Məhkəmə qərarları › İş №2(009)-1880/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1880/2021

25.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1880/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa edilməsi, əmək haqqı” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa edilməsi, əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Səbail Rayon Məhkəməsinin 2(009)-171/2013 saylı, 01.02.2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2370/2013 saylı, 27 may 2013-cü il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-171/2013 saylı, 01.02.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə, müvafiq normanın tələblərinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 153, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa edilməsi, əmək haqqı” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar