Məhkəmə qərarları › İş №2(009)-1790/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1790/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1790/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 3, mənzil 37 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 3, mənzil 37 ünvanında yerləşən mənzili AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satın almışdır. Mənzili satın alarkən mənzilin köhnə sahibi qısa müddət ərzində qeydiyyatdan çıxacağını söyləsə də, buna əməl etmədi. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X5 onun ünvan 2 mənzil 37 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Hansı ki, bu onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, cavabdehlərin onun mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yolverilməzdir. Cavabdehlərin onun mənzilində qeydiyyatdadır ki, bu da onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. Bununla bağlı olaraq dəfələrlə əlaqədar qurumlara müraciət etsə də, qanuni tələbləri icra edilməmişdir, hətta mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X5 onun Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 3, mənzil 37 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarının olması tamamilə əsassız və qeyri-qanunidir, bununla da onun hüquqlarını kobud surətdə pozurlar, onun mülkiyyət hüquqlarını məhdudlaşdırırlar. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X2 iddiaçının Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 3, mənzid 37 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzilini Cavabdeh1 almışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notariat qaydada təsdiq olunmuş kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və X5 Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzilində qeydiyyatdadırlar. İş üzrə Cavabdeh2 və Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanan ərizələrdən belə məlum olur ki, onlar Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən 37 saylı mənzilin satılmasına etiraz etmirlər, müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öz öhdələrinə götürürlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır və həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olub və mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehlərin həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Eyni zamanda cavabdehlər müqavilədə nəzərdə tutulan müddətdə - xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmaları barədə öhdəlik götürsələr də, bu günədək yaşayış yeri üzrə qeydiyyatları qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur və cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və X2 Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsində yerləşən 3 saylı evin 37 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və X2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar