Məhkəmə qərarları › İş №2(009)-1897/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1897/2023

06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1897/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğumun qeyd edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1956-cı il tarixdə Ermənistanın Amasiya rayonunun Mağaracıq kəndində anadan olmuşdur. X1, anası isə X2r. 1988-ci il hadisələri ilə bağlı Ermənistandan qaçqın düşmüşlər. Həmin vaxt bir sıra sənədlərlə birlikdə onun doğum haqqında şəhadətnaməsi də itmişdir. Qeyd etmək istəyir ki, hazırda doğum haqqında şəhadətnamənin onun üçün hüquqi əhəmiyyəti vardır. Lakin o, bu sənədi başqa cür əldə edə bilmir. Belə ki, arxiv materiallarında onun doğum akt qeydi aşkar edilməmişdir. Bununla bağlı o, Maraqlı şəxsnə ünvanlandığı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciət edərək həqiqətən o, xx.xx.1956-cı il tarixdə Ermənistanın Amasiya rayonunun Mağaracıq kəndində anadan olduğunun müəyyən edilməsini bildirsə də, lakin Maraqlı şəxs tərəfindən cavab olaraq ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərdiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Gələcəkdə yarana biləcək miras əmlakın bölgüsü ilə bağlı doğum haqqında şəhadətnamənin hüquqi əhəmiyyəti vardır. Göründüyü kimi, onun üçün hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onun xx xxxxxxx 1956-cı il tarixdə Ermənistanın, Amasiya rayonunun Mağaracıq kəndində anadan olmasına dair faktın müəyyən edilməsi və ata adı X4, ana adı X5 göstərilməklə adına doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi öz ərizəsini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 arasında xx.xx.1953-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu icra hakimiyyətinin daxili işlər şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş XİV-MT seriyalı 545210 nömrəli pasportun surətindən görünür ki, X5 1922-ci ildə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu icra hakimiyyətinin daxili işlər şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Vİİ-SL seriyalı 631928 nömrəli pasportun surətindən görünür ki, X4 1909-cu ildə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X6, anası X5 göstərilmişdir. İş üzrə İV seriyalı 043510 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi Səmənd qızı 1974-cü ildə S.M.Kirov adına X13 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1982-ci ildə orada kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona yüksək ixtisaslı kitabxanaçı-biblioqraf ixtisası verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon ƏSMM tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 159279 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi İİ qrup (ümumi xəstə) əlildir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizəçi tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Bildirirlər ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 45 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Buxta küçəsində yerləşən 18 saylı evin 9/10 nömrəli mənzilində qeydiyyatdadır. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Ermənistan Respublikası Amasiya rayonunda doğulması haqqında akt qeydinin bərpası ilə əlaqədar ərizəsi ilə bağlı müraciətə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazısının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində anadan olmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnamənin əslini itirmiş və doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan bu akt qeydin bərpa edilməsindən imtina etmiş və doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydlərinin Azərbaycan Respublikası ərazisində qeydiyyat şöbəsi tərəfindən bərpasının qeyri-mümkünlüyü ərizəçinin Azərbaycan Respublikası ilə hüquqi yardımla bağlı müqaviləsi mövcud olmayan Ermənistan Respublikasında icra olunması ilə əlaqədardır. Bu səbəbdən məhkəmə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsini əsaslı hesab edir. AR Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunun Mağaracıq kəndində anadan olması məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxx 1956-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunun Mağaracıq kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxxxxx 1956-cı il, doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonunun Mağaracıq kəndi, ata qrafasında – X4 (milliyəti azərbaycanlı), ana qrafasında – X5 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar