Məhkəmə qərarları › İş №2(009)-1803/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1803/2022

09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1803/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 09 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir ölkənin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi 1995-ci ildə Bakıda yaşayan qohumlarına baş çəkməyə gəlmişdir. Onun üzərində hələ o zaman Rusiya Federasiyasında qüvvədə olan SSRİ Pasportu olmuşdur. 1995-ci ilin mart ayında Rusiya Federasiyasında yaşadığı Saratov şəhərinə geri qayıdarkən Ərizəçi o zaman mart ayında Bakı şəhərində baş verən silahlı qarşıdurma zamanı əyləşdiyi taksidən təcili çıxardılaraq, müvəqqəti sığınacağa aparıldığı üçün içində Təyyarə bileti, SSRİ pasportu olmaqla, əl çantasını taksidə unutmuşdur. O səbəbdən həmin tarixdən etibarən Bakı şəhərində qalmaq məcburiyyətində olmuşdur. Az müddət sonra Rusiya Federasiyasında yaşayan şəxslər vətəndaşlığa qəbul edilərək, həmin şəxslərə Rusiya Federasiyasının pasportları verilmiş və ondan sonra iddiaçı Ərizəçi Rusiya Federasiyasının Bakıdakı X1 dəfələrlə müraciət etmiş ( xx.xx.2000, xx.xx.2010 və xx.xx.2010 tarixlərində verdiyi sorğulara görə ödənilmiş rüsumların kassa mədaxil orderlərinin tərcümə və notarial təsdiq edilmiş surətləri əlavə edilir), pasportunu ala bilmədikdən sonra xx.xx.2010-cu il tarixdə Konsulluq Şöbəsi tərəfindən 2737/KO saylı arayışla Ərizəçi Rusiya Federasiyası vətəndaşı olmaması barədə Miqrasiya Xidmətinə arayış təqdim edilmişdir (Tərcümə və notarial təsdiq edilmiş arayış əlavə edilir). Ərizəçi Özbəkistan SSRİ-də anadan olub, nənəsi ilə birgə bir müddət orada yaşadığı üçün 2014cü ildə Özbəkistan Respublikasının Bakıdakı X1 müraciət etmiş və Özbəkistan Konsulu X.Umarov Özbəkistan Respublikası DİN, Əndican vilayəti DİŞ, Əndican şəhəri DİŞ, 2-Milis bölməsi, Pasport İdarəsinin xx.xx.2014-cü il tarixli 9099 saylı arayışını xx.xx.2015-ci il tarixdə təsdiq etmişdir ki, Ərizəçi Özbəkistan Respublikasının vətəndaşı deyildir (Tərcümə və notarial təsdiq edilmiş arayış əlavə edilir). Eyni zamanda xx.xx.2012-ci il tarixdə iddiaçı Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna Ərizə ilə müraciət edərək, SSRİ-yə məxsus pasportunun onların Bürosuna təqdim edilib-edilməməsi barədə sorğu vermişdir. Bakı şəhər Baş Polis İdarəsi xx.xx.2012-ci ildə 4630A.430 saylı Arayışla İddiaçının ərizəsinə cavab olaraq bildirmişdir ki, tapıntılar Bürosuna məlumat daxil olmamışdır (Arayış əlavə edilir). Daha sonra iddiaçı Ərizəçi 5168/m saylı, xx.xx.2018- ci il tarixli müraciət ilə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti həmin müraciətə cavab olaraq, öz növbəsində xx.xx.2018-ci il tarixli, ******* saylı Arayış ilə bildirmişdir ki, Ərizəçi Semenovna Azərbaycan Respublikasının vətəndaşı deyil (Arayış əlavə edilir). Ərizəçi 1995-ci ilin may ayından 2007-ci i]in oktyabr aymadək Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi ev 38B, mənzil 40-da, daha sonra 2007-ci ilin oktyabr ayından 2021-ci ilin fevral aymadək Bakı şəhəri, Əhməd Rəcəbli küç. ev За, mən. 22-də qeydiyyatsız olaraq yaşamışdır. xx.xx.2021-ci il tarixindən hal-hazıradək Bakı şəhəri, Yeni Salyan yolu, ev 22, 132 saylı mənzildə qeydiyyatsız olaraq yaşamaqdadır (Qeydiyyatsız yaşamasına dair Arayış əlavə edilir). Sonradan ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ərizəçi 1994-cü ildən etibarən Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi ərizə təqdim edərək, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 31 avqust 2022-ci il tarixli iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, ərizəçi ilə 1995-ci ilin yanvar ayında tanış olmuşdur. 1995-ci ilin mart ayında Rusiya Federasiyasına qayıtmaq üçün taksi ilə hava limanına gedərkən silahlı qarşıdurma zamanı taksidən çıxarılaraq müvəqqəti sığınacağa aparılmış və bu zaman sənədlərinin olduğu çantasını taksidə unutmuşdur. Həmin vaxtdan Azərbaycan Respublikasında qalmış və heç bir vaxt ölkəni tərk etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 05 №-li arayışda qeyd edilmişdir ki, Ərizəçi 26 fevral 2021-ci il tarixdən Yeni ünvan 1 ünvanında yaşayır Dövlət Miqrasiya Xidmətinin 04 may 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müyyən edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin 31 iyul 2012-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1974-cü ildə anadan olmuş Ərizəçi adına olan Rusiya vətəndaşının xarici pasportunun tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Taıntılar Bürosuna məlumat daxil olmamışdır. BŞİH nəzdində MTK-nin idarə Heyəti "xxxx" MTK-nin 13 iyul 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Ərizəçi 1995-ci ilin may ayından 2007-ci ilin oktyabr ayınadək Binəqədi rayonu, Naxçıvani küçəsi ev 38 B, mənzil 40-da qeydiyyat hüququ olmadan yaşamışdır. 20 saylı MKİS-nin № 024272 arayışında qeyd edilmişdir ki, Ərizəçi Əhməd Rəcəbli küçəsi ev 3a, mənzil 22-də 2007-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına qədər qeydiyyatsız müvəqqəti yaşamışdır. Özbəkistan Respublikası DİN Əndican vilayəti DİŞ 2 Milis bölməsi pasport İdarəsinin xx.xx.2014-cü il tarixli arayışında qeyd edilmişdir ki, Ərizəçi Özbəkistan Respublikası vətəndaşı hesab edilmir. RF-nin Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin 05 oktyabr 2010-cu il tarixli arayışında qeyd edilmişdir ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşı deyildir. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olundu ki, Ərizəçi həqiqətən 1995-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşamış və heç bir dövlətin vətəndaşlığına mənsub olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə eyni zamanda qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi həqiqətən 1995-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığını və heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1994-cü ildən etibarən Azərbaycan Respublikasının ərazisində daimi yaşamış olması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar