Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1837/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şəxsi mülkiyyəti olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, Cavabdeh tərəfindən zəbt olunmuş 1m. 40 sm. torpaq sahəsinin boşaldılaraq torpağın əsil sahibi İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən ərazidən öz adına 0,02 ha (iki sot) torpaq sahəsi almış və sözügedən ərazidə iki mərtəbəli fərdi ev tikmişdir. Torpaq sahəsini xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətindən qeydiyyatdan keçirərək xüsusi mülkiyyət kimi qeydiyata aldıraraq, çıxarış almışdır. Yaşadığı ərazidə bütün torpaq sahələrinin ölçüləri 12 metrin 16 metrə paylanmışdır. Lakin onun həyətyanı sahəsinin yan qonşusu olan Cavabdeh 1 (bir) metr 40 santimetr həyətinə girərək ara hasar çəkdirib. Dəfələrlə Cavabdeh və kürəkəni Toğruldan xahiş etmişdir ki, icazə versinlər o evinin onlara tərəf hissəsini suvatdırsın. Lakin qarşı tərəf buna imkan vermir. Cavabdeh izah etmişdi ki, onlar 1 (bir) metr 40 santimetr onun ərazisini zəbt ediblər və ona məxsus torpaq sahəsindən çıxmalarıdırlar. Lakin qarşı tərəf zəbt etdiyi torpaq sahəsini qaytarmaqdan imtina edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2023-cü ildə Səbail rayon Badamdar qəsəbəsi 3-cü massiv ünvanında yerləşən ərazidən öz adına 0.02 ha torpaq aldığını və sözügedən ərazidə iki mərtəbəli fərdi ev tikdiyini bildirir. Bu yalnış məlumatdır. İddiaçı həmin torpağı üzərində 10-15 il bundan öncə tikilmiş evlə birlikdə alıb və bu günə qədər heç bir təmir-tikinti işi aparmayıb. İddiaçı həmçinin onların yaşadıqları ərazidə bütün torpaq sahələrinin ölçülərinin 12 metrin (eni) 16 metrəyə (uzunu) paylandığını, lakin Cavabdeh onun ərazisinə(eni) 1 metr 40 santimetr girərək hasar çəkib ona məxsus ərazini zəbt etdiyini bildirmişdir. Bu yalnış məlumatdır. Həyətinin eni 11 metrdir, o heç bir hasar çəkməmiş və torpağı 2016 cı ildə hazır hasarlı almışdır. Sübut olaraq şəkillər əlavə olunur. Ondan və kürəkənindən onlara tərəf olan divarın suvatmasına icazə verilməsini istəyib və onlar imtina ediblər. Bu yalnış məlumatdır. İddiaçı bu günə qədər heç bir təmir-tikinti işinə başlamayıb. Sübut olaraq şəkillər əlavə olunur. İddiaçı dəfələrlə aralarında olan hasarı qanunsuz olaraq sökmək istəyib və yalnız onun kürəkəni 102 xidmətinə zəng vurandan və 41 ci Polis bölməsində ona bu işin məhkəmənin qətnaməsi olmayınca qanunsuz olduğunu bildiriləndən sonra öz fikrindən yayınıb. Ona məxsus olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Reyestr xidmətinin rəqəmli Kadastr xəritəsindən çıxarışı 2016 ci ildə təqdim olunub. Reyestr nömrəsi: **********43 Torpaq sahəsi xəritəyə uyğundur, düzdür. (Sübut olaraq əlavə olunur) Məhkəmənin iclasında iştirak edən İddiaçı izahatında cavabdehlə ayrı-ayrılıqda 2 sot torpağa malik olduğunu, cavabdehin onun həyətyanı ərazisinə qanunsuz daxil olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 6012-ci məhəllə, 92C xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 195R Cavabdeh mülkiyyətindədir.. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 195R xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi X1 adına qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 195R xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi X1 adına qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil, X3 olmalıdır. İddiaçı 1m. 40 sm. torpaq sahəsinin X1 adına olan çıxarışda qeyd edilən sahəyə daxil olduğu halda həmin çıxarışı mübahisələndirməli, daxil olmadığı halda isə hazırki tələblə X2 qarşı yeni iddia qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1837/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1837/2023
24.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver