Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1768/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı X2 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, əvvəlki vəzifəsinə bərpa edilməsi və 5.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mən İddiaçı, 36 ildən artıq rabitə sahəsində çalışaraq Azərbaycan poçt xidmətinin inkişafına əhəmiyyətli töhfələr vermiş, Cavabdeh MMC-də rəhbər vəzifələrdə fəaliyyət göstərmişəm. İş fəaliyyətim dövründə xidmət keyfiyyətinə görə “Qızıl” sertifikat və vətəndaş məmnunluğuna görə beynəlxalq tanınma əldə olunmasına nail olmuşam. Buna baxmayaraq, son dövrlər Cavabdeh MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən cənab İsi Mustafayev tərəfindən qanunvericiliyin tələblərinə zidd əmrlər və göstərişlər verilmiş, rəhbərlik qeyri-peşəkar mütəxəssisləri ətrafına toplayaraq, poçt işçilərinin rəyini nəzərə almadan birtərəfli və qərəzli qərarlar qəbul etmişdir. “Qeyd etmək istəyirəm ki, Cavabdeh MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayevin mənim barəmdə qəbul etdiyi qərar tamamilə qanunsuz olub, həm Əmək Məcəlləsinin, həm də Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə ziddir. O, işdən çıxarılmamla bağlı əmr verərkən nə qanunla tələb olunan xidməti araşdırma aparmış, nə rəsmi izahat almış, nə də mənə müdafiə hüququ təmin etmişdir. Bu əməllər birbaşa olaraq əmək hüquqlarımın məhdudlaşdırılması ilə nəticələnib və iş yerimdən qanunsuz uzaqlaşdırılmama səbəb olub.” Belə ki, idarə heyətinin tapşırığı ilə mənim rəhbərlik etdiyim AZ1110 saylı poçt şöbəsində dəfələrlə yoxlamalar keçirilmiş, lakin bu yoxlamalar zamanı qanunla tələb olunan yoxlama vərəqləri təqdim edilməmiş, yoxlama aktı tərtib edilməmiş, rəsmi sənədlər təqdim olunmamışdır. Yoxlama tələb etdikdə isə yalnız telefon vasitəsilə idarə heyətinin sədrinin şəkli göstərilmiş, bu isə qanunsuz yoxlama aparıldığım sübut edir. Hətta bu hallarla bağlı rəsmi qaydada tədbir görülməsi əvəzinə, rəhbərlik tərəfindən mənə qarşı təzyiq və hədə-qorxu göstərilmiş, mənimlə heç bir xidməti izahat işləri aparılmadan, rəsmi izahat alınmadan və müdafiə hüququm təmin edilmədən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (vəzifə borcunun kobud şəkildə pozulması) əsaslanaraq işdən azad edilməyim barədə əmr verilib. Cavabdehin mənə qarşı edilmiş qeyri-qanuni və qanuna zidd hərəkətləri nəticəsində əsəb hissi keçirmişəm. Bunun nəticəsidir ki, səhhətimdə ciddi problemlər yaranmışdır. Cavabdeh qanuna zidd hərəkətləri ilə mənə mənəvi zərər yetirmişdir. Buna görə də hesab edirəm ki, cavabdehin mənə yetirdiyi mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 5000 (bes min) manat məbləğindədir. Əlavə açıqlama - Belə ki, xx.xx.2025-ci il tarixdə işlədiyim poçtun giriş pilləkəninin dam örtüyü uçdu. Hadisə baş verəndə dərhal foto çəkib Cavabdehun müvafiq qruplarına göndərdim, dəfələrlə yazılı və şifahi müraciət etdim. Lakin üç- gün ərzində heç bir tədbir görülmədi. Təşəbbüs göstərərək iş adamlarının dəstəyi ilə zəruri təmir işlərini özüm təşkil etdim, heç bir maliyyə vəsaiti poçtun, kassasından istifadə edilmədi. Buna baxmayaraq, xx.xx.2025-ci il tarixində qəfil yoxlama keçirildi, yoxlama vərəqəsi təqdim edilmədi, heç bir nöqsan aşkar olunmadı. Bütün sənədlər qaydasında idi. Lakin bu hadisədən dərhal sonra əsassız olaraq işdən kənarlaşdırılma əmri verildi. Bu, həm peşəkar nüfuzuma, həm də poçt işçilərinin ruh yüksəkliyinə mənfi təsir göstərdi. Ona görə də, hesab edirəm ki, Azərbaycan Respublikasının Cavabdeh mənə qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyətim bərpa edilməli, tutduğum vəzifəyə bərpa etməli, cavabdehin qanuna zidd hərəkətləri üzündən mənə dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində mənəvi təzminat cavabdehdən tutularaq mənə geri ödənilməlidir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı qeyd etdiyi kimi uzun illər poçt sahəsində xidmət göstərmiş, son vəzifəsi isə Cavabdeh MMC-nin 1 saylı poçt filialının (PF) AZ1110 (110 saylı) poçt şöbəsinin (PŞ) müdiri olmuşdur. İddiaçı öz fəaliyyətində qüsursuz olaraq çalışdığını bildirsə də, bu heç də belə olmamışdır. Belə ki, Cəmiyyətin 1 saylı PF-nin rəisi tərəfindən İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən cənab İsi Mustafayevə ünvanlanmış təqdimata əsasən xx.xx.2025-ci il tarixində 110 saylı PŞ-də 1 saylı PF-nin PƏŞ-nin əməkdaşları tərəfindən qəfləti xəzinə yoxlaması aparılmışdır. Yoxlama zamanı 110 saylı PŞ-nin müdiri İddiaçı xəzinəsindən nağd pul vəsaitləri üzrə 122.07(yüz iyirmi iki manat, 07 qəp) AZN məbləğində əskiklik və poçt yeşiyi üzrə 2.00 AZN (iki manat) əskiklik aşkar olunmuşdur.Poçt yeşiyi üzrə aşkar olunmuş 2.00(iki manat) məbləğdə əskiklik yoxlama günü colvir sistemində satış əməliyyatı aparılaraq bərpası təmin olunmuşdur. 110 saylı PŞ-də yoxlama zamanı sistem üzərindən göndərilən və yaxud daxil olan qeydiyyatlı poçt göndərişlərinə baxış edilərkən sona qədər işlənməmiş talehi naməlum olan 81 ədəd sifarişli məktub və xəbənamələr aşkar olunmuşdur, aşkar olunmuş, sona qədər işlənməmiş və talehi naməlum olan 81 ədəd sifarişli ıpməktub və xəbərnamələrin siyahısı təqdimata əlavə olunmuşdur(İşə əlavə olunur). iddiaçı yoxlama zamanı heç bir aktlaşdırma həyata keçirilmədiyi bildirsə də, həmin yoxlama zamanı iddiaçı izahat vermiş, izahatında nağd pul üzrə əskikliyi etiraf etmiş və dərhal həmin vəsaitin bərpa edildiyini bildirmişdir(İşə əlavə olunur). Bununla yanaşı bildirmək istəyirik ki, iddiaçının törətdiyi əmək vəzifələrinin pozuntuları təkcə bu faktla kifayətlənmir. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əmək müqaviləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşdıqlarına, habelə şöbə müdiri kassa intizamını pozaraq nağd pul əskikliyinə yol verdiyinə, həmçinin poçt şöbəsinin fəaliyyəti üzrə filial tərəfindən təhkim edilmiş məsul işçi tərəfindən şöbənin fəaliyyətinə səmərəli nəzarət edilmədiyinə görə Cavabdeh MMC- nin xx.xx.2024-cü il tarixli, 3-27-109/3-2-3011/2024/1 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir. Həmçinin yuxarıda qeyd edilənlə yanaşı, yenidən İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əmək müqaviləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşdığına, habelə əmək funksiyasının icrası zamanı 1247 AZN (min iki yüz qırx yeddi manat) kassa əskikliyinə yol verdiyinə və əvvəllər barəsində görülmüş intizam tənbehindən nəticə çıxartmadığına görə "Azərpoçt” MMC-nin 01,05.2025-ci il tarixli, 3-27- 109/3-2-431/2025/1 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir. işin faktiki hallarından da göründüyü kimi iddiaçı işdən azad edilərkən onun barəsində qüvvədə olan və son 6 ayda verilmiş 2 (iki) intizam tənbehi mövcud olmuşdur. Bu fakt isə özlüyündə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halının formalaşmasına gətirib çıxarılmışdır. Nəticədə xx.xx.2025-ci il tarixində baş tutmuş yoxlama nəticəsində aşkar edilmiş pul əskikliyi və digər hüquq pozuntuları, həmçinin İddiaçı barəsində son 6 ay ərzində qüvvədə olan 2 intizam tənbehindən nəticə çıxarmayaraq yenidən əmək funksiyasını pozması faktları AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsas yaratmışdır. Nəticədə İddiaçı əmək müqaviləsi Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 3-27-109/3-2-493/2025 əmri ilə AR Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsaslanaraq əmək müqaviləsini ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinin surətindən görünür ki, X2 1 saylı Poçt Filialının 110 saylı poçt şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Daxili Nəzarət Departamentinin direktorunun Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış təqdimatda qeyd edilir ki, 03-11 aprel 2025-ci il tarixlərində DND-nin əməkdaşları Adəm İslamov, İlham Cavadov, Məhəmməd Məmmədov və Heydər Ələsgərli tərəfindən 1 saylı PF-nin 22 saylı (AZ1022), 8 saylı (AZ1008), 7 saylı (AZ1007) və 110 saylı (AZ1110) poçt şöbələrində yoxlamalar aparılmışdır. xx.xx.2025-ci il tarixində saat 10:30 radələrində 110 saylı poçt şöbəsində yoxlama aparılan zaman, şöbə müdiri İddiaçı nağd pul vəsaitlərinin təqdim olunmasından yayınmağa çalışsa da, bir müddət sonra nağd pul vəsaitlərini təqdim etmiş və xəzinədə 1247,00 AZN nağd pul çatışmazlığı aşkarlanmışdır. İddiaçı izahatında, xəzinəsində aşkar olunmuş nəğd pul əskikliyinin hansı səbəbdən yarandığını Cəmiyyətin sədrinə bildirəcəyini və bunun üçün qəbula yazılmaq istədiyini qeyd etmişdir. Yoxlama dövründə əskik gələn 1247,00 AZN vəsait şöbə müdiri İddiaçı tərəfindən 217.51 saylı hesab vasitəsilə şöbənin xəzinəsinə bərpa edilmişdir (mədaxil orderi). xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək beynəlxalq pul köçürmələri (ödəniş və qəbul), daxili pul köçürmə ödənişləri, göndərilən ödənişli teleqram blanklarının sənədləri yoxlanılmış və nöqsan qeydə alınmamışdır (cədvəl 5). Sistem üzərindən xx.xx.2024-ci il tarixli BB024695130AZ saylı, xx.xx.2024-cü il tarixli SS849867570AZ saylı, xx.xx.2024-cü il tarixli RR006508286AZ saylı və xx.xx.2024-cü il tarixli RR006508357AZ saylı göndərişlərin müştəriyə geri qaytarma əməliyyatları aparılmışdır. Həmin əməliyyatların sənədləri yoxlanılarkən şəxsiyyət vəsiqələrinin surətlərinin əlavə edilmədiyi və məxaric qəbzlərində vətəndaşların imzalarının olmadığı qeydə alınmışdır, habelə 2 halda vətəndaşların ərizələri alınmamışdır. 1 saylı PF-nin rəisinin Azərpoçt” MMC-nin rəhbərliyinə ünvanlanmış təqdimatda qeyd edilir ki, AZ1110 saylı PŞ-də 1 saylı PF-nin PƏŞ-nin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə apardığı yoxlama zamanı 110 saylı PŞ-nin müdiri İddiaçı xəzinəsində nağd pul üzrə 1760.54(bir min yeddi yüz altmış manat əlli dörd qəpik) məbləğdə, Valyuta üzrə 800.00 (səkkiz yüz )usd, Avro üzrə 300.00 (üç yüz) eur, lotoreya üzrə 410.00(dörd yüz on manat) məbləğdə əskiklik ümumilikdə 3584.54(üç min beş yüz səksən dörd manat 54 qəpik) məbləğdə əskiklik aşkar olunmuşdur ki, bu da aktlaşdırılaraq 1 saylı PF-nin rəhbərliyi tərəfindən günahkar işçilərin əhatə dairəsi müəyyənləşdirilərək izahatları alınmış, xx.xx.2024-cü il tarixdə 3-27-109/1000/3-1- 28677/2024 saylı qeydiyyat sənədilə 110 saylı PŞ-nin müdiri İddiaçı barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə Cavabdeh MMC-yə təqdimat göndərilmişdir. Təqdimatın nəticəsi kimi 110 saylı PŞ-nin müdiri İddiaçı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 3-27-109/3-2-3011/2024-1 saylı qeydiyyat sənədilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.Ancaq AZ1110 saylı PŞ-nin müdiri İddiaçı bu intizam tənbehindən nəticə çıxarmamış və 110 saylı PŞ-də Cavabdeh MMC-nin DND-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama zamanı təkrarən İddiaçı xəzinəsindən 1247.00(bir min iki yüz qırx yeddi manat) məbləğdə əskiklik aşkar edilmişdir. 12 dekabr 2024-cü il tarixli intizam tənbehi verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 01 may 2025-ci il tarixli intizam tənbehi verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Rabitə işçiləri müstəqil həmkarlar ittifaqı”Bakı -2” şöbəsinin 29 may 2025-ci il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı mövcud ailə şəraiti, uzun müddət poçt sahəsində çalışdığı nəzərə alınaraq onun barəsində tətbiq ediləcək intizam tənbehinin daha yüngül formasının seçilməsi Cavabdeh MMC-nin rəhbərliyindən xahiş edilsin. CavabdehMMC-in 04 iyun 2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı 1 saylı Poçt Filialının 110 saylı poçt şöbəsinin müdiri vəzifəsində çalışmışdır. CavabdehMMC-in 04 iyun 2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir Məhkəmə qeyd edir ki, sözügedən əmrin ləğvinə əsas yoxdur. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı müxtəlif vaxtlarda eyni əmək pozuntusuna yol verərək, müdiri olduğu poçt şöbəsinin xəzinəsində pul çatışmazlığı yaranmasına səbəb olmuşdur. İlkin pozuntu nəticəsində onun barəsində intizam tənbehi görülməsinə baxmayaraq, iddiaçı bir müddət sonra yenidən eyni əmək pozuntusuna yol verərək, eyni əməli təkrarlamış və işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Cavabdeh tərəfindən aparılmış yoxlama nəticəsində iddiaçının öz əmək funksiyalarını vicdanla yerinə yetirməməsi nəticəsində baş vermiş bu qanunsuz əməlin törədilməsinə şərait yaratdığı müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən göründüyü kimi iddiaçıya qarşı cavabdehin heç bir qərəzi olmamış, əksinə cavabdeh iddiaçının onunla olan əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmuşdur. Belə ki, cavabdeh MMC iddiaçının ilk dəfə sözügedən əmək pozuntusuna yol verikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verməmiş, sadəcə iddiaçı barəsində intizam tənbehi görməsi ilə kifayətlənmişdir. Lakin sonradan iddiaçının yenidən eyni pozuntuya yol verməsi nəticəsində onunla olan əmək münasibətlərinə son verilmişdir. Göründüyü kimi, iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, xəzinə təlimatını, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələbinə zidd hal mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə eyni zamanda qeyd edir ki, işəgötürən tərəfindən daxili təhqiqatın nəticəsində işçi tərəfindən yol verilmiş kobud nöqsanların təsdiqindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın rəyi alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın “mənəvi zərər” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın qeyd olunan hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1768/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1768/2025
08.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver