Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1892/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı Rəfaellı̇ Raul Elman oğlunun, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Rəfaellı̇ Raul Elman oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəfaellı̇ Raul Elman oğlu cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə 64-24 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, Cavabdeh MMC və İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-1892/2024 №-li mülki iş üzrə iddia predmetini təşkil edən mübahisəni qarşılıqlı güzəşt və bütün tərəflərin maraqlarına uyğun şəkildə həll etmək məqsədilə bu Barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar: 1. Cavabdeh MMC - İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə öz təşəbbüsü ilə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilməklə yazılı formada (kağız daşıyıcıda və ya zəruri olarsa elektron formada) ərizə yazıb Cavabdeh MMC təqdim etməsi, habelə hər hansı ödəniş (əmək haqqı, məzuniyyət ödənişləri, sosial ödənişlər, habelə hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin) tələb etməməsi və ona hər hansı ödənişin edilməməsi şərtilə, bu Barışıq sazişi Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərardadı ilə təsdiq edildikdən və həmin qərardad qanuni qüvvəyə mindikdən sonra 3 (üç) iş günü müddətində mübahisə predmeti olan 64- 24 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv etməyi öhdəsinə götürür. 2. İddiaçı - Cavabdeh MMC-nin mübahisə predmeti olan 64-24 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv etməsi şərtilə - bu Barışıq sazişi Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərardadı ilə təsdiq edildikdən və həmin qərardad qanuni qüvvəyə mindikdən sonra 3 (üç) iş günü müddətində Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilməklə yazılı formada (kağız daşıyıcıda və ya zəruri olarsa elektron formada) ərizə yazıb Cavabdeh MMC təqdim etməyi, habelə hər hansı ödəniş (əmək haqqı, məzuniyyət ödənişləri, sosial ödənişlər, habelə hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin) əvəzini tələb etməməyi öhdəsinə götürür və ona Cavabdeh MMC tərəfindən hər hansı ödəniş edilməyəcəyi ilə razılaşır. 3. Tərəflər bu Barışıq Sazişini bağlamaqla Bakı şəhəri Səbail rayon məhkəməsində baxılan 2(009)- 1892/2024 №-li mülki işi barışıq yolu ilə həll etməyi, həmçinin Barışıq Sazişinin şərtlərinin icrasını eyni gündə həyata keçirməyi və hazırkı mülki mübahisənin predmeti ilə bağlı biribirindən hər hansı maddi təzminat, kompensasiya, ödəniş və s. tələb etməməyi öhdələrinə götürürlər. 4. Tərəflər razılaşırlar ki, bu Barışıq sazişinin tərəflərindən hər hansı biri həmin sazişdən irəli gələn öhdəliklərini Sazişdə göstərilən müddətdə icra etmədikdə hüququ pozulan tərəf müvafiq məzmunlu icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etməyə haqlıdır. 5. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının və bununla da 2(009)-1892/2024 №-li mülki iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilmiş nəticələri onlara məlumdur. 6. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur. 7. Bu Barışıq sazişi Azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri və məhkəmə üçün bir nüsxə olmaqla, cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: I. İddiaçı Rəfaellı̇ Raul Elman oğlu ilə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
1. Cavabdeh MMC - İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə öz təşəbbüsü ilə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilməklə yazılı formada (kağız daşıyıcıda və ya zəruri olarsa elektron formada) ərizə yazıb Cavabdeh MMC təqdim etməsi, habelə hər hansı ödəniş (əmək haqqı, məzuniyyət ödənişləri, sosial ödənişlər, habelə hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin) tələb etməməsi və ona hər hansı ödənişin edilməməsi şərtilə, bu Barışıq sazişi Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərardadı ilə təsdiq edildikdən və həmin qərardad qanuni qüvvəyə mindikdən sonra 3 (üç) iş günü müddətində mübahisə predmeti olan 64-24 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv etməyi öhdəsinə götürür.
2. İddiaçı - Cavabdeh MMC-nin mübahisə predmeti olan 64-24 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv etməsi şərtilə - bu Barışıq sazişi Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərardadı ilə təsdiq edildikdən və həmin qərardad qanuni qüvvəyə mindikdən sonra 3 (üç) iş günü müddətində Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilməklə yazılı formada (kağız daşıyıcıda və ya zəruri olarsa elektron formada) ərizə yazıb Cavabdeh MMC təqdim etməyi, habelə hər hansı ödəniş (əmək haqqı, məzuniyyət ödənişləri, sosial ödənişlər, habelə hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin) əvəzini tələb etməməyi öhdəsinə götürür və ona Cavabdeh MMC tərəfindən hər hansı ödəniş edilməyəcəyi ilə razılaşır.
3. Tərəflər bu Barışıq Sazişini bağlamaqla Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılan 2(009)-1892/2024 №-li mülki işi barışıq yolu ilə həll etməyi, həmçinin Barışıq Sazişinin şərtlərinin icrasını eyni gündə həyata keçirməyi və hazırkı mülki mübahisənin predmeti ilə bağlı biri-birindən hər hansı maddi təzminat, kompensasiya, ödəniş və s. tələb etməməyi öhdələrinə götürürlər.
4. Tərəflər razılaşırlar ki, bu Barışıq sazişinin tərəflərindən hər hansı biri həmin sazişdən irəli gələn öhdəliklərini Sazişdə göstərilən müddətdə icra etmədikdə hüququ pozulan tərəf müvafiq məzmunlu icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməyə haqlıdır.
5. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının və bununla da 2(009)- 1892/2024 №-li mülki iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilmiş nəticələri onlara məlumdur.
6. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur.
7. Bu Barışıq sazişi Azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri və məhkəmə üçün bir nüsxə olmaqla, cəmi 3 (üç) nüsxədə tərtib olunub və imzalanıb. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir.
II. İddiaçı Rəfaellı̇ Raul Elman oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair 2(009)-1892/2024 saylı mülki işin icraatına xitam verilsin. III. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. IV. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova