Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1875/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı tərəfindən verilmiş ərizənin mümkünlüyü məsələsinə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı əmək mübahisələri üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəini nəzərdən keçirib hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər göstərilmişdir. Həmin maddəyə əsasən, digər məlumatlarla bərabər iddia ərizəsində iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdıqları hallar da göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, şikayət ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizəçi ərizəsində tələbini, tələbin yönəldiyi cavabdehi, eyni zamanda tələbini əsaslandırdıqları halları göstərmədiyindən, bununla da ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmuna uyğun olaraq tərtib edilmədiyi səbəbindən, ərizə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı əmək mübahisələri üzrə tələbinə dair şikayət ərizəsi geri qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1875/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1875/2020
31.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver