Məhkəmə qərarları › İş №2(009)-1768/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1768/2023

19.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1768/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıq iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və əmlakdan çıxarılma» tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və əmlakdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 943.8 kv.metr sahədən ibarət olan əmlak kompleksinə daxil olan ünvan 2 ünvanında yerləşən “B” tikilisinin 155 kv.metr sahəsindən Cavabdeh MMC-nin məcburi qaydada çıxarılması və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında (yeni qaydalarla ünvan 3 kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə verilmiş **********70-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında olan, ümumi sahəsi 943,8 kv. metr əmlak kompleksinə daxil olan və Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 91 ünvanında yerləşən “B” tikilisinin 155 kv. metr sahəsi Cavabdeh MMC-nin qanunsuz istifadəsindədir. Cavabdeh həmin sahədə sürətli poçt xidmətinin göstərilməsi fəaliyyəti ilə məşğuldur. Halbuki, Cavabdeh MMC ilə onun arasında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona icarə haqqı ödənilməmişdir. Dəfələrlə cavabdeh ilə görüşmüş, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmiş, həmçinin mülkiyət hüququnu təsdiq edən sənədi təqdim etmiş və mülkiyyətindəki qeyriyaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh tələblərinə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacağını, qeyd edilən sahə üçün "xxxx" ASC ilə xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağladığını və istifədə etdiyi qeyri-yaşayış sahəsinə görə ona icarə haqqı ödəməyəcəklərini bildirmişdir. 08 avqust 2019-cu il tarixdə və 22 may 2022-ci il tarixdə Cavabdeh MMC-yə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin müraciətlərinə cavab verilməyib. Mülkiyyətində olan daşınmaz əmlakdan cavabdehin qanunsuz sahibliyi nəticəsində xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" ASC-nin səhmlərinin 18,85 faizinin sahibi olmuş, "xxxx" ASC-nin rəhbərliyinin apardığı idarəetmədən və dividendləri ödəməməsindən narazı qaldığı üçün 2011-ci ildə "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsinə və əmlak payının narturada ayrılmasın dair iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə iddiası təmin edilmiş və Arena ASC-dəki 18,85 faiz payının müqabilində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanda yerləşən əmlak kompleksinin A tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi, B, C, Ç, C1, D, E tikililəri naturada onun mülkiyyətinə ayrılmışdır. Bu qətnamədən "xxxx" ASC şikayət verməmiş və qətnamə ilə razılaşmışdır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən mənə 23 may 2017-ci il tarixli, RX ******* nömrəli və 24.05 2017-ci il tarixli, RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar və 20 may 2017-ci il tarixli texniki pasportlar verilmişdir. Həmçinin, həmin daşınmaz əmlakın ünvanı ünvan 4in səhmdarlarının ümumi yığıncağının 24 iyun 2017-ci il tarixli qərarı ilə Sabail Rayon Məhkəməsinin qətnaməsi ilə onun "xxxx" ASC-də olan 18,85% səhmlərinin müqabilində əmlak payının naturada ayrılmasına və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. "xxxx" ASC-nin mülkiyyətində qalan Əmlak kompleksinə xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixdə texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasportdan görünür ki, "xxxx" ASC-nin ünvanı ünvan 5iki pasportun 2-ci səhifəsində baş planında A tikilisinin zirzəmisinin və 1-ci mərtəbsinin bir hissəsi və B, C, Ç, Ç1, D tikililəri qara rəngdə ştrixlənmiş və qeyd hissəsində həmin sahələrin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Həmin digər fiziki şəxs odur. Hazırda cavabdehin istifadəsində olan sahənin "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 91 ünvanında yerləşən və Cavabdeh MMC fəaliyyət göstərdiyi obyektin kimə məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə "xxxx" ASC-nin keçmiş direktoru X3 arasında "xxxx" ASC-nin mtilkiyyıtində olan Səbail rayonu, Xəqani küçəsi 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 155 kv.m olan hissəsini ofis kimi icarəyə götürülməsi barədə xx.xx.2017-ci il tarixli, 01 saylı X2 Müqaviləsi bağlanmışdır və həmin müqavilə hal-hazırda qüvvədədir. Müəssisəyə Səbail rayonu, Xəqani küçəsi 91 ünvanında yerləşən obyektə görə "xxxx" ASC rəhbərliyi tərəfindən xx.xx.2023-cü il tarixdə məktub göndərilmişdir. Məktubda Cavabdeh MMC-nin rəhbərliyində baş vermiş dəyişikliklə əlaqədar icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi haqqında görüş təklif edilmiş və müraciətləri cavabsız qalmışdır. Cavabdeh MMC ilə "xxxx" ASC nin rəhbərləri görüşüb müqavilə üzrə öhdəlikləri müzakirə edənədək Cavabdeh MMC-nin fəaliyyətini dayandırmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli EBDM 120/862 saylı elekton qaimə ilə, 2021-ci il aprel-dekabr ayları üzrə xx.xx.2023-cü il tarixli EBDM 123059 saylı elektron qaimə göndərilmişdir. Bu hal sübüt edir ki, Cavabdeh MMC fəaliyyətini davam edir və qeyd olunan icarə müqaviləsi qüvvədədir. Cavabdeh MMC-nin rəhbərliyinin dəyişməsi qanunvericiliyə uyğun olaraq təsisçinin qərarı əsasında aparılmışdır. Rəhbər dəyişikliyi aparılsada şirkət normal fəaliyyət göstərir və bütün müqavilə və öhdəliklər qüvvəsindədir. Məhkəmə bildirişi qəbul edildikdən soma həm İddiaçı ilə, həm də "xxxx" ASC nin hazırkı rəhbəri Həsən Bayramovla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmiş ilkin müzakirələr aparılmış və hər üc tərəf uyğun vaxtda görüş təyin etmiş, lakin bu görüşlər baş tutmamışdır. Qeyd olunan hallar və müraciətlər Cavabdeh MMC-nin qanuni sahibkarlıq fəaliyyətinin davam etdirməsinə maneçilik törədir və iş rejiminin pozulmasına səbəb olur. Yuxarıda göstərilənləri əsasən bildirik ki, hec bir tərəf mübahisələndirilən ünvan 6 ünvanında yerləşən obyektin İddiaçı və ya "xxxx" ASC-nin mülkiyyətində olub- olmaması barədə təsdiqedici sənəd təqdim edilməmişdir. İddiaçı məxsus olduğu təsdiq olunarsa qarşılıqlı razılıq əsasında onunla yeni müqavilə bağlamağa hazırdılar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 08 sentyabr 2019-cu və 05 may 2022-ci il tarixlərində tərəflərə çıxarışı və texniki passportu əlavə edərək rəsmi məktub göndərdiyini, müqavilənin müddətinin bitdiyini, tərəflərin bundan xəbərdar olduğunu və ona ümumiyyətlə heç bir ödəniş edilmədiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında Cavabdeh MMC ilə Arena” ASC arasında 01 fevral 2017-ci ildə 5 il müddətinə icarə müqaviləsi bağlandığını, ödənişlərin "xxxx" ASC-yə ödənildiyini, həmin ildə icarədə olan əmlakın iddiaçı ilə naturada bölünməsinə dair razılaşma olduğunu, iddia tələbinin icarə müqaviləsinin etibarsızlığı hissəsində əsassız olduğunu bildirərək qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə tərtib edilmiş Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 YQVÜ:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 154 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Texniki pasportun surətindən görünür ki, ünvan 9 "xxxx" ASC-nin mülkiyyətindədir. Texniki pasportun 2-ci səhifəsində qeyd hissəsində A tikilisinin zirzəmisinin və 1-ci mərtəbsinin bir hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən həmin hissənin tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməmişdir. B, C, Ç və D tikililəri digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməyib və giriş-çıxış baş planda göstərilən ərazidən olduğu qeyd edilmişdir. 01 fevral 2017-cı il tarixli "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış İcarə müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ünvan 7 ünvanındakı qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 155 kv.metr sahəni ofis kimi istifadə etmək üçün Cavabdeh MMC-yə 5 il müddətinə icarəyə verir. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin qüvvəsi avtomatik olaraq 1 bir il müddətinə uzadılır. İş materiallarında olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 24 iyun 2017-ci il tarixli protokolundan görünür ki, Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən əmlak kompleksində yeni hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikilməsinə razılıq verilmiş, həmin razılığın verilməsi və birgə fəaliyyət müqaviləsinin bağlanması Müşahidə Şurası ilə razılaşdırıldıqdan sonra Cəmiyyətin İdarə Heyətinin sədrinə həvalə edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/715 nömrəli ekspert rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən 943,8 kv.m sahədən ibarət iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin 150 kv.m sahəsinin Cavabdeh MMC-nin istifadəsində olduğu müəyyən edilmişdir. Lakin xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsində (istifadəsində) olan sahəyə dair sxem olmadığından, ünvan 1 ünvanında yerləşən 943,8 kv.m sahədən ibarət iddiaçının əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin 155 k.m sahəsinin Cavabdeh MMC-nin (xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən) icarəsində (istifadəsində) olan sahə ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 943,8 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətidir. ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir və bu qeyriyaşayış sahəsinin A tikilisinin zirzəmisinin və 1-ci mərtəbsinin bir hissəsi, B, C, Ç və D tikililəri digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin 150 kv.m sahəsi Cavabdeh MMC-nin istifadəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Həmin Məcəllənin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Həmin Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 943,8 kv.m sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “B” tikilisinin 150 kv.m sahəsi Cavabdeh MMC-nin istifadəsindədir və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X1 xx.xx.2019-cu il tarixdə mülkiyyət sənədlərini qoşmaqla qeyri-yaşayış sahəsinin boşaldılmasına dair xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC ilə "xxxx" ASC arasında icarə müqaviləsi münasibətləri davam etdirilmişdir. Halbuki, "xxxx" ASC özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsinin A tikilisinin zirzəmisi və 1-ci mərtəbəsinin bir hissəsi, B, C, Ç və D tikililərinin digər fiziki şəxsin adına qeydiyyatdan keçən tikilialtı sahəsinin ümumi torpaq sahəsinə daxil edilmədiyi texniki pasportundan aydın görünürdü. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, müqavilədə fərqli ünvanlar qeyd edilsə də, "xxxx" ASC-yə məxsus texniki pasportun 2-ci səhifəsində qeyd hissəsində A tikilisinin zirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən həmin hissənin tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməmişdir. B, C, Ç və D tikililəri digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən tikilialtı sahəsi ümumi torpaq sahəsinə daxil edilməyib və giriş-çıxış baş planda göstərilən ərazidən olduğu qeyd edildiyindən və mübahisəli qeyri-yaşayış sahəsinin məhz mülkiyyətçiyə (iddiaçıya) aid olan sahədə yerləşməsi ekspertin rəyi ilə təsdiq edildiyindən iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı ona məxsus əmlakın cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 13.9.3-cü maddəsinə əsasən dövlət reyestrinin hər bölməsi üç fəsildən ibarətdir, onlardan biri də budur: mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə Təsdiq Edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaİarının (1 nömrəli əlavəyə) 4.1-bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. Həmin qaydaların 8.2-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə hesab edir ki, müqavilədə bu sahənin dəqiq təsbit edilməməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aid olduğundan, həmçinin, qarşılıqlı iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ilkin iddia təmin edildiyindən ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi kimi Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməli, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış 01 fevral 2017-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən “B” tikilisinin 155 kv.metr sahəsindən çıxarılaraq İddiaçı təhvil verilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar