Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1785/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə “nikahda olma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi ilə 03.08.1963-cü il təvəllüdlü X3 nikahda olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzildə övladları ilə birlikdə yaşayır. X4 ilə 2003-cü ildən faktiki olaraq ailə qurmuşdur. Daha sonra 2020-ci ilin yanvar ayında X4 vəfat etmişdir. Lakin, mərhum 03.08.1963-cü il təvəllüdlü X4 ilə onun arasında rəsmi nikah münasibətləri olmamışdır. Mərhumun ölümü ilə bağlı ölüm haqqında şəhadətnamənin surətini məhkəmə baxışının gedişatında təqdim edəcək. X1 ilə faktiki nikahdan 2 övladı-16.08.2004-cü il təvəllüdlü X7, 04.08.2006-cı il təvəllüdlü X8 olmuşdur. Lakin, aralarında olan ailədaxili problemlərdən dolayı 2018-ci ildən faktiki olaraq ayrılıb övladları ilə birlikdə ata evinə qayıtmışdır. Bundan sonra bəzi sənədləşmə işləri ilə bağlı onun X4 ilə nikahda olmağı faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X5 izahat verərək bildirmişdir ki, ərizəçi ilə X4 2003-cü ildən faktiki olaraq ailə qurmuşlar (dini nikahla). Lakin onlar arasında rəsmi nikah münasibətləri olmamışdır. Onların faktiki nikahından 2 övladları anadan olmuşdur. Aralarında olan ailədaxili problemlərdən dolayı 2018-ci ildən faktiki olaraq ayrılıb, övladları ilə ata evinə qayıtmışdır. İlham Qasımov 2020-ci ilin yanvar ayında vəfat etmişdir. Bəzi sənədləşmə işləri ilə bağlı ərizəçinin X4 ilə nikahda olma faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nüməyəndəsi məhkəmə iclasına gəlməmiş, lakin səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılması xahiş olunmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili X2 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 554220 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 16 avqust 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “X6”, ana qrafasında “Ərizəçi” qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 812018 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 04 avqust 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “X6”, ana qrafasında “Ərizəçi” qeyd edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında qanunun 3.1-ci bəndinə əsasən nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. Həmin qanunun 3.2-ci bəndinə əsasən nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər. “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərin bərpa edilməsi qaydası”nın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına 5ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Həmin qərarın 5.1-ci bəndinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X15 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.3-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktının müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələblərinə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi ilə 03.08.1963-cü il təvəllüdlü X3 faktiki nikah münasibətləri 08 iyul 1944-cü il tarixdən sonra olduğundan onların faktiki nikah münasibətində olması faktı müəyyən edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1785/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1785/2021
16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver