Məhkəmə qərarları › İş №2(009)-1870/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1870/2022

23.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1870/2022 23.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 23 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,85 sot torpaq sahəsini iddiaçı X1 4,000 manata almışdır. Həmin torpaq sahəsində bir mərtəbəli 3 otaqdan ibarət ev tikdirmişdir. X3 evi qanunsuz zəbt etdiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. Yekun məhkəmə aktı ilə iddiaçının iddiası qismən təmin edilmişdir. Məhkəmə qərarları ilə mübahisəli evin iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. İcra məmuru icra sənədini icra etmək məqsədi ilə ünvana getdikdə məlum olmuşdur ki, X3 dələduzluq edərək, iddiaçıya məxsus evi Cavabdeh satmışdır. Hazırda evdə cavabdeh öz uşaqları ilə birlikdə yaşayırlar və evdən çıxmırlar. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(102)-2070/2022 saylı Qərarından görünür ki, İddiaçı X2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmişdir. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli ev özbaşına tikili olmaqla İddiaçı məxsus olmuş, X3 isə həmin evi alması və eləcə də başqasına satması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Səbail rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evdə Cavabdeh nınövladları xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 ilə birlikdə yaşaması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ev özbaşına tikili olmaqla İddiaçı məxsus olmuşdur. Cavabdeh övladları xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edir. AR Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Mübahisəli ev özbaşına tikili olsa da, iddiaçının əmlak (əşya) hüquqları istənilən şəxsin qanunsuz hərəkətlərindən müdafiə edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın və həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilən 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar