Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1756/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialı tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, 02-21X saylı əmrin ləğv edilərək onun əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi, ona vurulan mənəvi ziyana görə cavabdehdən 50000 manat məbləğində təzminatın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında müəyyən edildi ki, Kommersiya qurumlarının Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialının hüquqi ünvanı ünvan 1n halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyat qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin iclasında tərəflər işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdilər. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilməlidir. Kommersiya qurumlarının Dövlət Reyestrindən Çıxarışının surətindən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialının hüquqi ünvanı ünvan 2 hesab edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialının hüquqi ünvanı ünvan 3 iş aidiyyat qaydaları pozulmaqla icraata qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA A L D İ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respunlikasındakı Filialına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1756/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1756/2021
07.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver