Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1777/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun vəkili X8, Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliyin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliyin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(009)- 1766/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş qaydada onun və övladlarının Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, həmin gün özünə məxsus əşyalarını Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən, 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət 14 saylı fərdi yaşayış evinə yerləşdirmiş, onunla birgə təsərrüfat aparmışdır. Bu nikahlarından iki övladları anadan olmuşdur. Cavabdehin ailəyə baxımsızlığı səbəbindən nikahları Bakı şəhəri Səbil Rayon Məhkəməsinin xx xxx 2008-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Uzun müddət cavabdehlə mübahisələri davam etdiyindən, o və iki körpə uşağı kirayələrdə yaşadığından, məhkəmədə yaşayış evinə köçürülmələri barədə iddia qaldırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(009)-1766/2017 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, onun övladları xx xxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə köçürülmələri qət edilmişdir. Məhkəmədə verdiyi sözə əməl etməyən cavabdeh uşaqlarına baxımsızlıq göstərməklə yanaşı, məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti belə ödəmək istəmir. Köçürülmə tələbi icra qaydasında həyata keçirilsə də, cavabdeh onu və iki körpə övladını yaşayış sahəsindən istifadə etməyə maneçilik törədir. Faktiki olaraq o və iki övladı bir otaqda yaşayırlar. Digər otaqlardan və yardımçı sahələrdən istifadəyə isə maneçilik törədilir. Qalan üç otaq və torpaq sahəsindən istifadəyə isə bu günədək onlara imkan verilmir. Cavabdeh bu üç il müddətində həmişə yalan vədlər verərək bildirir ki, uşaqlar üçün ayrıca bir yaşayış otağı da ayıracaqdır. Artıq 3 nəfərlə bir otaqda yaşamaq mümkün deyildir və buna baxmayaraq, cavabdehin hər gün evdən çıxaracağı hədəsi, onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, yaşayış evindən tam şəkildə istifadə etməlidir, lakin buna şərait yaradılmır və əksinə, cavabdeh ona həmişə hədə-qorxu gəlməkdə davam edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə o, övladları - xx xxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X3 ilə birlikdə 2017-ci ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1-də yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülmüşlər. O, o zaman cavabdehlə mübahisəli vəziyyəti nəzərə alaraq təşəbbüs göstərərək cavabdehlə belə razılığa gəlmişdir ki, hazırda yaşadığı otağı evin digər huissəsindən daş arakəsmə ilə ayırsın. Və qardaşının yardımı ilə həmin evdə 1 otağı, yəni hazırda yaşadığı otağı daş arakəsmə ilə ayırmış, orada təmir bərpa işləri aparmış və özünə yaşamaq üçün şərait yaratmışdır. Həmin hissədə kiçik də olsa mətbəx, sanitar qovşağı və dəhliz hissəsi yaratmış və hazırda yaşadığı hissədən çıxış yalnız küçəyədir, yəni o və uşaqları evin digər otaqlarından və həyətindən istifadə edə bilmirlər. Hazırda uşaqlar böyüdüyündən həmin otaq onlara yaşamaq üçün kifayət etmir, bu səbəbdən digər otaqlardan, yardımçı sahələrdən və həyətdən istifadə etmək istəsələr də, buna cavabdeh tərəfindən maneəçilik törədilir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə köçürülmələrinə baxmayaraq faktiki olaraq o və iki övladı bir otaqda yaşayırlar, digər otaqlardan, yardımçı sahələrdən və həyətdən istifadəyə cavabdeh tərəfindən maneçilik törədilir, qalan üç otaq və torpaq sahəsindən istifadəyə bu günədək onlara imkan verilmir. Bu səbəbdən Cavabdeh tərəfindən törədilmiş maneçiliklərin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı övladları - xx xxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1-də yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülmüşlər. İddiaçı öz istəyi ilə hazırda yaşadığı otağı daş arakəsmə ilə ayırmış, orada özünə yaşamaq üçün şərait yaratmışdır. Hazırda həmin daş arakəsmənin sökülməsini və bütün evdən ona istifadə etmək üçün şərait yaradılmasını tələb edir. İddiaçı qeyd edilən yaşayış evinə köçürülən zaman öz istəyi ilə 1 otaqda yaşamaq istədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, həmin yaşayış sahəsində ondan başqa onun anası və ikinci dəfə ailə qurduğu xanım və uşaqları yaşayır, iddiaçının köçən zaman tikdirdiyi arakəsmənin arxa tərəfindəki hissədən onun yaşlı anası və qızı istifadə edir. O hissənin iddiaçıya verilməsi halında onun anasını yerləşdirməsi üçün boş otağı qalmır. Hazırda iddiaçının digər otaqlardan və yardımçı sahələrdən istifadə etmək istəməsi onun anası və hazırki ailəsi ilə münasibətlərinin pozulmasına gətirib çıxarar. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(009)-1390/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(009)-2518/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx xxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa, hər ay 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-1766/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı və övladları - xx xxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1-də yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş materiallarında olan 149 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 51 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı ünvanda yaşayan Cavabdeh evinə getmişlər, sorğunun tələbini ona oxuduqdan sonra o, giriş qapısını örtərək onları həyətə buraxmamış və hər hansı bir cizginin çəkilməsinə icazə verməyəcəyini bəyan etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra iddiaçı özünə məxsus cehiz əşyalarını da cavabdehin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinə gətirərək orada yaşamış, onunla birgə təsərrüfat aparmışdır. İddiaçının cavabdehlə birgə nikahlarından iki övladları anadan olmuşdur. Bakı şəhəri Səbil Rayon Məhkəməsinin xx xxx 2008-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar iddiaçının himayəsinə verilmişdir. İddiaçı kirayələrdə yaşadığından yaşayış evinə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(009)-1766/2017 saylı qətnaməsi ilə iddiaçının övladları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə köçürülmələri qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən yaşayış evinə köçürüldükdən sonra orada öz təşəbbüsü ilə cavabdehlə razılığa gələrək övladları ilə birlikdə yaşamaq üçün 1 otağı daş arakəsmə ilə ayırmış və hazırki vaxtadək həmin ayrılan hissədə - 1 otaqda yaşayır. Göründüyü kimi iddiaçının məhkəmə qətnaməsinə əsasən uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə köçürülmələri işin mübahisəsiz halıdır. İddiaçının izahatının və iddia ərizəsinin məzmunundan aydın olur ki, hazırda iddiaçı “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə köçürülməsinə baxmayaraq faktiki olaraq onun və iki övladının bir otaqda yaşamasını, digər otaqlardan və yardımçı sahələrdən istifadəyə cavabdeh tərəfindən maneçilik törədilməsini, qalan üç otaq və torpaq sahəsindən istifadəyə isə bu günədək onlara imkan verilməməsini” göstərməklə yanaşı, həm də həmin qətnaməyə, yəni həmin yaşayış evinə köçürülməsinə və uşaqların böyüməsinə, yaşadığı bir otağın onlara kifayət etməməsinə əsaslanaraq onun və övladlarının Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən törədilmiş maneçiliklərin aradan qaldırılmasına dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə köçürülməsinə baxmayaraq faktiki olaraq onun və iki övladının bir otaqda yaşamasını, digər otaqlardan və yardımçı sahələrdən istifadəyə cavabdeh tərəfindən maneçilik törədilməsini, qalan üç otaq və torpaq sahəsindən istifadəyə isə bu günədək onlara imkan verilməməsini” əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdehin hərəkətləri ilə iddiaçının hər hansı bir hüququnu pozan halın olmasını təsdiq edən sübut növü iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə halın olması müəyyən edilməmişdir. İşin araşdırılmış hallarından da göründüyü kimi iddiaçı Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə uşaqları ilə birlikdə köçürüldükdən sonra orada öz təşəbbüsü ilə cavabdehlə razılığa gələrək uşaqları ilə birlikdə yaşamaq üçün 1 otağı daş arakəsmə ilə ayırmış və hazırki vaxtadək həmin 1 otaqda yaşamağa davam edir. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə uşaqları ilə birlikdə köçürüldükdən sonra orada məhz öz təşəbbüsü ilə cavabdehlə razılığa gələrək uşaqları ilə birlikdə yaşamaq üçün 1 otağı daş arakəsmə ilə ayırması və hazıradək öz istəyi ilə ayrılan hissədə - otaqda yaşaması, cavabdeh tərəfin ona evin digər hissələrindən istifadə etməsinə maneə törətməsi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında da göstərmişdir ki, O, evə köçürülən zaman cavabdehlə mübahisəli vəziyyəti nəzərə alaraq özü təşəbbüs göstərərək cavabdehlə belə razılığa gəlmişdir ki, hazırda yaşadığı otağı evin digər huissəsindən daş arakəsmə ilə ayırsın. Və qardaşının yardımı ilə həmin evdə 1 otağı, yəni hazırda yaşadığı otağı daş arakəsmə ilə ayırmış, orada təmir bərpa işləri aparmış və özünə yaşamaq üçün şərait yaratmışdır. Həmin hissədə kiçik də olsa mətbəx, sanitar qovşağı və dəhliz hissəsi yaratmış və hazırda yaşadığı hissədən çıxış yalnız küçəyədir, yəni o və uşaqları evin digər otaqlarından və həyətindən istifadə edə bilmirlər. Hazırda uşaqlar böyüdüyündən həmin otaq onlara yaşamaq üçün kifayət etmir, bu səbəbdən digər otaqlardan, yardımçı sahələrdən və həyətdən istifadə etmək istəsələr də, buna cavabdeh tərəfindən maneəçilik törədilir. Məhkəmə, iddiaçının digər dəlillərlə yanaşı həmçinin “yaşayış evinə köçürülməsinə və uşaqların böyüməsinə, yaşadığı bir otağın onlara kifayət etməməsinə” kimi dəlillərə də əsaslanaraq onun və övladlarının Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən törədilmiş maneçiliklərin aradan qaldırılmasına dair hazırki iddia tələbini bir növü mənzil şəraitinin yaxşılaşdırılmasına, eləcə də evə köçürülmə barədə məhkəmə qətnaməsi icra olunduqdan sonra məhz iddiaçının təşəbbüsü ilə cavabdehlə razılığa gələrək öz aralarında müəyyən edilmiş həmin evdən istifadə qaydalarının dəyişdirilməsinə yönələn tələb kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi kimi uşaqların böyüməsi və yaşadığı otağın onlara kifayət etməməsi və s. bu kimi hallar - Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evinə uşaqları ilə birlikdə köçürüldükdən sonra, yəni qətnamə icra olunduqdan sonra orada məhz iddiaçının təşəbbüsü ilə cavabdehlə razılığa gələrək öz aralarında müəyyən edilmiş həmin evdən istifadə qaydalarının məhkəmə qaydasında dəyişdirilməsinə və ya yeni istifadə qaydalarının müəyyən edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçının digər otaqlardan və yardımçı sahələrdən istifadə etmək üçün maneənin aradan qaldırılmasını tələb etdiyi Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, dalan 1 ünvanında yerləşən 14 saylı yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda isə həmin ev özbaşına tikili hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Qeyd edilən maddi hüquq normasından da göründüyü kimi, özbaşına tikilinin aparılması özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə qaydasında hər hansı bir özbaşına tikiliyə münasibətdə istifadə qaydasının müəyyən edilməsi və ya hazırki halda olduğu kimi tərəflərin öz arasında mövcud olan razılaşmaya əsasən hansısa istifadə qaydasının dəyişdirilməsi, eləcə də istifadə hüququnun tanınması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlillərin əsassız olması qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə iddiaçının tələbinə uyğun olan iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına zərurət qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliyin aradan qaldırılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliyin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1777/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1777/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver