Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1851/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququnun verilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququnun verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə vəfat etmiş anası X8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu.ö/t 234a dair miras hüququ tanınaraq vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, Özbəkistan Respubilkasının vətəndaşı, Özbəkistan Respublikasında yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu ö/t 234a yaşamış mərhum anası X12 xx.xx.2023-cü ildə vəfat etmiş anasının dəfnində və yas mərasimlərində iştirak etmişdir. Həmin müddətdə anasının mirasını qəbul etmiş, ondan qalmış evdə olan məişət və elektrik əşyalarından istifadə edib bacılarına və qardaşına anasının mirasını qəbul etdiyini bəyan etmişdir. Bakı şəhərində qaldığı müddətlərdə anasından miras qalmış evdə yaşayır. Özbəkistana qayıtdığına görə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etməmişdir. Onlar dörd bacı, bir qardaşdır. X1, X7, X5 və qardaşı X2r. O, yenidən Bakı şəhərinə qayıtdıqdan sonra Bakı şəhəri 28 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2023-cü ildə vəfat etmiş anası X6 miras qalmış əmlakı qəbul etməyini bəyan etmişdir. Eyni zamanda yuxarıda adları qeyd olunan bacıları və qardaşı da anasından qalmış mirasdan imtina etmələri barədə rəsmi olaraq Bakı şəhəri 28 saylı Notariat Ofisinə müraciət etmişdirlər. Mirasın ona məlum olan hissəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu.ö/t 234a ünvanında yerləşən fərdi yaşayış evidir. Buna əsasında ünvan nun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Qeyd olunan müraciətə isə Notariat Ofisi tərəfindən notariat hərəkətinin imtina edilməsi barədə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bunun əsasında da hazırda bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Bakı şəhəri 28 saylı Notariat Ofisinə müraciətindən də göründüyü kimi 02 avqust 2024 cü il tarixli 445 saylı cavab məktubu ilə qeyd olunan formada vərəsəliklə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 ərizəni müdafiə edərək ərizəçinin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsini dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmə (xüsusi icraat) icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi hazırki tələbinin əsasını xx.xx.2023-cü ildə vəfat etmiş anası X8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu.ö/t 234a dair miras hüququ tanınaraq vərəsəlik haqqında şəhadətnamə verilməsi təşkil edir. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Ofisinin 02 avqust 2024-cü il tarixli, 445 saylı məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı tələbə xüsusi icraat qaydasında deyil, notariat ofisinə qarşı (mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə) iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM- 262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi iddia ərizəsinə (xüsusi) məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq iddia tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququnun verilməsi” barədə ərizəsinə məhkəmədə xüsusi icraat qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1851/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1851/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver