Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1774/2020 21.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun həqiqətən xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 ilə eyni adam olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi ilə bağlı sübutları ərizəsinə əlavə etməmişdir. Belə ki, ərizəçi ərizəsində doğum haqqında şəhadətnamədə müvafiq düzəlişin edilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etdiyini və sonuncunun müraciətinə cavab verməməsini göstərsə də, bu halları təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hakim digər tərəfdən qeyd edir ki, qanunvericilikdə bir şəxsin başqa şəxslə eyni adam olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (AR-nın Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hakim izah edir ki, ərizəçi şəxsin sənəddəki adı ilə hüquqmüəyyənedici sənəddə göstərilən adının uyğun gəlmədiyi halda həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsini tələb edə bilər. Digər tərəfdən hakim izah edir ki, doğum haqqında şəhadətnamədə düzəlişin edilməsi ilə bağlı qeydiyyat orqanı tərəfindən imtina olunarsa və ya müvafiq cavab verilməzsə, bu halda ərizəçi həmin orqanın üzərinə doğum haqqında şəhadətnamədə dəyişikliyin edilməsi öhdəliyin qoyulması barədə inzibati məhkəmədə iddia qaldırmalıdır. Yəni ərizəçi həmin mübahisəni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yolu ilə deyil, inzibati oraqının hərəkətlərinin mübahisələndirilməsi yolu ilə həll etməlidir. Beləliklə hakim hesab edir ki, ərizə bu Məcəllənin tələblərinə uyğun olamdığından geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1774/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1774/2020
21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver