Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1860/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh NQÇİ “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə 21.05.2021-ci il tarixdə Siyəzən rayon Məhkəməsinə müraciət edərək 23.04.2021-ci il tarixli, Socar **********00070020B00051 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə işə bərpa olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Azneft” İB ilə əvəz edilmiş və mülki iş 24.06.2021-ci il tarixdə aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə daxil olmuşdur. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh NQÇi-də uzun müddət müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddət ərzində heç bir intizam və digər xəta törətmədən əmək funksiyasını yerinə yetirmişdir. Həmçinin bildirir ki, bir övladı Bakı Avrasiya univeristetində, digəri isə Şuşa Humanitar kollecində təhsil alır. Həmçinin özü şəkərli diabet xəstəliyinə görə poliklinikada qeydiyyatdadır və həyat yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və daimi müalicəyə ehtiyacı var. Bildirir ki, bütün bunlarla bağlı sənədləri iddia ərizəsinə əlavə edib. Bütün sadaladığı xüsusatlara baxmayaraq Cavabdeh NQÇİ rəisinin 23.04.2021-ci il tarixli, Socar **********00070020B00051 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi əsas götürülərək işdən çıxarılmışdır. Halbuki işçilərin ixtisarı zamanı şəkərli diabet xəstəsi olan şəxslərlə əmək müqaviləsinə xitam verilməsini qanun qadağan edir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində işçilərin ixtisarı zamanı əmək müqaviləsinin ləğv edilməsi qadağan olan işçilərin siyahısında şəkərli diabet xəstəliyinə düçar olan şəxslərin adı qeyd edilmişdir. Əmək məcəlləsinin 78-cu maddəsi: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 2 İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh NQÇİ arasında 16.09.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, İstehsalatın Avtomatlaşdırılması sexinin 5-ci dərəcəli neft və qazçıxarma operatoru (dispetçer məntəqəsi) vəzifəsində işə başlamışdır. Cavabdeh NQÇİ Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. Cavabdeh NQÇİ-nin X1 heyyəti iclasının 08.04.2021-ci il tarixli protokulu ilə Cavabdeh NQÇİ- nin müraciətinə baxıldığını və İddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. “Azneft” İstehsalat Birliyi Cavabdeh NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 23.04.2021- ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə 16.09.2005-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3- cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci bəndinə əsasən işçilərin ixtisarı zamanı yeganə qazanc yeri işlədiyi müəssisə olduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan olunduğunu qeyd etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, (işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır, İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. İş materiallarından görünür ki, iddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. Həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsində işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəinə görə işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. Halbuki, İddiaçı Hökmulla oğlu ilə bağlanmış əmək müqaviləsinə onun şəkərli diabet xəstəsi olması səbəbi ilə xitam verilməmişdir. Başqa sözlə, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işə götürən tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmışdır. Belə ki, iş üzrə İddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı minimum 69.5 və ondan yuxarı bal toplayanlar işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, imtahan verə bilmədiyi üçün 23 aprel tarixində əmrinə xitam verilmişdir. Təxmini 26 apreldə isə əmək kitabçasını almışdır. Digər imtahanı verə bilməyən işçilər işə geri qaytarılsa da onunla yenə əmr imzalanmamışdır. Özü şəkər xəstəsidir. Ailədə başqa işləyən yoxdur. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, imtahan verən 22 nəfərdən sadəcə 9 nəfər imtahanı keçmişdir. İmtahanda toplanılmalı minimum bal 69.5 olduğu halda iddiaçı 61.5 bal toplamışdır. Bu səbəbdən peşəkarlığına görə qanunun tələblərinə uyğun əmək müqaviləsinə xitam verilmişdir. Etiraz ərizəsində göstərilənlərin izahatı kimi qəbul edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Əmək Müqaviləsindən görünür ki, İddiaçı “Azneft” İstehsalat Birliyinin Cavabdeh NQÇİ-nin İstehsalatın Avtomatlaşdırılması sexinin 5-ci dərəcəli neft və qazçıxarma operatoru (dispetçer məntəqəsi) vəzifəsində işə qəbul olmuşdur. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi Cavabdeh NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 23.04.2021- ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə 16.09.2005-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "xxxx" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən, Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 80.1 -ci maddəsinə əsasən. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, işçi İddiaçı “Azneft” İstehsalat Birliyinin Cavabdeh NQÇİ-nin İstehsalatın Avtomatlaşdırılması sexinin 5-ci dərəcəli neft və qazçıxarma operatoru (dispetçer məntəqəsi) vəzifəsində işə qəbul olmuşdur. Cavabdeh NQÇİ Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. Cavabdeh NQÇİ-nin X1 heyyəti iclasının 08.04.2021-ci il tarixli protokolu ilə Cavabdeh NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. “Azneft” İstehsalat Birliyi Cavabdeh NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 23.04.2021- ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə 16.09.2005-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3- cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Məhkəmə göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrin etibarlığı üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bundan əlavə, işəgötürən tərəfindən İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Cavabdeh NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır. Bu fakt Həmkarlar İttifaqı Komitəsinin 08.04.2021ci il tarixli iclasının 71 saylı protokolu ilə təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “əmrlərin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1860/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1860/2021
22.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver