Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1813/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı pul tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 No-li Sərəncamı ilə müəyyən edilmişdir ki, “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahələri onun tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. Qeyd olunan sərəncama əsasən “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyriyaşayış sahələrinin İddiaçı məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması təsdiq edilmiş, habelə qeyri-yaşayış sahəsinin ərazisinin və ətrafın sanitar vəziyyətinin qorunması İddiaçı tapşırılmışdır. “Azon” zavodunun nəqliyyat sahəsində iddiaçı tərəfindən tikilmiş qeyri-yaşayış sahəsindən bir hissəsi (51,2 kv.m.) cavabdehin oğlu Emil Qəhrəmanovun, sonradan isə həmin hissə Cavabdeh Fərux oğlunun özünün adına formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh onun doğma qardaşıdır. Qeyri-yaşayış sahəsinin qalan hissəsinə sərəncam əsasında onun hüququ qalmaqda davam edir. Qeyri-yaşayış sahəsi bütövlükdə iddiaçının vəsaiti hesabına inşa olunmuş, yalnız bir hissəsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir, cavabdeh heç vaxt qeyriyaşayış sahəsinə heç bir vəsait sərf etməmişdir. Cavabdeh onun doğma qardaşı olduğu üçün sonuncu ona etibar etmişdir. Lakin, bu yaxınlarda, yəni təxminən bir neçə gün əvvəl iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona məlumat vermədən və onun razılığı olmadan qeyri-yaşayış sahəsinin öz adına formal rəsmiləşdirilmiş 51,2 kv.m. hissəsini özgəninkiləşdirmək niyyətindədir, bununla əlaqədar olaraq artıq müəyyən hərəkətlər etmişdir. Hesab edir ki, cavabdeh iddiaçının vəsaiti hesabına tikilmiş və cavabdehin adına formal olaraq rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsinin dəyərini, yəni 150.000 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 150.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı onun doğma qardaşıdır. 17.05.2005-ci il tarixli 125 No-li Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı sərəncam verilsə də, lakin bu müddət ərzində cavabdeh həmin qeyri-yaşayış sahəsini adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etməmişdir. Həmin ünvanda yerləşən ərazi “AZON” zavodunun ərazisi olmuşdur. Təxminən 2013-cü ilin axırında oğlu Emil Qəhrəmanov “AZON” zavodu ilə həmin əraziyə dair icarə müqaviləsi bağlamış, daha sonra həmin ərazini öz vəsaitinə almış və oğlu Emil Qəhrəmanovun adına Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 22.02.2014-cü il tarixdə çıxarış verilmişdir. Bundan sonra 11.06.2014-cü il tarixdə oğlu Emil Qəhrəmanovun adına həmin üünvanda yerləşən 51,2 kv.m. qeyri-yaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair 04212934 No-li çıxarış verilmişdir. Daha sonra oğlu Emil Qəhrəmanov həmin sahəni ona bağışlamış və bununla bağlı onun adına 12.02.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 51,2 kv.m. qeyri-yaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Bundan başqa həmin sahə oğlunun adında olduğu müddət ərzində həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında öz vəsaitinə qeyriyaşayış sahəsinin tikintisi başlamış, lakin sona qədər çatmamışdır və bundan əvvəl də 51,2 kv.m. qeyri-yaşayış sahəsi sökülmüşdür. Bundan əlavə həmin sahə 03.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən X2 və həmin sahə Elton Mustafayevin şəxsi mülkiyyətindədir. Qeyd etdiyi hallardan həmin ərazinin onun tərəfindən alınması, oğlunun adına rəsmiləşdirilməsi, sahədə söküntü və tikinti işlərin aparılması və digər şəxsə satılması barədə cavabdehin xəbəri olmuşdur. Digər tərəfdən cavabdeh həmin sahənin oğlunun adına özəlləşdirilməmişdən əvvəl sahədən çıxmış, ona “AZON” zavodu tərəfindən digər sahə verilmişdir. Bundan əlavə həmin sahəni satdıqdan sonra o, cavabdehin xahişi ilə ona 200.000 manat pul vəsaiti vermişdir. Faktiki olaraq cavabdeh ondan tələb etdiyi pul vəsaitindən 50.000 manat artıq vermişdir. Həmin 50.000 manatı cavabdeh ona qaytarmamış və üstəlik ondan yenə pul tələb edir. Hesab edir ki, cavabdeh ona 50.000 manat qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin iddia üzrə İddiaçı 150.000 manat məbləğində pul vəsaitinin ondan tutulub iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinin rədd olunması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50.000 manat məbləğində pul vəsaitinin tutulub xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsini və torpaq sahəsini satdıqdan sonra ilkin iddiaçıya 200.000 manat verdiyini açıq etiraf etmişdir. Cavabdeh və X7 arasında bağlanılmış 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, cavabdeh qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsini 65.000 manat, torpaq sahəsini isə 1.000.000 manat dəyərinə satmışdır. Maraqlıdır, o, yalnız qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsinin dəyəri kimi 150.000 manat pul tələbi irəli sürmüşdür. Lakin, sonradan alqı-satqı müqaviləsinin məzmunundan aydır olur ki, tərəf həmin qeyriyaşayış sahəsini 65.000 manata satmışdır. Belə olan halda cavabdeh hansı səbəbdən ona 65.000 manat deyil, 200.000 manat pul verdiyini qeyd edir. Əgər onun həmin qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə heç bir hüququ yoxdursa, belə halda nə səbəbə cavabdeh sonuncuya qeyriyaşayış sahəsinin və torpaq sahəsinin alqı-satqısından əldə etdiyi vəsaitindən pul verməlidir. Məhz qarşılıqlı iddia ərizəsi ilə cavabdeh ilkin iddia üzrə iddiaçının nəinki qeyri-yaşayış sahəsinin, həmçinin satılmış torpaq sahəsinə də hüququnun olduğunu açıq etiraf etmişdir. Əks halda, iddiaçıya heç bir pul vəsaiti verilməməli idi. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə iddiaçı cavabdehlər Cavabdeh və X3 1.065.000 manat pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi Vəkil1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsinin işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılması barədə xahişini nəzərə alaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi və 10 sot torpaq sahəsi qanuni əsaslarla əvəzi ödənilməklə alğı-satqı müqaviləsi əsasında əldə edilmiş, sonra Emil əmlakı atasına bağışlamış, atası isə həmin əmlakı kənar şəxsə satmışdır. İddiaçı həmin daşınmaz əmlakın heç vaxt sahib olmamış, ona görə də alğı-satqı nəticəsində əldə olunan pul vəsaitinin cavabdehlərdən tələb edilməsi tam əsassızdır. Tərəflər qardaş olduğu üçün Cavabdeh 200.000 manat pulu iddiaçıya vermişdir. Yəni bunu etməli olmadığı halda etmişdir. Hazırda da verilən puldan 50000 manatı geri tələb edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə cavabdeh X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 17.02.2005-ci il tarixli Sərəncamının kserosurətindən görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.03.2005-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Azon” zavodunun rəhbərliyi zavoda məxsus nəqliyyat sahəsində uzun illər bundan qabaq əməkdaşı İddiaçı Fərrux oğlu tərəfindən öz vəsaiti hesabına 876 kv.m. torpaq sahəsində 120 kv.m. qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmamağını nəzərə alaraq həmin sahənin İddiaçı Fərrux oğlunun adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığını göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.02.2014-cü il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 2 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş 11.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X8 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51,2 kv.m. olan qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,1083 ha olan torpaq sahəsini atası Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.02.2020-ci il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 2 ünvanında yerləşən 51,20 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51,2 kv.m. olan qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,1083 ha olan torpaq sahəsini X1. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İlk iddia tələbi üzrə iddiaçı cavabdehlər Cavabdeh və Emil Qəhrəmanovdan müştərək qaydada 1.065.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiasının əsası kimi isə iddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 13D ünvanda yerləşən qeyriyaşayış sahəsinin ona məxsus olduğunu və orada olan tikililərin onun tərəfindən inşa olunduğunu, həmin sahənin formal əsaslarla Emil Qəhərmanovun adına rəsmiləşdirilməsini, onun razılığı olmadan sonuncu tərəfindən qeyri-yaşayış sahəsinin Cavabdeh bağışlanmasını və sonuncu tərəfindən həmin sahənin özgəninkiləşdirilməsini göstərmişdir. Bu səbəbdən iddiaçı qeyri-yaşayış sahəsinin satılması ilə əlaqədar cavabdehlərdən müştərək qaydada 1.065.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı irəli sürülmüş tələblərin əsaslığı ilə bağlı, yəni satılmış qeyri-yaşayış sahəsinin ona məxsus olmasını Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli sərəncamını və “Azon” zavodunun 08.03.2005-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktub qeyri-yaşayış sahəsinin İddiaçı faktiki istifadəsində olmasını təsdiq edir. Lakin bu sənədlər iddiaçının icarə əsasında həmin sahənin onun istifadəsində olmasını təsdiq etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalıdır və qeydiyyata alınmış hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilir. AR Mülki Məcəllənin 139.1-ci madədsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İş materiallarından görünür ki, iddiaçının nə torpaq sahəsi, nə də ki qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Əksinə iş materiallarından görünür ki, mübahisəli qeyri-yaaşyış sahəsi 12.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Emil Qəhrəmanovun adına rəsmiləşdirilmiş və 11.02.2021-ci il tarixdə onun tərəfindən atası Cavabdeh bağışlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin ona məxsus olmasını, həmin qeyri-yaşayış sahəsinin onun tərəfindən tikilməsini iddia etsə də, bu hallar alğı-satqı müqaviləsi üzrə Cavabdeh satıcı kimi ödənilmiş 1.065.000 manat məbləğində pulun onun xeyrinə tutulması üçün əsas ola bilməz. AR Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi Emil Qəhrəmanovun adına 2020-ci ildə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınarkən həmin əmlak üzərində iddiaçının hər hansı hüquqları qeydiyyata alınmamışdır. X10 mülkiyyət hüquqları hər hansı şəxsin hüquqları ilə yüklü edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, o, həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi üçün onun razılığının alınmalı olmasını iddia etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsinə hər hansı hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, o, həmin qeyri-yaşayış sahəsnin satışından əldə olunmuş pul məbləğini cavabdehlərdən tutulmasını tələb etməkdə hüququ yoxdur. Yəni iddiaçı cavabdehlərin əsassız varlanması iddia etsə də, onun bu dəlilləri tamamilə əsassızdır. AR Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunun yuxarıda göstərilən tələblərindən görünür ki, ilk iddia tələbi üzrə cavabdehlərin əldə etdikləri 1.065.000 manat məbləğində pul daşınmaz əmlakın alğı-satqı müqaviləsindən əldə olunmuşdur. Yəni cavabdeh İddiaçı öz mülkiyyətində olan əmlakın satışından pul əldə etdiyi üçün, həmin pul vəsaiti ondan əsassız varlanmış şəxs kimi tələb edilə bilməz. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının hər hansı hüquqlarının olması müəyyən olunmadığından, onun həmin qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı cavabdehlərdən pul tələb etməyə hüququ yoxdur. Beləliklə ilkin iddia tələbi üzrə iddiaçının irəli sürdüyü iddia tələbinin əsassız olması təsdiq olunduğu üçün həmin tələblər təmin olunmamalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, həmin tələb də əsassız olduğu üçün təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı cavabdeh İddiaçı 50000 manat pulun tutulmasını xahiş edir və iddiasının əsası kimi mübahisəli qeyri-yaşayış sahəsinin alğı-satqısından cavabdehə 200.000 manat məbləğində pulun verilməsini iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51,2 kv.m olan qeyri-yaşayış sahəsinin alğı-satqısından cavabdeh İddiaçı 200.000 manat pulun verilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etəmmişdir. Digər tərəfdən cavabdeh İddiaçı qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı Cavabdeh qarşısında hər hansı öhdəliyinin olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı cavabdehə 200.000 manat məbləğində pulun verilməsinə dair hər hansı sübut təqdim etmədiyindən, eyni zamanda cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyin olması məhkəmə tərəfindən müəyyən olunmadığından, qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə məhkəmə tərəfindən həm ilkin, həm qarşılıqlı iddianın əsassız olması təsdiq olunduğu üçün, həmin iddialar təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı 1.065.000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdehdan və X3 müştərək qaydada tutulması barədə ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutulması barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1813/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1813/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver