Məhkəmə qərarları › İş №2(009)-1862/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1862/2021

22.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1862/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh SOCAR «Azneft» İB-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «Azneft» İB-nə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azneft» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 23.04.2021-ci il tarixli, Socar **********00070020B00050 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması, 2021-ci ilin aprel ayının 23-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdayanmaya görə pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh NQÇİ-də uzun müddət müxtəlif vəzifələrdə çalışmış, işlədiyi müddət ərzində heç bir intizam və digər xəta törətmədən əmək funksiyasını yerinə yetirmişdir. Nöqsansız işlədiyinə baxmayaraq işçilərin ixtisarı zamanı bunlar nəzərə alınmamışdır. Bütün sadaladığı xüsusatlara baxmayaraq Cavabdeh NQÇİ rəisinin 23.04.2021-ci il tarixli, Socar **********00070020B00050 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi əsas götürülərək işdən çıxarılmışdır. Halbuki hesab edir ki, işçilərin ixtisarı zamanı yeganə qazanc yeri işlədiyi müəssisə olan şəxslərin əmək müqaviləsinə xitam verilməsini qanun qadağan edir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində işçilərin ixtisarı zamanı əmək müqaviləsinin ləğv edilməsi qadağan olan işçilərin siyahısında yeganə qazanc yeri işlədiyi müəssisə olan şəxslərin adı qeyd edilmişdir. Əmək məcəlləsinin 78-cu maddəsində isə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər göstərilmişdir. Həmin maddələrin tələbləri də nəzərə alınmamışdır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh SOCAR «Azneft» İB-nin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izah etdi ki, İddiaçı ilə "Siyəzənneft" NQÇİ arasında 26.01.2006-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, operator vəzifəsində işə başlamışdır. 05.04.2021-ci il tarixdə "Siyəzənneft” NQÇİ Həmkarlar İttifaqı Komissiyasına «Azneft» İBnin strukturunun optisallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR201Ü0003030Ü040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçıda adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. "Siyəzənneft“ NQÇİ-nin X2 heyyəti iclasının 08.04.2021ci il tarixli protokulu ilə "Siyəzənneft" NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. "Azneft" İstehsalat Birliyi "Siyəzənneft" NQÇİ-nin SOCAR**********00070020B00050 saylı 23.04.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə 26.01.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən ona on ildən əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işçilərin ixtisarı zamanı yeganə qazanc yeri işlədiyi müəssisə olduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan olunduğunu qeyd etməsi əsassızdır. Belə kı, iddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. Həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsində yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. İş materiallarından isə iddiaçının ailəli olması və məktəb yaşınadək uşağının olmaması görünür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin savı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdarlıq edilməlidir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Təqdim olunmuş “SOCAR”ın 01 sentyabr 2020-ci il tarixli «Azeft» İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında əmrdən görünür ki, dünya neft bazarında stabilliyin bərpa olunması məqsədilə X4 Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin ('‘OPEC+’’) əldə etdiyi razılaşmaya əsasən bu ölkələr üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələdə azaldılması nəzərdə tutulmuşdur. Bu çərçivədə ilkin vaxtlardan dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsində mühüm rol oynayan Azərbaycanın da neft ölkələri arasında fəaliyyətinin uzlaşmasının təmin edilməsində səylərin zəruriliyini nəzərə alaraq, Azərbaycan da öz iradəsindən asılı olmayan yuxarıda qeyd olunmuş səbəblərə görə üzərinə müəyyən öhdəliklər götürməli olmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyinin 25 aprel 2020-ci il tarixli EN-01 -08-1298/20 nömrəli məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının Baş Nazirinin 25 aprel 2020-ci il tarixli 6175/5690 aid nömrəli “OPEC+“ ölkələrinin Əməkdaşlıq Bəyannaməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi haqqında tapşırığına əsasən 1 may 2020-ci il tarixindən etibarən hasilatın azaldılmasını təmin etmək məqsədilə SOCAR üzrə istismar effektivliyi aşağı olan bır sıra yataqların fəaliyyəti dayandırılmışdır. OPEC+ razılaşmasına uyğun olaraq, hasilatın azaldılması ilə əlaqədar SOCAR-ın üzərinə götürdüyü öhdəliklər SOCARın idarəetmə strukturunun optimallaşdırılması tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir Bununla əlaqədar olaraq, SOCAR-ın Şurasının 25.08.2020-ci il tarixli iclasında bir sıra məsələlər, o cümlədən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin ('‘Azneft" İB) strukturunun optimallaşdırılması ilə bağlı qərar qəbul edilmişdir. Bu qərara əsasən "Azneft" İB-nin üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçirilməsi nəzərdə tutulmuşdur Hazırda “Azneft'’ İB-nın strukturunda 4 (dörd) quruda və 4 (dörd) dənizdə olmaqla, 8 (səkkiz) neft və qazçıxarma idarəsi fəaliyyət göstərir Bu idarələrin strukturu idarəetmə aparatından və birbaşa neft və qazçıxarma infrastrukturunun idarə edilməsi üzrə istehsalat sahələrindən ibarətdir. “Azneft' İB-nın istehsalat proseslərinin idarə edilməsini idarəetmə aparatında mərkəzləşdirməklə əməliyyatlarda və qərarvermədə onun rolununun artırılması, neft və qazçıxarma idarələrinin kadr, maliyyə, təchizat və digər qeyri istehsalat funksiyalarının mərkəzdən idarə olunması, həmin idarələrin fəaliyyətinin isə yalnız texniki və texnoloji biznes proseslərlə məhdudlaşdırılması planlaşdırılır. SOCAR-ın Şurasının 25.08.2020-ci ıl tarixli qərarından irəli gələn məsələləri həll etmək məqsədi ilə: 1. “Azneft" İB-nın tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən “Neft Daşları", “28 May", N Nərimanov adına, “Abşeronneft”, H.Z Tağıyev adına, Ə.C.Əmirov adına, “Bibiheybətneft", “Siyəzənneft" Neft və Qazçıxarma İdarələrinin, X1 İdarəsinin, Daima Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental istehsalat Müəssisəsi, Dalğıc Xidməti, X3 İdarələri adları saxlanılmaqla, kadr, maliyyə, təchizat və digər qeyri-istehsalat funksiyaları "Azneft" İB-nın İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında müvafiq istehsalat qurumları yaradılması; 2. 3 və 5 saylı texnoloji nəqliyyat departamentləri kadr, maliyyə, təchizat və digər qeyrı-istehsalat funksiyaları “Azneft” İB-nin İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında 1 və 2 saylı Nəqliyyat idarələri yaradılması; 3.“Azneft" İBnin bu əmrə əlavədə verilmiş yeni idarəetmə strukturunun təsdiq edilməsi (Əlavə olunur); 4. Bu əmrlə müəyyən edilmiş struktur dəyişikliklərin qüvvədə olan qanunvericiliyə və SOCARSS-003.2013 standart sənədinə uyğun olaraq aparılması əmr edilmişdir. Təqdim olunmuş SOCAR “Azneft” İB-nin İddiaçı ünvanlanmış “İşçilərin sayının azaldılması haqqında” 29.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, SOCARın ““Azneft" istehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında” 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən 02 aprel 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində onun əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Onun əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun alaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və onun razılığı olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulur. Həmçinin ARDNŞ və ANQSİHİRK-in 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən o, orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərliyə müraciət edə və ya “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşula bilər. Təqdim olunmuş SOCAR “Azneft” İB-nin “Siyəzənneft" NQÇİ tərəfindən “Siyəzənneft" NQÇİ-nin HİK-nə ünvanlanmış “Razılığın verilməsi barədə” AB-02/308 saylı, 05.04.2021-ci il tarixli müraciətindən görünür ki, SOCAR-ın ““Azneft" istehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında” 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatların ixtisar olunması ilə əlaqədar adları qeyd olunan işçilərlə (77 nəfər, o cümlədən İddiaçı) bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi xahiş olunmuşdur. Təqdim olunmuş “Siyəzənneft" NQÇİ-nin X2 Heyətinin 08.04.2021-ci il tarixli iclasının 71 saylı Protokolunun surətindən görünür ki, SOCAR-ın ““Azneft" istehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında” 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatların ixtisar olunması ilə əlaqədar adları qeyd olunan işçilərlə (77 nəfər, o cümlədən İddiaçı) bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Təqdim olunmuş SOCAR “Azneft” İB-nin Cavabdeh NQÇİ-nin 23 aprel 2021 il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, Cavabdeh Neft və Qaz çıxarma idarəsinin 2 saylı Neft və qazçıxarma sahəsinin neft və qaz hasilatı üzrə xidmət sahəsinin 4-cü dərəcə operatoru İddiaçıla bağlanmış əmək müqaviləsinin 23.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi əsası ilə ləğv eilməsi, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən bağlanmış əmək müqaviləsinə uyğun olaraq on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Beləliklə, iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından görünür ki, görünür ki, iddiaçıya SOCAR-ın ““Azneft" istehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında” 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulması, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən 02 aprel 2021-ci il tarixdə ləğv ediləcəyi, Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində onun əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün bir iş günü əmək funksiyasının icrasından azad edilə bilməsi, onun əmək müqaviləsi ləğv edilərkən, ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun alaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və onun razılığı olduğu halda, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsinin nəzərdə tutulması, həmçinin ARDNŞ və ANQSİHİRK-in 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən onun orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərliyə müraciət edə bilməsi barədə 29.01.2021-ciil tarixdə xəbərdarlıq edilmişdir. Eləcə də, AR Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən 77 nəfər işçi ilə, o cümlədən İddiaçı da daxil olmaqla, əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi üçün SOCAR “Azneft” İB-nin “Siyəzənneft" NQÇİ tərəfindən “Siyəzənneft" NQÇİ-nin HİK-nə 05.04.2021-ci il tarixdə müraciət ünvanlanmış və “Siyəzənneft" NQÇİ-nin X2 Heyətinin 08.04.2021-ci il tarixli iclasının 71 saylı Protokolu ilə 77 nəfər işçi ilə, o cümlədən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra SOCAR “Azneft” İB-nin Cavabdeh NQÇİ-nin 23 aprel 2021 il tarixli əmri ilə Cavabdeh Neft və Qaz çıxarma idarəsinin 2 saylı Neft və qazçıxarma sahəsinin neft və qaz hasilatı üzrə xidmət sahəsinin 4cü dərəcə operatoru İddiaçıla bağlanmış əmək müqaviləsinin 23.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Həmçinin iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasə, “işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. Məhkəmə xüsusilə vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Bu baxımdan, məhkəmə ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, qanunverici işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçiyə iki ay əvvəldən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən etmişdir. Qanunverici xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsi qaydasını yalnız işçinin razılığından aslı etmişdir. Hazırkı işin hallarından da aydın olur ki, iddiaçı xəbərdarlıq müddətinin əvəzinə iki aylıq əmək haqqını bir dəfəyə ödənilməsi ilə bağlı öz yazılı razılığını ifadə etməmiş, həmin middət ərzində işini davam etməklə əmək haqqı almışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstülük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası müəyyən edilmişdir. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. Sözügedən qiymətləndirmənin həyata keçirilməsi işəgötürənin müstəsna səlahiyyətində olmasına baxmayaraq, qanunvericilikdə bu səlahiyyətin həyata keçirilməsinə müvafiq məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu məhdudiyyətlər sırasına “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı ƏM-nin 79-cu maddəsinin göstərişləri aiddir. Məhkəmənin hazırkı qənaəti mübahisənin hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işçilərin ixtisarı zamanı yeganə qazanc yeri işlədiyi müəssisə olduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan olunduğunu qeyd etmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. Bununla yanaşı, iş materiallarında iddiaçının məktəb yaşınadək uşağının olmasına dair hər hansı sübut yoxdur və məhkəmə iclasında da belə bir sübut təqdim olunmamışdır. İddiaçı iddia tələbində onunla bağlanan əmək müqaviləsinə xitam verilərkən həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçınn tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, göstərilmiş hüquqi xidmət, notariat və nəqliyyat xərcləri, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azneft» İB-nə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar