Məhkəmə qərarları › İş №2(009)-1783/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1783/2023

23.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1783/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh 2 saylı X2 direktoru X1 qarşı xx.xx.2022-ci il tarixli əmrin ləğvi və əmək fəaliyyətinin davam etdirmək hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2 saylı X2 direktoru X1 qarşı xx.xx.2022-ci il tarixli əmrin ləğvi və əmək fəaliyyətinin davam etdirmək hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunmadığı üçün iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olduqduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə mediasiya tədbiq edilir. Hakim qeyd edir ki, əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilmədən məhkəməyə müraciət edildiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olanan müvəqqəti təmini tədbiri barədə ərizə də AR MPM-nin tələblərinə də uyğun deyil. AR MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmələ iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi qanunun tələblərinə əsasən müvəqqəti təminat tədbirinə dair verilən ərizə, iddia ərizəsi ilə birlikdə bir icraatda baxıla bilməz. Həmin ərizə ayrıca icraatda baxılmalı və həll edilməlidir. Yəni müvəqqəti təminat tədbiri barədə ərizə Elektron Məhkəmə Sistemində həmin kateqoriyaya uyğun şəkildə yerləşdirilməlidir ki, ayrıca kod (16 indeksi ilə açılır) verilərək ayrıca icraatda baxılması üçün qəbul edilsin. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və müvəqqəti təminat tədbiri kimi verilmiş ərizə AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh 2 saylı X2 direktoru X1 qarşı xx.xx.2022-ci il tarixli əmrin ləğvi və əmək fəaliyyətinin davam etdirmək hüququnun təmin edilməsi dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar