Məhkəmə qərarları › İş №2(009)-1761/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1761/2020

21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1761/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək babası X10 və nənəsi X5 onunla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası Güləliyeva (Ağayeva) X16 rayonu Vəndam qəsəbəsində (kəndində) xx.xx.1920-ci ildə anadan olmuşdur. Anası Güləliyeva (Ağayeva) Minə Ağabala qızının atası X17 anası X11 olmuşlar. Bu barədə anasının doğum haqda şəhadətnaməsində qeyd olunmuşdur. 1952-ci ildə babası X17, onun ölümündən bir neçə gün sonra isə nənəsi X11 vəfat etmişdir. Babası və nənəsi Qəbələ rayonu Vəndam qəsəbə qəbiristanlığında dəfn edilmişlər. 1952-ci ildə də bu hadisədən bir neçə ay sonra anası Bakı şəhərində ailə həyatı qurmuşdur. O, bu yaxınlarda babası və nənəsinin ölüm barədə sənədlərini almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 05/Q- 275/13 saylı məktubunda qeyd edilmişdir ki, X10 ölümü barədə akt qeydi aşkar edilməmişdir. xx.xx.2019-cu il tarixli 05/Q-276/13 saylı məktubunda qeyd edilmişdir ki, X5 ölümü barədə akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli H-l 14 saylı məktubuna əsasən X10 və X5 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, ərizəni müdafiə edib təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 05/Q-276/13 saylı məktubda “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında “X5 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 05/Q-275/13 saylı məktubda “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında “X10 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli, H-144 saylı məktubda Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində X5 və X10 doğum tarixlərinə dair heç bir məlumatın aşkar olunmadığı bildirilmişdir. - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında - X6, ana qrafasında - X8 qeyd edilmişdir. (qeydlər rus dilində aparılmışdır) - Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 602 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1920-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşdur. Bu barədə 1952-ci ilin iyul ayında Maraqlı şəxsndə 808 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X17, anası X7r. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X6 və X9 nikahı haqqında Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsində xx.xx.1956-cı il tarixdə 562 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Güləliyev, arvada Güləliyeva soyadı verilmişdir. X1 ölümü xx.xx.1994-cü il tarixdə, 359 saylı aktla, X4 ölümü isə xx.xx.2000-ci ildə 29 saylı aktla Səbail Rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş Vİ- ЖГ seriyalı, 396395 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış və həmin nikah 2456 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxs və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə baxır. (MPM-307.2.1) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, “məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın 1.7-ci bəndində göstərilmişdir ki, “hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.” Qərarın 2-ci bənddə göstərilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir.” Qanunvericiliyin tələblərindən, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqedən aydın olur ki, qanuna əsasən hüquqi əhəmiyyəti olan faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Ərizəçi “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək babası X10 və nənəsi X5 onunla qohumluq faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərdən görünür ki, ərizəçinin özünün doğumu haqqında şəhadətnamə və onun anasının doğumu haqqında akt qeydinə dair arayış mövcuddur. Belə olan halda isə onun ərizədə babası və nənəsi olaraq göstərilən X17 və nənəsi X11 ilə qohumluq münasibətlərində olması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Belə ki, ərizəçinin X2 qızı ilə, eləcə də onun anası (X11) və atası (X17) ilə qohumluq münasibətlərində olması onda mövcud olan (özünün doğumu haqqında şəhadətnamə, X2 qızının doğumu haqqında akt qeydinə dair arayışla) səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərlə müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar