı qrafasında atasının adı Məmməd Həsən olaraq göstərilmişdir. Lakin digər bütün sənədlərdə ata adı düzgün formatda, yəni Hüseyn olaraq göstərilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək,ərizəni müdafiə edib, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, o ərizəçinin qardaşıdır. Onların atasının adı Hüseyn, anasının adı isə Zahra olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ata adı Hüseyndir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 27 aprel 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Neftçala rayon Şöbəsi tərəfindən tərtib olunmuş 57 saylı 27.07.1947-ci il tarixli doğum haqqında akt qeydində ərizəçinin ata adı bəndində X1 yazılmışdır. Vİİİ-ЛС № 540568 nömrəli pasportun surətindən görünür ki, X3 1893-cü il tarixdə anadan olmuşdur. ИЖ № 250989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ata adı bəndində X3, ana adı bəndində isə X6 qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi ata adı və soyadının X3 olması faktı məhkəməyə təqdim edilmiş sübutlarla və verilmiş izahatla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların” 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Neftçala rayonu Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğumu haqqında akt qeydində Ərizəçi ata adı qrafası barədə “X3” yazılması və müvafiq düzəlişi əks etdirən yeni doğum һaqqında şəһadətnamənin Ərizəçi verilməsi Neftçala rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1753/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1753/2021
25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver